Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə42/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   38   39   40   41   42   43   44   45   ...   185
Pedaqogika İMTAHAN

Əyaniliyin tətbiqi sahəsində qanunauyğunluq. Pedaqoji proses zamanı əyani vasitələrdən istifadədə iki meyl özünü göstərir. Bəzən şagirdlərin (tələbələrin) diqqəti nümayiş etdirələn əyani vasitənin konkret əlamətinə yönəldilir, eyni tipli digər cisimlərdə bu cür əlamətlərin olduğu isə diqqətdən yayınır. Nəticə etibarilə şagirdlərdə (tələbələrdə) ümumi əlamət, ümumi anlayış deyil, əyani vasitə ilə əlaqədar olan konkret təsəvvür formalaşır. Məsələn, botanikadan bitkilərin kök sistemləri öyrədilərkən müəllim buğdanın və lobyanın köklərini şagirdlərə göstərir və deyir:

-Baxın, birləpəli toxum olan buğdanın kökü saçaqlı, ikiləpəli toxum olan lobya isə mil köklüdür.



Eyni əyani vasitədən eyni mövzu ilə əlaqədar istifadənin başqa halları da müşahidə edilir. Bu cür hallarda müəllim şagirdlərin diqqətini ayrılıqda buğda və lobya toxumlarının kök sistemlərindəki ümumi əlamətlərə yönəldir və deyir:

-Uşaqlar, görürsünüz ki, birləpəli toxum olan buğdanın kökü saçaqlı, iki ləpəli toxum olan lobya isə milköklüdür. Bütün birləpəli toxumlar saçaqlı kökə malikdir; bütün ikiləpəli toxumlar isə milköklüdür.

Birinci halda əyanilik konkret hadisələri (buğdanın və lobyanın), ikinci halda isə konkret hadisələrə xas olan xüsusiyyətlər ümumi əlaməti dərk etmək vasitəsinə çevrilir. Başqa sözlə, əyanilik birinci halda daha çox təsəvvürün, ikinci halda isə daha çox anlayışın formalaşmasına istiqamətlənir. İkinci halda şagirdlər qavrayışdan anlayışa doğru yüksəlirlər. Burada müəyyən qanunauyğunluq özünü aydın şəkildə göstərir: Əyani vasitələrin tətbiqi zamanı şagirdlərin (tələbələrin) diqqəti yalnız müşahidə olunan cisimlərin əlamətləri çərçivəsində qaldıqda əsasən qavrayış təsəvvürün, həmin əlamətlər ümumiləşdirilərək eyni tipli digər cisimlərə aid edildikdə isə anlayışın formalaşmasına imkan yaranır. Bu qanunauyğunluğun qanun formasında ifadəsi: əyaniliyin anlayışa xidmət etməsi qanunu.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin