Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə43/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   39   40   41   42   43   44   45   46   ...   185
Pedaqogika İMTAHAN

Üsulların müxtəliflik dərəcəsi ilə əlaqədar qanunauyğunluq. Təcrübə göstərir ki, eyni mövzunun öyrədilməsi zamanı müəllimlər (tərbiyəçilər) bir neçə üsuldan istifadə edirlər. Müəllimin rəhbərliyi altında şagirdlər (tələbələr) gah qoyulan suallara cavab verir, gah sorğu kitabını varaqlayır, gah təcrübə qoyur, gah müşahidələr aparır, gah əyani vasitələrə əl atır, gah texniki vasitələrdən istifadə edir, gah yoldaşlarının mühakimələrinə öz münasibətini bildirir və s. Mövzunun öyrənilməsi zamanı bu cür müxtəlif üsullardan istifadə edən müəllimlərin şagirdlərində (tələbələrində) müxtəlif duyğu üzvləri işə qoşulur, nəticədə mənimsəmənin səviyyəsi yüksəlir.

Bunun əksi də müşahidə edilir. Bəzi müəllimlərin (tərbiyəçi- lərin) metodikasında davamlı stereotip yaranır, onlar məhdud dairədə üsullara alışırlar, sözlü üsullara üstünlük verirlər, əyani və texniki vasitələrə, müstəqil işlərin təşkilinə nadir hallarda müraciət edirlər. Belə hallarda şagirdlərin (tələbələrin) əsasən eşitmə üzvləri fəal olur. Pedaqoji üsullardan istifadədə rənga- rənglik, müxtəliflik olmadıqda şagirdlər (tələbələr) pedaqoji prosesə az maraq göstərirlər, nəticədə istənilən səmərəni almaq mümkün olmur.



Göründüyü kimi, pedaqoji prosesdə tətbiq olunan üsulların müxtəliflik dərəcəsi ilə mənimsəmə səviyyəsi arasında müəyyən qanunauyğun asılılıq var: Öyrənilən mövzunun xarakterindən asılı olaraq tətbiq edilən üsulların müxtəliflik dərəcəsi artdıqca şagirdlərin (tələbələrin) mənimsəmə səviyyəsi yüksəlir. Bu qanunauyğunluq qanun şəklində belə ifadə edilir: üsulların müxtəlifliyindən mənimsəmənin asılılığı qanunu.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin