Mündəricat Table of Contents Рedaqoji elm və pedaqoji proses; onların qarşılıqlı əlaqəsi 4



Yüklə 0,54 Mb.
səhifə71/185
tarix14.04.2022
ölçüsü0,54 Mb.
#55423
1   ...   67   68   69   70   71   72   73   74   ...   185
Pedaqogika İMTAHAN

Rəğbətləndirmə üsulu. Bu üsulun həm psixoloji, həm də pedaqoji mənası var. Rəğbətləndirmənin psixoloji mənası həvəsləndirməkdən ibarətdir. Bu və ya digər formada təriflənən şagird və ya tələbə həvəslənir, daha yaxşı oxumaq, daha yaxşı davranmaq, müəllimin (tərbiyəçinin) daim rəğbətini qazanmaq üçün hərəkətə gəlir.

Vaxtilə Tusi əbəs yerə deməmişdir ki, “Uşaqdan yaxşı bir hərəkət baş verdikdə həvəsləndirib artırmaq lazımdır”.



Bəs uşaqların, yeniyetmə və gənclərin pedaqoji prosesdə fərəhləndirici cəhətlərini görməmək və ya görüb qiymətləndirməmək nəyə səbəb ola bilər? M.F.Axundov bu cür suala qismən cavab vermişdir: “Sevinc və şənlik bəxş edən

vasitələrdən uzaqlaşmaq hisslərin sustlaşmasına və ağlın kütləşməsinə səbəb olar”1.

Rəğbətləndirmənin pedaqoji mənası məktəbdə, bütövlükdə cəmiyyətimizdə nələrin bəyənildiyini şagirdlərin (tələbələrin) nəzərinə çatdırmaqdır. Müəllim məktəbdə xalqı, dövləti təmsil edir. Şagirdin və ya tələbənin yaxşı oxumasına, nümunəvi davranışına, təhsildə səyinə görə müəllimin (tərbiyəçinin), bütövlükdə məktəbin rəğbətləndirmə formasında verdiyi qiymət xalqın, dövlətin verdiyi qiymət kimi qəbul olunur.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin