MüNDƏRİcat



Yüklə 1,64 Mb.
səhifə88/100
tarix02.01.2022
ölçüsü1,64 Mb.
#1945
1   ...   84   85   86   87   88   89   90   91   ...   100
BHIKŞU BARƏDƏ FƏSIL

360


Gözün pəhrizi – yaxşıdır, qulağın pəhrizi – yaxşıdır, burnun pəhrizi – yaxşıdır, dilin pəhrizi – yaxşıdır.

361


Bədənin pəhrizi – yaxşıdır, nitqin pəhrizi – yaxşıdır, fikrin pəhrizi – yaxşıdır, hər şeydə pəhriz - yaxşıdır. Hər şeydə pəhrizkar olan bhikşu bütün dərdlərdən qurtulur.

362


Əlini idarə edən, ayağını idarə edən, nitqini idarə edən, kamil idarə olunandır, daxilən sevinclidir, toparlanmışdır, tənhadır və məmnundur, - bax beləsini bhikşu adlandırırlar.

363


Ağzını nəzarətdə saxlayan, müdrikcəsinə düşünən, təkəbbürlü olma­yan, mənanı və dhammanı izah edən bhikşunun nitqi şirindir.

364


Dhammada yaşayan,dhammaya heyrət edən, dhammanı zikr edən, dhammanı xatırlayan bhikşu həqiqi dhammadan ayrı düşməz.

365


Qoy o, nəsibinə ikrahla yanaşmasın; başqalarınkına həsəd aparmasın. Zira başqalarına həsəd aparan bhikşu fikrin toparlanmasına nail ola bilmir.

366


Özündəki az olsa belə, ona ikrahla yanaşmayan, təmiz həyat tərzi sürən və tənbəl olmayan bhikşunu tanrılar tərifləyərlər.

367


Özünü ad və forma ilə eyniləşdirməyən, heç nəyi olmaya-olmaya qüssələnməyəni, məhz beləsini bhikşu adlandırırlar.

368


Xeyirsevərlikdə yaşayan, Buddanın təliminə inanan bhikşu sakit yerə, səadətə, sankharaların kəsilməsinə yetişəcək.

369


Ey bhikşu! Bu gəmini boşalt; səndən azad olunca, o asan hərəkət edəcək. Ehtiras və nifrəti məhv edərək sən Nirvanaya yetişəcəksən.

370


Beşi kəs1, beşdən imtina et, beşin üzərinə yüksəl! Beş bağlılığı dəf etmiş bhikşu “seli keçmiş” sayılır.

371


Zikr elə, ey bhikşu, yelbeyin olma; fikirlərinə hissi axınlarda dola­mağa imkan vermə ki, sən qafilə sonra dəmir kürə udmaq və odda yanaraq: “Nə yaman əzabdır!” – deyə çığırmaq nəsib olmasın.

372


Bilməyənin zikri olmur; zikr etməyənin biliyi olmur. Kimin ki, həm zikri, həm biliyi var, o, həqiqətən, Nirvanaya yaxındır.

373


Sakitləşmiş ağılla tənhalığa çəkilən bhikşu fövqəlinsani həzz alır: o, dhammanı aydın görür.

374


Hər dəfə o, elementlərin yaranmasını və dağılmasını bütün tamlığı ilə dərk edəndə, o, bu ölümsüzlüyü bilən, sevinc və səadətə qovuşur.

375


Müdrik bhikşu üçün başlanğıc burdadır: hisslərin müşahidəsi, Prakti­mok­şaya uyğun şəkildə məmnunluq və pəhrizkarlıq. Təmiz həyat sürən və tənbəl olmayan, nəcib dostun arxasınca get.

376


Qoy o, həyatda xeyirxah və davranışda doğru olsun. Onda sevinclə dolaraq o, əzaba son qoyacaqdır.

377


Vassika solmuş ləçəklərini tökən kimi siz də, ey bhikşular, ehtiras və nifrətdən eləcə azad olmalısınız.

378


O bhikunu sakit adlandırırlar ki, onun bədəni sakitdir, nitqi sakitdir, ağlı sakitdir, özü zikrdədir və dünya nemətlərindən imtina etmişdir.

379


Özün özünü mahmızla, özün özünü yoxla. Özünü nəzarətdə saxlayan, toparlanmış belə bhikşu xoşbəxt yaayacaq.

380


Zira özün özünün ağası, özün özünə pənahsan1. Bu səbəbdən də özünü ram et, tacır yaxşı atı ram edən təki.

381


Qoy, sevinclə dolu, Buddanın təliminə əmin olan bhikşu sakit yerə, səadətə, sankharaların kəsilməsinə qovuşsun.

382


Gənc olmağına baxmayaraq, bhikşu Buddanın təliminə üz tutur, bu dünyanı buluddan qurtulmuş ay kimi işıqlandırır.



  1. Yüklə 1,64 Mb.

    Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin