İdeya vakuumları və qeyri-adekvat “ideya-iradə” mərkəzləri
İdeya-iradə subyekti cəmiyyəti müəyyən bir istiqamətə yönəldə bilibsə, artıq cəmiyyət təşkilatlanıbsa, struktur formalaşıbsa, (hüquqi dövlət, konstitusiya, qanunlar sistemi, hüquqa çevrilmiş ideologiya) – ideya – ideologiya, o da ictimai şüurlara (ictimai ideologiya – ictimai psixologiya) keçibsə, hüquqi müstəvidə və adekvat dövlət quruculuğu sistemində qərarlaşıbsa – daha ilkin səbəbə, ideyaya, hətta hərəkətverici qüvvəyə-ideya – iradə subyektinə ehtiyac “götürülübsə”... onda tədricən sistemin başlı-başına buraxılması, azadlığa daha çox meydana verilməsi, zərurətin tədricən yaddan çıxarılması, və, nəhayət, cəmiyyət ideyasızlaşır (ideya ilə yüklənmiş cəmiyyət yükünü itirir.
Bu, cəmiyyətin təhlükəli dövrüdür. Çünki ideya boşluğu öz işini görür. Yaşayan ideyalar, daha doğrusu, çox vaxt ideyaçılar ortaya çıxar və asanlıqla yayılır. İnsanlar ideyaya olan tələbatını, iradəyə olan tələbatını ideyaçılar və kiçik ideya – iradə mərkəzləri hesabına ödəyirlər.
Bəzən çox güclü ideya – iradələr ortaya çıxır, lakin bəşəriyyətin inkişafına yabançı istiqamətlərdə, xeyli fərqli istiqamətlərə (Kommunizm, Lenin, Hitler, Stalin, Səddam, Ben-Laden) – Amerika prezidentləri əslində böyük güc olan, lakin adekvat ideya ilə istiqamətləndirilməyən sistemlər.
Dində çox vaxt missioner təşkilatlarının fəaliyyətindən narahat olurlar. Çox vaxt mollalar dini ideyadan çox uzaq, aşağı olan adamlar boşluğu doldururlar.
Dostları ilə paylaş: |