Bir daha Elm və Fəlsəfənin
münasibətləri haqqında
Elm dünyadan ayrılmış İnsan (tədqiqatçı, Mən) tərəfindən dünyanın (yerdə qalan dünyanın) öyrənilməsidir. Yalnız bu zaman idrakın əsas (insana yaxın olan birinci) vasitəsi kimi inikasdan danışmaq mümkündür.
Bütün sonrakı idrak metodları – eksperiment, modelləşdirmə və s. – (dünyada aparılan əməliyyatlar, obyektin (insansız) inikasa uyğunlaşdırılması...), idealizasiya, abstraktlaşdırma, induksiya, deduksiya..., fikri modelləşdirmə və s. (insan biliklərinin obyektə adekvat şəkildə qruplaşdırılması, biliklər üzərində əməliyyatlar) bu iki tərəf arasında anlaşma yaradılmasına xidmət edir. İnsan bir tərəf olaraq “ağ lövhə” kimi deyil, dünyanın müəyyən modelini, obrazını (bəlkə də, insan-dünya kompleksini də vahid sistemi – fəlsəfənin özündə daşıyır. Ona görə də idrak daha artıq sadəcə inikas və ya daha doğrusu, təsirlənmə kimi deyil, obyekt (maddi dünya) ilə onun obrazı, modeli, biliklərdən yapılmış maddi dünya arasında münasibət, daha doğrusu, yenə də ikincinin birinciyə təsiri və əks-təsiri formasında üzə çıxır.
Dostları ilə paylaş: |