Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə59/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   55   56   57   58   59   60   61   62   ...   185
Pedaqogika İMTAHAN

Əsər müzakirəsi. Bədii, tarixi, elmi, pedaqoji əsərlər müza- kirə mövzusu ola bilir. Əsər müzakirəsi yalnız şagirdlər və ya tələbələr arasında deyil, müəllimlər, valideynlər və əhalinin digər təbəqələri arasında da təşkil edilir.

Keçirildiyi yerdən, iştirakçılarının tərkibindən və mövzusundan asılı olmayaraq bütün müzakirələr üçün səciyyəvi cəhətlər var: müzakirə ediləcək əsərdən bütün iştirakçıların hali olması, müzakirə məqsədinin iştirakçılar üçün aydınlığı, müzakirə vaxtının əvvəlcədən elan edilməsi.



Aşağı siniflərdə hekayə, şer, nağıl və ya dastan müzakirəsinin məzmununu zənginləşdirmək məqsədi ilə müvafiq tapmacalardan (məsələn, “Dili yoxdur, dilləndirir, insanı elmləndirir”, “O nədir ki, özü qara, sözü ağ”) da istifadə etmək olur.

İzah və problemli vəziyyət kimi, məruzə, disput və əsər müzakirəsi də müvafiq anlayışların formalaşmasına xidmət edir.

Nəsihət. Nəsihətdə anlayışların formalaşması üçün münasib imkanlar az deyil. Nəsihət bilavasitə şüura ünvanlanır, bir şəxsə, bir qrup adama, bütöv bir xalqa da aid ola bilir. Nəsihət həyatın başqa-başqa sahələrində insanları cəmiyyət üçün, xalq üçün faydalı fəaliyyətə istiqamətləndirir. Nəsihətə qulaq asanlar da, ona əməl edənlər də olur; nəsihətə biganə qalanlar da tapılır. Qoca şərqin böyük ustadı Sədi gözəl demişdir:

Yazıq o şəxsə ki, sevmir nəsihət,



Nəsihət sevənlər qazanar sərvət”1

Nəsihətin nəticəsini düşünməyən, nəsihət qapısını qıfıllı saxlayan şəxs üçün nəsihət acı olur. Bu həqiqət atalar sözündə çox düzgün ifadə olunmuşdur: “Nəsihət acı olur, meyvəsi şirin”.

Nəsihətin həyat üçün, yaşayış üçün əhəmiyyətini aydın bilən Məhəmməd peyğəmbər demişdir: “Xoşbəxt olan başqasından nəsihət alandır”.

Onu da yadda saxlayaq ki, məsləhət formasında təqdim olunan nəsihətin şüura təsir gücü xeyli artır: “Məsləhətli don gen olar” deyən atalar qətiyyən yanılmır.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin