Rəğbətləndirmənin formaları. Mürəkkəblik dərəcəsinə görə rəğbətləndirmənin formalarını iki qrupa ayırmaq olar: sadə rəğbətləndirmə və yuksək rəğbətləndirmə formaları.
Sadə rəğbətləndirmə formaları: uşağın başına sığal çəkmək; “Afərin!”, “Sağ ol!”, “Qoçaq qızım!”, “Qoçaq oğlum” kimi ifadələr işlətmək; arzusunu yerinə yetirmək (konsertə, sirkə, kinoya, teatra, muzeyə, sərgiyə və s. yerlərə aparmaq) ; kitab alıb hədiyyə vermək; yaxşı yazısını, nitqini, davranışını, səyini və digər cəhətlərini nümunə gətirmək və s.
Yüksək rəğbətləndirmə formaları: şifahi və yazılı təşəkkür elan etmək; adlı təqaüdə təqdim etmək; turizm gəzintisi üçün putyovka vermək; adına tərifnamə yazmaq; qızıl və ya gümüş medalla təltif etmək; fərqlənmə diplomu vermək; magistraturaya və aspiranturaya təqdim etmək; xaricə oxumağa göndərmək; şəklini şərəf lövhəsinə vurmaq, kütləvi yığıncaqlarda adını yaxşılığa çəkmək; haqqında qəzetə məqalə yazmaq və s.
Dostları ilə paylaş: |