MüNDƏRİcat



Yüklə 1,64 Mb.
səhifə4/100
tarix02.01.2022
ölçüsü1,64 Mb.
#1945
1   2   3   4   5   6   7   8   9   ...   100
Milli istiqlal və sosial ədalət

ideallarının uzlaşdırılması yolu

Səlahəddin Xəlilov
Təəssüf ki, biz hələ də qütbləşmiş düşüncə tərzindən xilas ola bilmi­rik: – “Ya hər şey, ya da heç nə!”, “ya ağ, ya qara”. Aradakı bütün rəng spek­­t­ri nə­zər­dən qaçırılır. Gerçək həyatın bütün zənginliyi unudulur, in­ki­şafın məhz zid­diy­yət­lərdən doğduğu da unudulmuş olur.

Biz sözümüzü ona görə təfəkkürdə qütbləşmə sindromundan başla­ma­dıq ki, belə bir təzad guya Nərimanov şəxsiyyətinə və dünyagörüşünə də aid­dir; xeyr, tam tərsinə. Nərimanov bütün həyatı və yaradıcılığı boyu vahid və ardıcıl bir əqidə nümayiş etdirmiş, bütün amalı öz xalqına, millətinə sə­da­qətlə qulluq etmək, xalqını maarifləndirmək, onun sosial vəziyyətini yax­şı­laşdırmaq, fərdi və ictimai miqyasda sağlam mühit yaratmaq və bunun sa­yə­­sində milli intellektual potensialı buxovlardan xilas edərək onun özünü­ifa­­dəsi üçün şərait yaratmaqdan ibarət olmuşdur. İstər ədəbi-bədii, istər ma­a­rifçilik və istərsə də ictimai-siyasi fəaliyyətində, iqtidarda olduğu dövr də daxil olmaqla, o həmişə bu amala xidmət etmişdir.

Bəs biz hansı ikiləşmədən, hansı qütbləşmədən danışırıq? Söhbət Nə­ri­manovun özündən yox, onun dövründə ictimai-siyasi mühitdəki qütb­ləş­mə­dən gedir və eyni zamanda söhbət hələ indi də Nərimanova mü­na­sibətdə olan tamamilə fərqli, bir-birinə zidd mövqelərdən gedir.

N.Nərimanovun bəzən bolşevik kimi dəyərləndirilməsi və bu ideolo­gi­ya­ya xas olan bütün nöqsanların ona da aid edilməsi birtərəfli yanaşma ol­maq­­dan ziyadə, kökündən qüsurlu olan bir münasibətdir. Əvvəla, Nəri­ma­no­­­vun dünyagörüşü, əqidəsi ancaq kommunist ideologiyasının, ələlxüsus bolşeviz­min təsiri ilə formalaşmamışdır. O, Lenin məktəbinin yetirməsi ol­ma­mışdır. Nə­rimanov hələ Platondan üzü bəri davam edən və böyük Fə­ra­bi­lə­rin, Ni­za­mi­lərin tərənnüm etdiyi sosial ədalət və bərabərlik ideallarının təm­silçisi idi. Digər tərəfdən, Nərimanov böyük bir millətçi və vətənpərvər idi. Hansı isə bir qrupun, partiyanın maraqlarından deyil, ilk növbədə milli ma­raqlardan çı­xış edən, milli dövlətçilik idealını təmsil edən böyük bir türkçü idi. O, öz milli maraqlarını sosial-siyasi görüşləri ilə uzlaşdırmağa və ictimai fəaliyyətini də məhz bu kontekstdə qurmağa çalışırdı. Nərimanov müəyyən bir məqamda, tarixin müəy­yən bir en kəsiyində, müəyyən bir coğ­rafi-siyasi şəraitdə za­ma­nın bir ger­çək­­liyi olan sosial-demokratik hərə­ka­tın və daha sonra kom­mu­nist ideo­lo­gi­ya­­sının təsir sferasında və bu hərəkatın sosial-ener­getik po­ten­si­alından bəhrələnərək öz şəxsi əqi­də­si­ni və milli ideallarını həyata ke­çi­rir­di.

Bəzən biz Nərimanovu bolşevik və ya leninçi kimi təqdim edənlərin sadəcə onu nə dərəcədə kiçiltdiklərinin fərqinə varmırıq. Bu böyük şəxsiy­yə­ti ide­ya­sı xaricdən, Rusiyadan qaynaqlanan bir hərəkatın kortəbii da­vam­çı­sı və ya trans­ferçisi kimi qəbul etsək, sonradan onun bəraəti naminə nə qə­dər fikirlər söy­ləsək və faktlar gətirsək də, xeyri olmayacaq. Amma kom­mu­nist ideo­lo­giyası xa­ri­­cində milli ruhun təmsilçisi olan bir ədib və mütə­fək­kirin ic­ti­mai-siyasi tə­bəd­dülatlar dövründə sadəcə seyrçi kimi qal­ma­­ya­raq, mövcud si­yasi pro­ses­lər­dən milli istiqlalın bir vasitəsi kimi isti­fa­də et­mək cəhdləri ta­mamilə an­laş­ılandır. Bu başqa məsələ ki, həmin dövrdə mil­li is­tiqlalın al­ter­nativ yol­la­rı var idi. Birincisi, xalqın müəyyən bir tə­bə­qə­sində so­sial əda­lət­sizliyə qarşı mübarizə əhval-ruhiyyəsi və əhvalın Ru­si­ya­dakı pro­ses­lərlə əla­qəsinə, bölgədəki coğrafi-siyasi du­ru­ma rəğmən ancaq milli ma­raqlardan çı­xış etmək və millətin müstəqil surətdə özünü ida­rə et­mək hü­ququnu real­laş­dırmaq mövqeyi, – bu, Rəsulzadələrin, Əh­məd bəy Ağa­­yev­lərin yolu idi; ikincisi, milli istiqlala sosial-de­mo­kra­tik hərəkat dalğasında, ic­timai ədalətsizliyin aradan qaldırılması uğ­run­da gedən müba­ri­zə kon­teks­tin­də nail olmaq, – bu, N.Nəri­ma­novun yo­lu idi. Ma­ləsəf, o bu yol­da tək idi və sadəcə xalqa güvənirdi. Düzdür, Sultanməcid Əfəndiyev, Həmid Sulta­nov, Dadaş Bünyadzadə və s. kimi şüurlu siyasi xa­­dimlər Nərimanovu an­la­yır və onu müdafiə etməyə çalışırlardılar, amma Azərbaycan KP-də, xü­su­sən Bakı təş­kilatında gürcü eserləri və er­mə­ni daşnakları üstünlük təş­kil edir­di və bəzi azərbaycanlıların da onların tə­rəfini saxlaması mü­ba­ri­zə­ni ol­ma­zın də­rə­cədə çətinləşdirirdi. Lenin ide­ya­la­rı, bol­­şe­vizm dalğa­la­rın­da si­ya­si hə­rə­ka­ta qoşulan R.Axundov, M.Hüsey­nov, Ə.Qarayev və s. nəin­ki nəri­ma­novçu deyildilər, hətta Nərimanova qarşı mübarizədə anti-Azər­bay­can qüvvələri ilə birləşirdilər. N.Nərimanov on­la­rın bu mövqeyini “ifrat in­qi­lab­çı­lıq” və “ifrat beynəlmiləlçilik” adlandırırdı. Mil­li məf­kurə və istiq­la­liy­yət ide­al­­la­rı­na yabançı olan və ideya-nəzəri te­zis­ləri əslində öz haki­miy­yət uğ­run­da müba­rizəsində sui-istifadə edən praktik bol­­şevizm nərima­nov­çu­lu­ğun ən qəddar düş­mə­ni idi və kor-koranə surətdə onlara qoşulan bəzi “mil­li” bolşe­vik­lər də onların tə­siri altına düşürdülər.

Biz hələ indiyədək yetərincə araşdırılmamış nərimanovçuluq ideologi­ya­­sı­nın təfərrüatına getmədən, sadəcə belə bir məqamı vurğulamaq istəyirik ki, məqsəd və amal baxımından nərimanovçuluq milli-demokratik hərəkatla eyni platformada dururdu. Məqsəd milli istiqlal və sosial ədalət idi. Böyük planda götürdükdə, Nə­ri­ma­nov daha çox dərəcədə Rəsulzadə ilə bir cəbhədə idi, nəinki Ə.Qarayev kimilərlə.

