Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə30/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   26   27   28   29   30   31   32   33   ...   185
Pedaqogika İMTAHAN

Pedaqoji prosesin həyatla, sosial-iqtisadi mühitlə əlaqəsində qanunauyğunluq. Ölkəmizdə pedaqoji proses sosial-iqtisadi həyatla qarşılıqlı əlaqə şəraitində inkişaf edir. Pedaqoji prosesin vəzifələri də, məzmunu da sosial-iqtisadi və mədəni- siyasi həyatamızın tələblərinə uyğun şəkildə müəyyənləşdirilir. Tədris müəssisələrinin tədris planları, tədris proqramları və dərslikləri tərtib olunarkən sosial-iqtisadi həyatın müvafiq sahələrinin ehtiyacları hökmən nəzərə alınır. Həyatımızın hər hansı sahəsinə xidmət etməyən tədris müəssisəsinin ömrü uzun olmur.

Tədris müəssisələri və sosial-iqtisadi həyat arasında qarşılıqlı əlaqə nəinki tədris olunan fənlərin məzmununda, hətta fənnin əhatə etdiyi ayrı-ayrı mövzuların tədrisində də nəzərə alınmalıdır. Tədqiqatlarla isbat olunmuşdur ki, öyrədilən hər hansı tədris mövzusu həyatla, istehsalatla əlaqələndirildikdə şagirdlər (tələbələr) həmin mövzu üzrə biliyi daha şüurlu mənimsəyir və buna görə də yaddaşlarında uzun müddət saxlaya bilirlər. Mövzunun tədrisi həyat hadisələri ilə əlaqələndirilmədikdə biliyin həyatiliyi azalır, ömrü gödəlir, tez unutmaq təhlükəsi yaranır. Göründüyü kimi, tədris mövzusu- nun mənimsənilmə səviyyəsi ilə həmin mövzunun tədrisini həyatla əlaqələndirməyin vəziyyəti arasında təkrar olunan qanunauyğun asılılıq mövcuddur. Səciyyələndirdiyimiz qanunauyğunluq tərbiyədə də müşahidə olunur. Bu qanunauyğunluğun mahiyyəti belədir: pedaqoji proses həyatla qədər ətraflı əlaqələndirilirsə şagirdlərin (tələbələrin) bilik bacarıq səviyyələri bir o qədər yüksək olur. Pedaqoji prosesin həmin qanunauyğunluğunu qanun formasında ifadə edək: pedaqoji prosesin həyatla qarşılıqlı əlaqəsi qanunu.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin