Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə41/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   37   38   39   40   41   42   43   44   ...   185
Pedaqogika İMTAHAN

Pedaqoji proses zamanı psixoloji inkişafla əlaqədar qanunauyğunluq. Pedaqoji proses real olaraq şagirdlərdə (tələbələrdə) psixoloji funksiyaların, yəni qavrayışın, təsəvvürün, təxəyyülün, təfəkkürün, diqqətin, iradənin və s.-in təkmilləşməsinə müəyyən təsir göstərir. Lakin həmin təsir güclü də, zəif də ola bilir. Təsirin dərəcəsi müəllimin bu sahədə nəzəri və əməli hazırlıq səviyyəsindən asılıdır.

Məlumdur ki, pedaqoji prosesin məzmununda, üsullarının tətbiqində, təşkili formalarında, müəllimin şəxsiyyətində şagirdlərin psixoloji inkişafı üçün müəyyən imkanlar var. Məsələn, dərslik materiallarının şərhindəki məntiq, təhlil, tərkib, ümumiləşmə, müqayisə, sübut halları az deyil. Dərslik materiallarının şərhindəki həmin təfəkkür tərzlərini şagirdlərin (tələbələrin) diqqətinə çatdırmaq halları da, buna məhəl qoymamaq halları da olur. Birinci halda şagirdlər (tələbələr) üçün təfəkkür tərzlərinin nümunələri göz qabağındadır; ikinci halda isə şagirdlər (tələbələr) belə imkandan uzaq düşürlər.



Pedaqoji proses zamanı mühakimələrdə məntiq tələblərinə ciddi əməl edən, fikrini tutarlı dəlillərlə sübuta yetirən, fakt və hadisələri tutuşduran, oxşarlığı və fərqləri aşkara çıxaran, ümumiləşdirmələr edən və bu təfəkkür əməliyyatlarını şagirdlərinə (tələbələrinə) öyrədən müəllimlər var. Bununla yanaşı, necə gəldi danışan, şagirdləri (tələbələri) təfəkkür əməliyyatlarına alışdırmayan müəllimlər çoxdur. Faktlar dönə-dönə sübut edir ki, birinci qrupa aid olan müəllimlərin şagirdlərində psixoloji inkişaf daha intensiv cərəyan edir. Deməli, burada müəyyən qanunauyğunluq nəzəri cəlb edir: dərslik materiallarındakı mühakimə tərzlərinə şagirdlərin diqqəti xüsusi olaraq cəlb edildikdə, müəllimin öz mühakimələri məntiqi qurulduqda şagirdlərdən (tələbələrdən) məntiqli danışıq tələb edildikdə onların psixoloji inkişaf sürəti xeyli artır. Bu qanunauyğunluğun qanun forması belədir: pedaqoji prosesin inkişafetdirici imkanlarından istifadə qanunu.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin