Alışdırma. Bacarıq və vərdişin zəruriliyi mənəvi keyfiyyətlə- rin, o cümlədən əxlaqla və əməklə əlaqədar olan keyfiyyətlərin möhkəm mənimsənilməsində daha qabarıq müşahidə olunur. Dönə-dönə şahidi oluruq ki, uşaqlar, yeniyetmə və gənclər düzlük və doğruçuluğun, yoldaşlıq və dostluğun, insanpərvərliyin, vətənpərvərliyin, intizamın və s. mənəvi dəyərlərin mənasını da, əhəmiyyətini də bilirlər. Lakin onlardan bir qismi əməldə qeyri səmimiliyə, kobudluğa, intizamsızlığa yol verir, şəxsi mənafeyi ön plana çəkir. Bu cür hallarda alışdırma üsuluna əl atmaq lazım gəlir. Əməlin fikirdən fərqləndiyi hallarda müəllim (tərbiyəçi) əməlin sahibini elə şəraitə salır ki, həmin şərait onu fikrinə uyğun fəaliyyət göstərməyə təhrik etsin. Eyni zamanda uşaq, yeniyetmə, gənc üzərində ciddi nəzarət qoyulur. Əməl sözə
uyğun gələnədək, yəni müvafiq vərdiş yarananadək nəzarət davam edir. Böyük Əvhədi təsadüfi deməmişdir:
“Sözün, qəlbin, işin əgər olsa düz,
Sən hər istəyinə çatarsan, sözsüz”.
Çalışmaya və məşqə nisbətən alışdırma daha çox vaxt aparır, hətta bəzən aylar azlıq edir.
Gələcək fəaliyyətə hazırlaşan hər bir gənc atalar sözlərini də yadda saxlamalıdır: “Heyvanın dişinə baxarlar, insanın işinə”. “İstəyirsən bol çörək, al əlinə bel, kürək”.
Rejim. Anlayışların formalaşmasında, onların möhkəmlənməsində, bacarıq və vərdişə çevrilməsində, digər üsullarla yanaşı, rejimin də mühüm rolu qeyd edilməlidir. İctimai həyatın bütün sahələrində rejimdən bu və ya digər dərəcədə istifadə edilir. məsələn, istehsalatda iş müəyyən vaxt başlayır, müəyyənləşdirilmiş vaxtda bitir, eyni vaxtda nahara çıxırlar.
Tədris müəssisələrində də rejimə əməl edilir: məşğələlərin başlanma, davam etmə və bitmə vaxtı stabil olur, dəyişmir.
Rejim nəinki müəssisələrin, idarələrin, habelə tədris ocaqla- rının müvəffəqiyyətli fəaliyyətləri üçün başlıca şərtlərdən biridir. Öz həyat və fəaliyyət tərzini rejim əsasında qurmağı bacaran ayrı-ayrı şəxslər bir çox cəhətdən uğur qazanırlar.
Uşaqların, yeniyetmə və gənclərin təlim-tərbiyəsində rejim- dən istifadə edən müəllimlərimiz (tərbiyəçilərimiz) az deyil.
Gənc nəslin gün rejiminin təşkilinə xüsusi qayğı göstərilmə- lidir. Təcrübə göstərir ki, müəllimin (tərbiyəçinin) təkidi ilə gün rejiminə, yəni müəyyənləşdirilmiş vaxtda yuxudan qalxmağa, əl-üzünü yumağa, səhər idmanı ilə məşğul olmağa, səhər, günorta və axşam eyni vaxtda yeməyə, əylənməyə, hər gün eyni vaxtda təhsil müəssisəsinə getməyə, istirahət etməyə, öz üzərində işləməyə, eyni vaxtda yatmağa alışan tələbə uğurla oxuyur, əsəbləri sakit olur, səhhəti möhkəmlənir.
Dostları ilə paylaş: |