Sualolunur: tələbə bu iki iş üslubundan, bu iki tələbdən hansına alışmalı, hansın əməl etməli, hansına meyllənməlidir? Aydındır ki,anlayışı zəif, təcrübəsi az olan tənbəl tələbələr ikinci müəllimin iş üslubuna meyllənirlər, nəticədə mənimsəmənin səviyyəsi aşağı düşür.
Eyni sinifdə məşğələ aparan müəllimlərin hamısı birinci tələbi əsas götürdükdə, birinci üslubda işlədikdə, başqa sözlə, tələblərdə vahidliyi təmin etdikdə pedaqoji işin səmərəsi xeyli artır. Bu fikir ailədə pedaqoji işə, valideynlərə də aiddir. Vali- deynlər də öz övladları qarşısında vahid tələblər qoymalıdırlar. Bu faktlarda qanunauyğunluq var: Pedaqojiproseszamanıtələblərdəvahidliktəminedildikdətərbiyəliliyinvəmənimsəməninsəviyyəsiyüksəlir.Qanunauyğunluğun qanun forması belədir: pedaqojiproseszamanıtələblərdəvahidlikqanunu.