Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə36/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   32   33   34   35   36   37   38   39   ...   185
Pedaqogika İMTAHAN

Öyrədənlə öyrənənlərin fəaliyyətlərindəki əlaqədə qanunauyğunluq. Pedaqoji qanunauyğunluqlardan biri də öyrədənin və öyrənənlərin fəaliyyətləri arasında qarşılıqlı asılılıqda özünü göstərir. Məsələ burasındadır ki, öyrədən şəxsin bütün pedaqoji addımları öyrənənlərin mənimsəmə fəaliyyətinin xüsusiyyətləri əsasında mümkün olur. Bu səbəbdən də öyrədən şəxs hər hansı mövzunun, anlayışın əsaslı mənimsənilməsinə imkan verən biliklərin, məlumatların vəziyyəti ilə maraqlanır; unudulmuş cəhətlər olduqda xatırladır; lazım gəldikdə müvafiq izahat verir; bu addımlardan sonra mətləbə keçir. Öyrədilən anlayışın möhkəmləndirilməsi zamanı öyrədən öyrənənlərin fərdi xüsusiyyətlərinə nəzərən tapşırıqlar verir, yenidən yoxlayır, köməyə ehtiyacı olanlara yardım edir, qabiliyyətlilərə əlavə tapşırıq verir və s. Başqa sözlə, bu cür hallarda əks əlaqə tam təmin edilir. Nəticədə öyrənənlər pedaqoji prosesdə uğurla irəliləyə bilirlər.

Pedaqoji təcrübədən belə bir nəticə də çıxır ki, pedaqoji posesdə öyrədənin irəliləmə sürəti də öyrənənlərin qavrama, anlama və yaddasaxlama dərəcəsi ilə şərtlənir. Öyrənənlərin pedaqoji prosesdə müvəffəqiyyəti, yəni mənimsənilən anlayış- ların, məlumatların şüurluluq və davamlılıq dərəcəsi həm də öyrədənin pedaqoji səriştəsindən, ustalığının, qayğıkeşliyinin səviyyəsindən asılı olur. Bu mənada Məhəmməd peyğəmbərin müəllimliyə verdiyi qiyməti xatırlamaq yerinə düşərdi. O, hədislərinin birində demişdir: “Ən xeyirli sədəqə odur ki, bir müsəlman elm öyrənə və sonra onu öz müsəlman qardaşına öyrədə”

Pedaqoji prosesdə öyrənənlərin necə dinlədiklərinə, necə düşündüklərinə, necə işlədiklərinə laqeyd qalan müəllim və digər tərbiyəçi müvəffəqiyyətə bel bağlaya bilməz. Çünki bu cür hallarda əks əlaqə təmin olunmur.

Beləliklə, tam aydındır ki, öyrədənin pedaqoji fəaliyyət xüsusiyyətləri öyrənənlərin mənimsəmə xüsusiyyətlərini şərtləndirdiyi kimi, öyrənənlərin mənimsəmə xüsusiyyətləri də öyrədənin pedaqoji fəaliiyət xüsusiyyətlərini şərtləndirir. Qarşılıqlı asılılıqda özünü göstərən qanunauyğunluq göz qabağındadır: pedaqoji proses zamanı öyrənənlərin mənimsəmə xüsusiyyətləri qədər diqqətlə ətraflı nəzərə adınırsa onların müvəffəqiyyəti bir o qədər artır əksinə, öyrənənlər pedaqoji prosesdə qədər müvəffəqiyyətli fəaliyyət göstərirsə öyrədən bir o qədər səmərəli işləməli olur. Bu qanunauyğunluğun qanun formasında ifadəsi belədir: pedaqoji prosesdə öyrədən öyrənənlərin fəaliyyətlərinin bir-birini şərtləndirməsi qanunu, yaxud, düz əks əlaqənin vəhdəti qanunu.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin