İctimai-faydalı əmək. Ailə şəraitində məişət əməyinə alışan, məişət əməyinin müxtəlif sahələrində bacarıq və vərdişi olan şagirdlər, sonralar isə tələbələr təhsil aldıqları tədris müəssə- sində ictimai faydalı əməkdə daha çox fəallıq göstərirlər. Onların əmək qayğıları ailə çərçivəsindən çıxaraq ictimai xarakter kəsb edir. Tələbələr ictimai faydalı əməyin başqa- başqa sahələrində öz bacarıqlarını xeyli inkişaf etdirmək imkanına malikdirlər. Onlar növbətçilikdə, əmlakın təmir edilməsində, divar qəzetlərinin çıxarılmasında, fotomontaj və stendlərin hazırlanmasında, kütləvi tədbirlərin keçirilməsində, tələbə təşkilatlarının işində, məktəblərarası yarışlarda, məktəbyanı sahənin səliqə-sahmana salınmasında, ev heyvanlarının bəslənməsində və s. işlərdə bilik və bacarıqlarını daha da genişləndirirlər.
Tədqiqat xarakterli iş. Elmə məlum olan biliyin tələbələr tərəfindən əsaslı və möhkəm mənimsənilməsində tədqiqat
xarakterli işin xüsusi yeri vardır. Bu üsul onları müstəqil düşünməyə, müstəqil mühakimə yürütməyə alışdırır, əsil elmi tədqiqata hazırlayır.
Tədqiqat xarakterli iş tədris müəssisəsinin laboratoriya və fənn kabinələri ilə, canlı guşəsi ilə, məşğələləri ilə, meşə ilə, çay kənarı ilə, istehsalatla və s. yerlərlə əlaqədar ola bilir. Müəl- limin (tərbiyəçinin) tapşırığı üzrə tələbələr məsələn, budaqların gövdədə, yarpaqların budaqlarda düzülüşünü, bitki örtüyünün müxtəlifliyini, bitkilərin relyefdən asılılığını, yaşayış məntəqələrinin suya yaxınlığını, iqlimin relyefdən asılılığını, nitqdə məntiqi əlaqəni, ləhcə xüsusiyyətlərini, şəhərdə danışıq, davranış xüsusiyyətlərini, təbiətə və cəmiyyətə aid digər cəhətləri müşahidə edə bilirlər. Onlar topladıqları faktları təhlil edir, qruplaşdırır və müvafiq nəticələr çıxarırlar.
Dostları ilə paylaş: |