Əməktərbiyəsininvəzifələri.Əmək tərbiyəsinin zəruriliyi əməyin cəmiyyətdəki rolundan irəli gəlir. Həyatın bütün sahələrində, o cümlədən iqtisadiyyatda, sosial həyatda, mənəviyyatda əməyin müstəsna mövqeyi nəzərə alınaraq gənc nəslin əmək tərbiyəsi təşkil edilir. Əmək tərbiyəsi onun vəzifələrini aydın təsəvvür etməklə sıx bağlıdır. Əməktərbiyəsiaşağıdakıvəzifələrinyerinəyetirilməsinəxidmətedir: Əməyiniqtisadi,sosial,əxlaqiəhəmiyyətini,fiziolojivəpsixolojiinkişafdarolunugəncnəsləanlatmaq,yənionupsixolojicəhətdənəməyəhazırlamaq.
Tədrismüəssisəsindəəməyinəsasnövləri.Burada təhsil alanların fiziki əməyinin üç başlıca növü mövcuddur: özünəxidmət əməyi, ictimai-faydalı əmək və məhsuldar əmək.
Özünəxidmətəməyi.Şəxsin özünün, öz ailəsinin ehtiyaclarını ödəməyə yönələn əməyə özünəxidmət əməyi deyilir.
İctimai-faydalıəmək.İctimai-faydalı əmək isə əsasən başqasına, işlədiyi müəssisəyə, oxuduğu tədris müəssisəsinə, xalqa xidməti nəzərdə tutur. Məsələn, tədris müəssisəsində auditoriyanın, kabinetin, laboratoriyanın, emalatxananın, kitabxananın, idman meydançasının, tədris-təcrübə sahəsinin təmizlənməsində iştirak etmək, divar qəzeti çıxartmaq, qrup nümayəndəsi olmaq, növbətçilik etmək və s. icximai-faydalı əməkdir.
Məhsuldarəmək.Məhsuldar əməyin də ictimaiyyət üçün, ümumi üçün faydası var. Lakin məhsuldar əməyin başlıca fərqli cəhəti budur ki, əməyin bu növündə kollektiv üçün, cəmiyyət üçün nəsə bir şey, bir məhsul yaradılır, istehsal olunur. Məsələn, təhsil alanlar tədris müəssisəsi üçün yeni otağın tikilməsində, uçulmuş yerin bərpasında, stulların, stolların, digər mebellərin təmirində, kənd təsərrüfat məhsullarının toplanmasında, yaxud, kənd təsərrüfatında, sənayedə, inşaatda istifadə olunan texnikanın quraşdırılmasında və bərpasında iştirak etmək, tikiləcək obyektlərin çertyojlarını çəkmək və sair kimi əmək nümunələri məhsuldar əməyə alddir.
Əməktərbiyəsininyolları.Əmək tərbiyəsi qarşısında duran vəzifələrin yerinə yetirilməsinin başlıca yolları təlim əməyinin, özünəxidmət əməyinin, ictimai-faydalı əmək və məhsuldar əməyin imkanlarından istifadə ilə bağlıdır.
Əmək tərbiyəsində bu cür imkanlardan istifadə etməyin əsas yolları bunlardır:
Tədrismövzularıimkanverdikcəzəhmətadamlarıhaqqında,cəmiyyətdəəməyinrolubarədə,əxlaqa,psixikaya,orqanizməəməyintəsirinədairsöhbətaparmaq,müzakirələrkeçirməkfaydalıdır.
Gözəllikestetiktərbiyəninməzmunukimi.Estetik tərbiyənin nəzəri əsasını estetika təşkil edir. Estetika isə elmdir, özü də gözəllik haqqında elmdir.
Müdriklərimizə görə, ağıllı olmaq, xoşrəftar olmaq, şirindil olmaq, görkəmcə ürəkaçan, qəlbioxşayan olmaq gözəllikdir. Milli pedaqogika bu fikirlər əsasında gözəllik məfhumunun mahiyyətini belə açır: ahəngdarlıq:görkəmdəahəngdarlıq,musiqidəahəngdarlıq,davranışdaahəngdarlıq,şerdəahəngdarlıq,nitqdəahəngdarlıq,incəsənətəsərlərindəahəngdarlıq,binadaahəngdarlıq,bitkidəahəngdarlıq,kainatdaahəngdarlıq.
Ahəngdarlığın pozulduğu yerdə eybəcərlik əmələ gəlir. Ahəngdarlıq qəlbi riqqətə gətirir, adama zövq bəxş edir, eybə- cərlik isə – nifrət hissi oyadır.
Gözəlliyintəzahurformaları.Gözəlliyi təbiət hadisələrində də, cəmiyyət hadisələrində də müşahidə etmək olur. Səma cisimləri arasında, o cümlədən Günəş sisteminə daxil olan cisimlər arasında nizam, qarşılıqlı ahəngdarlıq adamı valeh edir. Dağ çayının zümzüməsi, şəlalənin ətrafa səpələnən ağ telləri, günəş şüalarından qidalanmaq üçün yarpaqların budaqlarda ahənkdar, eyni qaydada düzülüşü və sair bu kimi təbiət hadisələri insan hisslərini riqqətə gətirir.
Özü gözəl, sözü gözəl, şəraiti gözəl, işi gözəl olan, ətrafdakıların da gözəl olmasına çalışan şəxs gözəllik idealıdır.
Fiziki tərbiyə
Fizikitərbiyəninmahiyyəti.Fiziki tərbiyə pedaqoji prosesin tərkib hissəsidir. Fiziki tərbiyədən yaxın məqsəd gənc nəslin sağlam, nikbin, gümrah böyüməsinə xidmət etməkdən ibarətdir.
Fiziki sağlamlığı çox qiymətli nemət hesab edən xalqımız deyir: “Sağlıq – ən böyük varlıqdır”. Çünki, cansağlığı olmayandan sonra heç bir şeyin, o cümlədən qızılın, var- dövlətin əhəmiyyəti yoxdur: “Neynirəm o qızıl teşti ki, içinə qan qusam”.
Fizikitərbiyəninəhəmiyyəti.Sağlamlıqda, vətənin müdafiəsində, əməkdə, ağılda fiziki tərbiyənin böyük əhəmiyyəti var.
Fizikitərbiyəninvəzifələri.Fiziki tərbiyə pedaqoji prosesin tərkib hissəsi olduğundan, ümumi vəzifələrlə yanaşı, spesifik vəzifələr də yerinə yetirir. Fiziki tərbiyənin həyata keçirdiyi başlıca spesifik vəzifələr üçdür: fiziki keyfiyyətlərin formalaşdırılması, fiziki bacarıqların inkişaf etdirilməsi və gigiyenik bilik və bacarıqların mənimsənilməsi.
Deyilənləri ümumiləşdirən Milli pedaqogika fizikibacarıqlarınvəfizikikeyfiyyətlərin,habeləgigiyenikbilikvəbacarıqlarınadamlaraməqsədyönluvəplanlısurətdəaşılanmasıprosesinifizikitərbiyəadlandırır.