N.Nərimanova bir bolşevik kimi yox, milli siyasi xadim kimi, xalqını təmsil edən bir dövlət adamı kimi baxmaq nümunəsini yüksək tribunadan birinci dəfə Heydər Əliyev bəyan etdi və onu həm felən, həm də xatirələrdə heykəlləşdirdi. Ne­cə dəyərlər, “zər qədrini zərgər bilər!”

N.Nərimanovun millət və xalq qarşısında rolunu daha aydın təsəvvür etmək, “millətçilərin” “arqumentlərinin” nə dərəcədə əsassız olduğunu gös­tərmək üçün belə bir fikri eksperiment aparaq: fərz edək ki, o dövrdə Nə­ri­manov yox idi. Bir milli istiqlalçılar var idi, bir də bolşeviklər. Onda ha­di­sə­lər hansı istiqamətdə cərəyan edə bilərdi? Xalq Cümhuriyyəti artıq qu­ru­l­muş­du, hakimiyyət onların əlində idi və onlar nə edə bilərdilərsə, etdilər (bəl­­kə də, daha nə isə edə bilərdilər, – amma bu, artıq başqa bir mövzudur).

Bol­şe­­viklərin gəlişi əslində xarici intervensiya idi və bu, Nərimanovlu da olacaqdı, Nə­­rimanovsuz da. Yəni, Rusiyanın işğalçı siyasətinin, XI Qızıl Or­dunun qar­­şısını almaq mümkün idisə, bunu Nərimanov deyil, o vaxtkı iq­ti­dar etməli idi. Mümkün deyildisə, belə şayiələr buraxmaq ki, guya or­du­nun dəvət olun­masında Nərimanov da iştirak etmişdi, bunlar siyasi naş­ı­lıq­dır, çünki rus ordusu üçün dəvət səbəb deyildi, bəhanə idi və bu bəhanəni on­lar həmişə uydura bilərdilər. Onsuz da həyata keçən bu prosesdə S.Şaumyanla, S.Orconikdze ilə, S.M.Kirovla və bizim onlardan betər “mil­li” bolşeviklərlə yanaşı, Nərimanovun da iştirakı olmasaydı, onda bütün er­mə­ni planlarının və rus imperialist siyasətinin tam həcmdə gerçəkləşəcəyinə heç bir şübhə ola bilməzdi. Amma bir böyük azərbaycanlı lazım olan mə­qam­da lazım olan yerdə tapıldı və onların əksər planlarını pozdu. Bəs ol­ma­saydı, o da cümhuriyyətçilərin içə­ri­sin­də olsaydı və onlarla birgə mühacir olsaydı, sürgün edilsəydi, onda necə? Kim deyə bilər ki, Nə­rimanovun bütün bu xidmətləri təsadüfi idi, o olmasa idi də, bir başqası (“bu bolşevik olmasın, o bolşevik olsun”) da onun gördüyü işləri görə bi­lər­miş. Bəs onda kim? Hə­min dövrdə həmin şəraitdə Nərimanovu çıxdıqda yerində tam bir boş­luq, qa­ran­lıq qalır. Məqsədimiz bu qaranlığı işıqlandırmaq və nərima­nov­çu­lu­ğun məhz fərqli bir hadisə olduğunu nəzərə almaqdır.

Bəzi müəlliflər Nərimanovun siyasi baxışlarının həyatının sonunda də­­yişilməsindən bəhs edirlər. Halbuki, bizim fikrimizə görə, dəyişən Nəri­ma­­novun baxışları deyildi, dəyişən Kremlin siyasəti idi. Nərimanov özü möv­qeyinin mərkəzlə uyğun gəlməməsini bolşeviklərin səhv siyasəti ilə izah edirdi.1 Bu, peşmançılıqdan daha çox, etiraz idi.



