Anahtar kelimeler: Ibn Sina, tıp, felsefe, hisler, orqanizm, aşk, hastalık.
Milli-mənəvi dəyərlər
Muğam fəlsəfəsi
Müşfiq Şükürov
Muğam insan ekzistensiyasına səyahətin ən hikmətli və eyni zamanda son dərəcə estetik formalarından biridir. İnsani mövcudluğun mürəkkəb mənzərəsi burada musiqinin dili ilə özünün dərin təsvirini tapmışdır. Lakin bu musiqinin hikmətli olması təkcə onun dərinliyi təsvir imkanları ilə deyil, həm də aşkarladığı fəlsəfə və ekzistensial problemlərə verdiyi çözümlə şərtlənir. Və muğam bir daha çözümün dərinliklə dialektik əlaqəsini də əyani surətdə göstərmiş, sübut etmiş olur.
Ekzistensial dərinliyi olmayan fəlsəfə heç bir həqiqi həll təklif edə bilməz. Bu baxımdan, muğam bir daha bu gün əhəmiyyətini layiqincə qiymətləndirə bilmədiyimiz fəlsəfi dərinlik məsələsini gündəmə gətirir. Dərinlik səviyyəsinə görə isə bəşər mədəniyyətində muğamla bir rəfə qoyula biləcək musiqi nümunələri elə də çox deyil.
Qərb və Şərq fəlsəfi ənənələrinin qarşı-qarşıya qoyulması bu günkü qloballaşan mədəniyyətin başlıca baş ağrılarındandır. Bu problem uydurulma deyil, real və həllini gözləyən problemdir. Onun aydınlaşması bəşəriyyətin sonrakı davamlı inkişafı üçün peal perspektivlər müəyyən edə bilər. Burada biz qəsdən “həlli” əvəzinə “aydınlaşması” sözündən yararlandıq. Zira bir şərqli kimi düşünürük ki, insani problemlər mahiyyətcə şüur düyünlərindən başqa bir şey deyillər. Və onların həlli məsələnin aydınlaşması, işığa çıxarılması ilə həll olunur. Bu düyünlərin iskəndərcəsinə qılıncla “çözülməsi” ənənəsi düyünlərin artmasına səbəb oldu sadəcə. Nə qədər ki, fərdi və ictimai şüurun qaranlıq, ziddiyyətli sahələri mövcuddur, gerçək həyat daxili ziddiyyətlərin görünən metaztazları ilə dolu olacaqdır. Və aydındır ki, zahirdə onlarla döyüşmək heç bir fayda verməyəcəkdir.
Beləliklə, Şərq fəlsəfəsi ilə Qərb fəlsəfəsinin qarşı qoyulması uydurulma problem deyil. Müasir fəlsəfə dərsliklərinə nəzər salın. Şərq fəlsəfəsinin çözümləri onlarda qeyri-ciddi, əksər hallarda qeyri-professional (çox zaman açıqca diletantcasına) bir şəkildə işıqlandırılır. Əgər müasir dünya nizamı Qərbin texnologiyaları (istər texniki, istərsə də humanitar) ilə qurulursa, deməli, Şərq ciddi dialoq tərəfdaşı kimi nəzərdən atıla da bilər. Halbuki Şərq minilliklərlə dayanıqlı inkişaf edən sivilizasiyalara həyat vermişdir. Həyati modellər yaratmışdır. Son bir neçə əsrdə qərbin insan ekzistensiyasında aparmaq istədiyi sonu şübhəli eksperimentlərə uymaq nə dərəcədə əsaslıdır?
Şərq fəlsəfəsi isə bu günkü üzdəki texnoloji feyerverkə etina etməyərək müasir sivilizasiyanı ruhani xəstəlik kimi dəyərləndirir. Qərbin bu xəstəlikdən çıxmaq üçün reseptləri varmı? O, maddi problemləri həll etmək üzrə “ixtisaslaşmışdır”, əgər belə demək caizdirsə. Odur ki, Şərqlə Qərbin dialoqu yalnız ilk yaxınlaşmada narazı Şərqi sakitləşdirmək, onun bir növ “könlünü almaq” üçün lazımdır. Daha dərin yaxınlaşmada, əslində, bu dialoqun məsuliyyətsizcəsinə bəşəriyyəti arxasına alıb uçuruma yüyürən Qərbin və son əsrlərin çaşqınlığından çıxa bilməyən Şərqin özünün xilası üçün gərəkli olduğunu aşkarlayır. Dialoqda bəşəriyyətin ayılmaq şansı var.
Hesab edirəm ki, bu haşıyə bizim tədqiqatımız üçün zəruridir. Çünki muğamın dərin və həyəcanlandırıcı fəlsəfəsini olduğu kimi təqdim etmək üçün fəlsəfi auditoriyanın gözləmələrinə refleksiya etməmək mümkün deyil. Muğamın fəlsəfəsi qədim, ekzotik deyil, canlı, müasir və əbədi bir fəlsəfə kimi qavranılmalıdır. Zira rəssamlıqda da natürmort qurularkən əsas obyektin düzgün və əlverişli işıqlandırılmasına nail olmaq zəruri vəzifədir.
Qərb fəlsəfi ənənəsi əsas etibarı ilə rasional ənənələrdə inkişaf edən fəlsəfədir. Burada fəlsəfəyə qarşı qoyulan əsas tələblər subut metodikası və arqumentasiya yetərliyi ilə bağlıdır. Və şərq fəlsəfəsini də bu baxımdan, tamamilə ədalətsizcəsinə, spekulyativ mülahizələrə əsaslanaraq zəif inkişaf etmiş fəlsəfə kimi dəyərləndirirlər. (Bilirik ki, Qərbin dahi filosofu Hegel də belə düşünürdü.) Halbuki şərq fəlsəfəsinin ən əsas və ən yetərli arqumenti həmişə bir şey olmuşdur – ekzistensial dərinlik! Fikrimizcə, böyük Nəsiminin aşağıdakı misraları elə məhz bu arqumenti ortaya qoyur:
“Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş,
Dostları ilə paylaş: |