Tələblərlə əlaqədar qanunayğunluq. Təcrübə göstərir ki, müəllimlərin (tərbiyəçilərin) eyni məsələ üzrə uşaqlar (şagird- lər), tələbələr qarşısında qoyduqları tələblərdə müxtəliflik olur. Bu cür tələblərdə müxtəliflik pedaqoji iş üslubunda müxtəlifliyə gətirib çıxarır. Pedaqoji iş üslubundakı müxtəliflik isə tələbələri çaşbaş salır, tərbiyəni çətinləşdirir.
Məlumdur ki, eyni sinfin (kursun) dinləyiciləri ilə bir deyil, bir neçə müəllim (tərbiyəçi) işləyir. Həmin müəllimlər (tərbiyə- çilər) başqa-başqa üslubda iş apardıqda şagirdlər (tələbələr) onlara alışmaqda çətinlik çəkirlər. Məsələn, müəllimlərdən biri son məşğələdə olmayan tələbələri ilk növbədə danışdırır, çalışır ki, onlarda məsuliyyət hissini gücləndirsin, iştirak etmədikləri məşğələnin materialını öyrənsinlər.
Bəzi müəllimlər isə əksinə, əvvəlki məşğələdə olmayan şagirdləri sorğu-suala tutanda təqribən belə cavab alır:
-Müəllim, əvvəlki məşğələdə olmamışam.
Təəssüf doğuran budur ki, həmin müəllimlər cavabla razılaşır.
Bu cür cavabla razılaşan müəllim, istər-istəməz, məşğələdə olmamağa və bu səbəbdən də növbəti məşğələyə hazırlaşma- mağa haqq qazandırmış olur. Eyni zamanda digər şagirdlərə zərərli nümunə verilir.
Dostları ilə paylaş: |