V.B.Leninin si­yasi səhnədən getməsi, İ.V.Stalinin və onun kimilərinin partiya rəhbərli­yin­də möh­kəmlənməsi daha artıq fəlsəfi və ideya-siyasi ar­qu­mentlərlə haqqın mü­dafiəsini mümkünsüz edirdi. Bəli, Nərimanov daha ar­­tıq dəyişilmiş siya­si kur­su qəbul edə bilmirdi. Bu kurs marksizmə və Le­ni­nin vədlərinə açıq-aş­kar zidd idi. İndi çoxları Nərimanovun mövqeyini peş­man­­çılıq kimi dəyər­lən­di­rir, amma bizcə, söhbət daha çox dərəcədə tə­əs­süf his­­sindən gedir. Və bu təəssüf hissini yaşayan tək Nərimanov deyildi. Son­ra­kı dövrlərdə gerçək marksizmi, sosializm ideallarını dərindən mə­nim­sə­miş bü­tün tərəqqipərvər ziyalılar bu böyük idealın saxtalaşdırılması, sosial əda­lət uğrunda, “xalq hakimiyyəti” uğrunda mübari­zə­nin partiyada liderliyi ələ keçirmiş bir qrupun, daha sonra isə tək bir şəxsin hakimiyyəti ilə əvəz edil­məsi əslində çox ağrılı bir proses idi. Təkcə minlərlə, milyon­lar­la in­san­la­rın repressiyası və qətli baxımından deyil, işıqlı bir ideyanın ey­bə­cər­ləş­di­ril­məsi və idollaşdırılması baxımından da. Düzdür, hələ Leninin sağ­lı­ğında da marksizmdən uzaqlaşma və rus şovinizmi, volyuntarizm özünü gös­tə­rir­di, amma hələ ki, sosialist idealları ön cəbhədə idi. Bu dövrə qədər N.Nəri­ma­novun tutarlı arqumentləri ilə hesablaşmamaq mümkün deyildi. Və o, məhz kommunist ideologiyasından, xalqı səfərbər edən əsas vəd­lər­dən, so­sia­list te­zislərindən, o cümlədən beynəlmiləlçilik və millətlərin öz mü­qəd­də­ratını tə­yin etmək prinsipindən çıxış edərək, müəyyən uğurlar qa­zan­mağa ça­lı­şır­dı. Bəli, Lenin heç də bütün vədlərində səmimi deyildi. Am­ma “üz üz­dən uta­nar”, – deyirlər. Marksizmin öz təməl qüsurlarına, V.İ.Le­ni­nin lap əv­­­vəl­dən marksizmdən uzaqlaşması hallarına, qopmalara bax­ma­ya­raq, əsas xətt – so­sialist konsepsiyası ortada idi və Lenin bir inqilabçı və ha­ki­miy­yət ov­çusu ol­duqdan öncə, həm də bir əqidə, ideya adamı idi. Onunla ide­ya di­lin­də da­nı­şanda, hesablaşmalı olurdu və Nərimanov da bu dili gözəl bilirdi. 1923-cü il­də Leninin siyasi səhnədən faktiki ola­raq uzaqlaşdırılma­sın­dan son­ra isə ge­riyəçəkilmələr, əsas idealdan sapmalar sürətlə artmağa baş­ladı. Stalin epo­­­xası başlanırdı və məhz belə bir siyasi riyakarlıq döv­rün­də nəinki Nə­ri­ma­nov, bütün əqidəli kom­munistlər ideal və gerçəklik ara­sın­da fərqi gö­rə­rək, nəinki sadəcə təəssüf hissi ke­çir­di­lər, hətta ideya faciəsinin bü­tün sar­sın­­tılarını yaşamaq zorunda qaldılar. Bə­li, bu məhz faciə idi – am­ma peş­man­­çılıq deyildi. Çünki Nərimanov gözəl bi­lirdi ki, inqilabın ilk il­lə­rin­də o, si­yasi proseslərə təsir göstərməsə idi, hər şey daha pis ola bilərdi. Bu “daha pislər” haqqında, tək bir şəxsin sayəsində nələrdən xilas oldu­ğu­muz haq­qın­da H.Həsənovun və digər tədqiqatçıların kitab­la­rın­da ətraflı məlumat veril­miş­dir. Gü­man edirik ki, onun bu nömrədə oxucularımıza təqdim etdiyimiz və faktiki materialla zən­gin olan “Nəriman Nərimanov: milli ruh və siyasi təfəkkürün vəhdəti” adlı mə­qaləsi də bu problemlə bağlı bir çox suallara aydınlıq gətirilməsinə xid­mət edəcəkdir.


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin