Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4


Pedaqoji prosesin ümumi prinsipləri



Yüklə 0,54 Mb.
səhifə50/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   46   47   48   49   50   51   52   53   ...   185
Pedaqogika İMTAHAN

Pedaqoji prosesin ümumi prinsipləri


Prinsip latın sözündən (prinsipium) alınıb, əsas ideya, ilkin ideya, başlıca tələb mənasında işlənib.

Pedaqoji prosesin prinsipləri məfhumunun mahiyyətini milli pedaqogika belə ifadə edir: pedaqoji prosesin qanunauyğunluqlarından irəli gələn, onun məzmununa, üsullarına təşkili formalarına təsir göstərən, müəllim (tərbiyəçi) tələbələrin fəaliyyətini səmərəli qurmağa imkan verən aparıcı ideyalara pedaqoji prosesin prinsipləri deyilir.



Prinsiplərin qanunauyğunluqlar əsasında müəyyənləşdirilməsi. Pedaqoji prosesin iyirmi qanunauyğunluğunu əvvəlki fəsildə şərh etdik. Pedaqoji prosesin prinsipləri həm miqdar, həm də ad cəhətdən o qanunauyğunluqlar əsasında müəyyən edilir. Bu səbəbə görə sırf təlim zamanı sırf tərbiyə zamanı istifadə olunan prinsiplər bunlardır:

  1. Pedaqoji prosesin tamlığı prinsipi.

  2. Pedaqoji prosesin həyatla qarşılıqlı əlaqəsi prinsipi.

  3. Pedaqoji proses üçün münasib şəraitin yaradılması prinsipi.

  4. Pedaqoji proses iştirakçılarının həmrəylik və əməkdaşlıq prinsipi.

  5. Pedaqoji prosesin məzmununun məqsəddən asılılığı prinsipi

  6. Pedaqoji iş üsullarının seçilməsində biliklərin və ya mənəvi keyfiyyətlərin səviyyəsinin nəzərə alınması prinsipi.

  7. Yaş, fərdi və cinsi xüsusiyyətlərin nəzərə alınması prinsipi.

  8. Öyrədən və öyrənənlərin fəaliyyətlərinin bir-birini şərtləndirməsi prinsipi, yaxud: düz və əks əlaqənin vəhdəti prinsipi.

  9. Öyrədən və öyrənənlərin fəallıq dərəcələrində tərs mütə- nasiblik prinsipi.

  10. Problemli situasiyada ziddiyətin duyulması və aradan qaldırılması prinsipi.

  11. Pedaqoji prosesin məzmununun və gedişinin elmiliyi prinsipi.

  12. Pedaqoji prosesin tərbiyələndirici imkanlarından istifadə prinsipi.

  13. Pedaqoji prosesin inkişafetdirici imkanlarından istifadə prinsipi.

  14. Pedaqoji prosesdə əyaniliyin anlayışa xidmət etməsi prinsipi.

  15. Müxtəlif usullardan istifadə prinsipi.

  16. Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi.

  17. Pedaqoji prosesdə nikbinlik prinsipi.

  18. Pedaqoji prosesdə hörmət və tələbkarlığın vəhdəti prinsipi

  19. Pedaqoji proses zamanı tələblərdə vahidlik prinsipi.

  20. Pedaqoji prosesdə sözlə əməlin vəhdəti prinsipi. Pedaqoji prosesin həmin prinsiplərini səciyyələndirək.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin