Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə172/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   168   169   170   171   172   173   174   175   ...   185
Pedaqogika İMTAHAN

Doktorantura yaradılması. Yuxarıda deyildiyi kimi, ali məktəb aspirantura və doktorantura yaratmaqla çalışır ki, ehtiyac olan sahələr üzrə özünü yüksək ixtisaslı elmi-pedaqoji kadrlarla təmin etsin. Bu məqsədlə ali məktəblərdə elmlər namizədləri və elmlər doktorları yetişdirmək üzrə planlar da tərtib edilir və həyata keçirilir.

Yaradıcılıq məzuniyyəti verilməsi. Aspiranturada olmamış müəllimlərə lazım gəldikdə yaradıcılıq məzuniyyəti verilir. Öz təşəbbüsü ilə elmi və pedaqoji səviyyəsini yüksəltmək qayğısına qalan ali məktəb işçisi az deyil. Belə müəllim müvafiq kafedradan elmi mövzu götürüb dissertasiya üzərində işləyir. O, bir müddətdən sonra, dissertasiyasını başa çatdırmaq və müdafiə işini təşkil etmək üçün elmi məzuniyyət verilməsi barədə ali məktəbin rəhbərliyinə müraciət edir. Məsələyə elmi şurada baxılır. Lazım bilindikdə həmin şəxsə elmi məzuniyyət verilir. Yuxarıda deyildiyi kimi, doktorantın da elmi yaradıcılıq məzuniyyəti almaq hüququ var. Hətta rəsmən doktoranturada hesab edilməyən elmlər namizədi də müvafiq qaydada elmi yaradıcılığa çıxa bilər.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin