Bu cığırsızı, nurlanmışı, sonsuz sferaların sahibini, qələbəsi məğlubiyyətə çevrilməyəni və təslim olmuş ehtirası bir daha bu dünyada davam eləməyəcək birisini siz hansı cığırla aparacaqsınız?
180
Bu cığırsızı, nurlanmışı, sərhədsiz sferalar sahibini, onu tələyə salacaq bağlılığı, yoldan çıxaracaq arzusu olmayan birisini siz hansı cığırla aparacaqsınız?
181
Dərin fikirlərlə dolu olan nurlanmışlara hətta tanrılar belə həsəd aparırlar, azadlığın sakitliyindən həzz alanlara, zikrə qapılanlara, müdriklərə.
182
İnsan olmaq çətindir; ölümlülərin həyatı çətindir; həqiqi dhammanı dinləmək çətindir; nurlanmışın doğulması çətindir.
183
Zülm etməmək, xeyirə nail olmaq, ağlını təmizləmək – nurlanmışların elmi bundan ibarətdir.
184
Dözüm, səbr – ali zahidlik, ali Nirvanadır, – deyirlər nurlanmışlar, – zira başqalarına zərər verən – tərki-dünya deyil, başqasını incidən – zahid deyil.
185
Praktimokşaya1 müvafiq olaraq təhqir etməmək, zərər verməmək və nəfsin pəhrizi, qidada mötədillik, tənha yaşamaq, ali zikrlərə sadiqlik – nurlanmışların təlimi bundan ibarətdir.
186
Hətta qızıl pul yağmuru belə ehtiraslara məmnunluq gətirməyəcək. Müdrik olan bilir: ehtiraslar xəstədirlər və onlarda elə bir sevinc də yoxdur.
187
O hətta səmavi həzzlərdə belə məmnunluq tapmır. Tam nurlanmış şagird yalnız arzunun olmamasına sevinir.
188
Qorxudan əzab çəkən insanlar hər bir sığınacağa müraciət edərlər: dağlara, meşələrə, meşədəki ağaclara, qəbirlərə.
189
Lakin axı belə bir sığınacaq da təhlükəsiz deyil, belə bir sığınacaq da ən yaxşısı deyil. Belə bir sığınacağa sığınan bütün bəlalardan qurtulmur.
190
O kəs ki, Buddada, Dhammada və Sanqhada sığınacaq tapmışdır, əsl biliyə sahib olan o kəs, Dörd nəcib həqiqəti görür.
191
Zülm, zülmün mənşəyi və zülmün aradan qaldırılması və Nəcib səkkizli yol, zülmün durdurulmasına aparan2.
192
Bax belə bir sığınacaq təhlükəsizdir, belə sığınacaq ən yaxşısıdır. Belə sığınacağa yetişən bütün bəlalardan qurtulur.
193
Nəcib insanı tapmaq çətindir: o hər yerdə doğulmur. Lakin belə müdrikin doğulduğu yerdə xoşbəxt nəsil çiçəklənir.
194
İlahi rəhmət var nurlanmışların doğuluşunda, ilahi rəhmət var həqiqi dhamma təlimində, ilahi rəhmət var sanqhanın sülhündə, ilahi rəhmət var sülh içində yaşayanların zahidliyində.
195-196
Hörmətə layiq olanlara (istər nurlanmışlar olsun, istər şagirdlər) hörmət edən, maneəni aşmışlara, qəm və şikayətdən qurtulmuşlara, azadlığa çatmışlara və qorxubilməzlərə hörmət edən kəsin məziyyətlərini heç kim sayıb qurtara bilməz.