Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə140/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   136   137   138   139   140   141   142   143   ...   185
Pedaqogika İMTAHAN

    Bu səhifədəki naviqasiya:
  • Tədris
Tələbənin elmi fəaliyyəti tərbiyə. İlk baxışda tələbənin elmi fəaliyyəti ilə tərbiyəsi arasında əlaqə yoxdur. Halbuki, onun elmi fəaliyyətinə həm də əxlaq tərbiyəsinin yollarından biri kimi baxılmalıdır. Çünki, kontrol yazı da, referat da, kurs işi də, diplom işi də tələbəni intizama, verilən tapşırığın icrasında məsuliyyətə alışdırır, onda əməksevərliyi gücləndirir, səliqəli və keyfiyyətli iş görməyə istiqamətləndirir. Tələbənin elmi tədqiqat işi müəllimlə pedaqoji ünsiyyətinə, dostluq və yoldaşlığına qida verir.

Tədris müəssisəsində rejimi əxlaq tərbiyəsinin yollarından biri kimi. İş rejimi tələbələrin görəcəkləri faaliyyətin ardıcıllığını muəyyənləşdirir. Tədris müəssisəsində iş rejimi əsasən zənglə başlayır və zənglə başa çatır. Məşğələnin müddəti və məşğələlərarası fasilələr də iş rejiminə daxildir. Tədris müəssisəsində iş rejiminə aid olan digər cəhətlər də var. Rejim tələbələrdə intizam, qarşılıqlı ehtiram və hörmət, məsuliyyət hisslərinin formalaşmasına kömək edir.

Tədris müəssisəsində ictimai fəaliyyət əxlaq tərbiyəsinin yollarından biri kimi. Şagirdlər (tələbələr) içtimai fəaliyyətin müxtəlif formalarında iştirak edirlər: sinif (qrup) nümayəndəsi, divar qəzetinin redaktoru, fasilələrdə növbətçi, özfəaliyyət dərnəyinin üzvü, həmkarlar təşkilatı fəalı, kütləvi tədbirlərin təşkilatçısı və iştirakçısı və s. kimi fəaliyyət göstərirlər.

Şagirdlərin (tələbələrin) müxtəlif növ ictimai fəaliyyətə qoşulmaları onlara xalq üçün faydalı hesab edilən işgüzarlıq, təşkilatçılıq, vətənpərvərlik, insanpərvərlik, xeyirxahlıq, təşəbbüskarlıq kimi keyfiyyətlər aşılayır.



Əxlaq tərbiyəsi nəticəsində gənc nəsl xeyiri şərdən, yaxşını pisdən, ədaləti ədalətsizlikdən, vicdanı vicdansızlıqdan, məsuliyyəti məsuliyyətsizlikdən, ləyaqəti ləyaqətsizlikdən, insafı insafsızlıqdan, düzlüyü əyrilikdən, doğruçuluğu yalandan, halallığı haramdan, sadəliyi təkəbbürlülükdən, təvazökarlığı mənəmlikdən, işgüzarlığı tənbəllikdən, vətənpərvərliyi Bətənə laqeydlikdən fərqləndirməyə alışır.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin