Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə61/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   57   58   59   60   61   62   63   64   ...   185
Pedaqogika İMTAHAN

Çalışmalar. Bəzən müəllim (tərbiyəçi) tələbələrdə biliyi, mənəvi keyfiyyəti möhkəmləndirmək üçün təkrarla kifayətlən- mir, həmin biliyin və ya mənəvi keyfiyyətin bacarıq və vərdişə çevrilməsi məqsədi ilə müxtəlif çalışmalar təşkil edir.

Yalnız zehni əməliyyatlar tələb edən təkrardan fərqli olaraq çalışma həm əməli fəaliyyət tələb edir. Çalışma eyni əməli hərəkətin ya hərəkətlər sisteminin dəfələrlə təkrarı deməkdir.

Çalışma bir neçə mərhələdən keçir: müəllim (tərbiyəçi) əməlin necə icra ediləcəyini aydınlaşdırır və nümayiş etdirir, tələbələr qulaq asır və müşahidə edir; tələbə əməlin icrasında özünü sınayır, səhv hərəkət olduqda aşkara çıxarılır və ona düzəlişlər edilir; əməlin icrası yenidən təkrar edilir. Əməl səliqəli, qüsursuz icra edilənədək tələbə sınaqları davam etdirir.

Əməli işinə eyni zamanda izahat verməyi (öyrənənlərdən) tələb edən müəllimlərə (tərbiyəçilərə) bəraət qazandırmaq lazımdır. Çünki, bu cür hallarda uşaqlarda nitq və təfəkkür də işə qoşulur, formalaşan bacarıq və vərdişin şüurluluq dərəcəsi artır.

Bacarıq və vərdişlərin şüurluluq dərəcəsini artırmaq üçün

bəzən çalışmaların formasını dəyişdirmək lazım gəlir. Bu cür



hallar müəllimə (tərbiyəçiyə) imkan verir ki, öz biliklərindən, bacarıq və vərdişlərindən tələbələrin dəyişmiş şəraitdə necə istifadə etdiklərini görə bilsin. Həmin səbəbdən də təcrübəli müəllimlər (tərbiyəçilər) birvariantlı çalışmalardan müxtəlifva- riantlı çalışmalara keçirlər.

Təkcə pedaqoji işdə deyil, ümumən həyatda, fəaliyyətdə vərdişin əhəmiyyətini böyük mütəfəkkirlərdən bəziləri bilmiş və poetik şəkildə ifadə etmişlər. Məsələn, Nizami Gəncəvi yazır:

İnsan etsə bir işə vərdiş, Çətin olsa belə, görülər bu .

Zənn etmə əməlin şücaətdəndir, Güclülükdən deyil, bu, adətdəndir1

Eyni fikri başqa formada Əlişir Nəvai (1441-1501) belə ifadə etmişdir:

Vərdişi yox isə çətin olur iş,

İş çox olur, olduqca vərdiş”

N.Tusiyə görə “…davranış qaydalarını öyrətmək, onları yerinə yetirməyə təhrik etmək məsləhətdir”.

Təhsil müəssisələrində tədris olunan bütün fənlər üzrə çalışmalar təşkil etmək imkanı var. Məsələ və misal həlli, kino, televizor, diafilm, diapozitiv, elektron hesablayıcı maşın, kompüter kimi texniki vasitələrdən istifadə, xətkeş, ştangensirkul, mikrometr, ampermetr, voltmetr, termometr kimi ölçmə vasitələrinin tətbiqi, sxem, diaqram, cədvəl, xəritə, rəsm kimi əyani vasitələrin çəkilməsi, emalatxana və laboratoriyalarda avadanlıq və xammaldan istifadə və s. bu cür imkanlara malikdir.

Çalışmalara yaxın olan üsullar məşq və alışdırmadır.

Məşq. Təkrar əsasən şifahi formada, çalışmalar əsasən yazılı formada, məşq isə əsasən fiziki hərəkətlər formasında aparılır. Çeviklik, dözüm, güc, elastiklik kimi fiziki

keyfiyyətlər, yerimək və qaçmaq, uzununa və hündürlüyə tullanmaq, xizək və konki sürmək, motosiklet və avtomobil sürmək, futbol, voleybol və basketbol oynamaq kimi fiziki bacarıqlar ən çox məşq sayəsində formalaşır.



Məşqdə də eyni hərəkət dönə-dönə icra edilir. Lakin, çalışmalardan fərqli olaraq, məşq zamanı təkrar-təkrar icra olunan fiziki hərəkətin miqdarı xeyli çox olur və uzun müddət davam edir. Bundan əlavə, məşqdə, demək olar ki, bədənin bütün əzaları fəal iştirak edir. Mustafa Kamal Atatürk (1881- 1938) xatırladırdı: “Yaşamaq – fəaliyyətdə olmaq deməkdir”1. Fiziki keyfiyyətlərin və bacarıqların məşq yolu ilə formalaş- dırılmasında müasir idman növləri

İlə yanaşı,qılınc oynatmaq, ox atmaq, at çapmaq kimi xalq idman növlərinin, “Çovkan”, “Sürpapaq”, “Yaylıq”, “Piyalə və ox” kimi xalq



oyunlarının imkanlarından da istifadə olunmalıdır.

Tarixən isbat olunmuşdur ki, idman - sağlamlığın rəhnidir. Qoca Şərqin müdriklərindən Əbu Əli İbn Sinanın bu kəlamı qulağımızda sırğa olmalıdır: “İdmanla məşğul olanın heç bir müalicəyə ehtiyacı yoxdur. Onun müalicəsi hərəkətdədir”.

Məşqə yaxın üsul alışdırmadır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin