Tələbə elmi tədqiqat işlərinin formaları. Ali məktəb tələbələri elmi-tədqiqat işlərinin müxtəlif formalarında iştirak edirlər. Tələbə elmi-tədqiqat işləri iki qrupa ayrılır: tədris planında nəzərdə tutulan elmi işlər və tədris planında nəzərdə tutulmayan elmi işlər.
Birinci qrup tələbə elmi-tədqiqat işlərinə aiddir: referatlar, kurs işləri, buraxılış (diplom) işləri, magistr dissertasiyası.
Tədris planı ilə əlaqədar olan tədqiqat işlərində müəyyən ardıcıllıq mövcuddur. İlkin rəsmi tələbə elmi-tədqiqat işi referat adlanır.
Referat. Referat latın sözündən (refero) alınmadır. Mənası məlumat verirəm deməkdir. Bir məfhum kimi, onun elmi mənası hər hansı əsərin məzmununu yazılı şəkildə qısa şərh etməkdən ibarətdir.
Ali məktəbdə referat ixtisasdan asılı olaraq müxtəlif formalarda icra edilir: bir əsəri oxuyub məzmununu qısa şərh etmək; filmə baxıb məzmununu yazmaq; təbii hadisənin təsvirini vermək; incəsənət əsərini (heykəli, xalçanı, musiqini, rəsmi və s.) sözə çevirmək, kimyəvi reaksiyanı təsvir etmək; tarixi bir sənədin şərhini vermək və i. a.
Tələbənin elmi-tədqiqat fəaliyyətində referat ilk addım hesab elildiyindən, ona xüsusi qayğı göstərilir. Rəhbər çalışır ki, referat yazan tələbə istifadə etdiyi materiala yaradıcılıqla yanaşsın, mexaniki köçürmə hallarına yol verməsin, referatda tələbənin öz sözü, öz fikri üstünlük təşkil etsin.
Dostları ilə paylaş: |