Kurs işi. Kurs işi tələbənin elmi-tədqiqat fəaliyyətində ikinçi rəsmi addımdır. Kurs işi referata nisbətən mürəkkəb fəaliyyət formasıdır. Kürs işi tələbədən daha çox enerji və daha çox müstəqillik tələb edir.
Referat rəhbər tərəfindən qəbul edilir və sözlə şifahi qiymətləndirilir. Kurs işi isə rəhbərin iştirakı ilə komissiya tərəfindən qəbul edilir. Kurs işinin məzmununa dair tələbənin hesabatını dinləyən komissiya üzvləri onun nə dərəcədə müstəqil işlədiyini müəyyənləşdirir və yazılı formada qiymətləndirirlər.
Ədəbiyyatla əlaqədar olan referatlar əsasən bir mənbəyə istinad edirsə, kurs işi bir neçə mənbəyi əhatə edə bilir, onların təhlili əsasında umumiləşdirmələr aparır. Bir qrup hadisələri, fikirləri, çisimləri təhlil etmək, onların oxşar və fərqli cəhətlə- rini göstərmək, ümumiləşdirərək fikir söyləmək alimliyi səciy- yələndirən keyfiyyətlərdəndir. Kurs işinin yazılışı tələbələrdə məhz bu cür elmi axtarış qabiliyyətlərinin formalaşmasına kömək etməlidir.
Dostları ilə paylaş: |