Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə40/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   36   37   38   39   40   41   42   43   ...   185
Pedaqogika İMTAHAN

Pedaqoji prosesin tərbiyələndirici vəzifəsi ilə əlaqədar qanunauyğunluq. Pedaqoji prosesin həyata keçirdiyi üç başlıca vəzifələrdən biri tərbiyədir. Pedaqoji prosesin tərbiyə imkanları isə genişdir. Öyrədilən materialların məzmununda, öyrətmə üsullarında, müəllimin (tərbiyəçinin) nitqində, mühakimə tərzində, davranışında, görkəmində və s. cəhətlərdə bu cür imkanlar olur. Pedaqoji prosesin bu cür tərbiyəvi imkanları olduğunu biləndə, məşğələ zamanı həmin imkanlardan istifadə ediləndə onun tərbiyələndirici təsiri güclənir.

Lakin təlimin yalnız bir vəzifəsini - fənn üzrə bilik və baca- rıqların öyrədilməsini diqqət mərkəzində saxladıqda, onun tərbiyələndirici vəzifəsinə qayğı göstərilmədikdə gənc nəslin tərbiyəlilik səviyyəsini yüksəltmək çətinləşir. Başqa sözlə desək, pedaqoji prosesin tərbiyələndirici imkana malik olduğunu bilib-bilməməyin, həmin imkanlardan istifadə edib- etməməyin səmərəlilik dərəcəsinə dəxli vardır. Təsvir edilən hadisələrdə qanunauyğunluq özünü göstərir: pedaqoji prosesin tərbiyə imkanlarına malik olduğunu müəllim (tərbiyəçi) bildikdə öz işində nəzərə aldıqda onun səviyyəsi yüksəlir. Həmin qanunauyğunluğun qanun formasında ifadəsi belədir: Təlimin tərbiyələndirici imkanlarından istifadə qanunu.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin