MüNDƏRİcat


Mal mübadiləsi və ya barter əməliyyatları formasında



Yüklə 1,69 Mb.
səhifə77/84
tarix02.01.2022
ölçüsü1,69 Mb.
#46149
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   84
«M hasibat u otu v audiT» (D rsliK) M ND R cat

Mal mübadiləsi və ya barter əməliyyatları formasında əməliyyatlar ölkə dixilində və ölkədən kənar xarici ticarət əlaqələrində geniş istifadə olunur. Bu əməliyyatların genişlənməsinə əsas səbəb bir sıra müəssisələrin hesablaşma hesablarında valyuta vəsaitinin olmaması ilə əlaqədardır.

Barter və ya mal mübadiləsi valyutasız, lakin vahid müqavilə (konkret) üzrə tərtib olunan, qiymətli qoyuluş və tarazlaşdırılan mal mübadiləsidir. Bar­ter əməliyyatları zamanı qarşılıqlı iradlar üzrə hesablaşmalar bir qayda olaraq əla­və mal göndərilməsi və ya göndərilən malın həcminin azaldılması yolu ilə həyata keçirilir.

Mal mübadiləsi və ya barter əməliyyatları dəyəri ödənilmədən satışa yola sa­lınmış məhsullara (mallara), yaxud təhvil verilmiş iş və xidmətlərə görə hə­yata keçirildikdə müvafiq satış hesablarının kreditində və 62 №-li «Alıcılar və sifarişçilərə hesablaşmalar», yaxud 76 №-li «Müxtəlif debetor və kredi­tor­larla hesablaşmalar» hesabının debetində əks etdirilir. Eyni zamanda müvafiq satış hesablarının debeti satışa yola salınmış malların, əsas vəsaitlərin və sair əm­lak­ların və yerinə yetirilmiş iş və xidmətlər maya dəyərini uçota alan hesablarla müxabirləşir. Göstərilən əməliyyatlar üzrə Maliyyə nəticələri 80 №-li «Mən­fəət və zərər» hesabına silinir.

Göstərilən hesablaşma formalarının düzgün və normativ sənədlər üzrə ye­ri­nə yetirilməsi auditor tərəfindən ətraflı yoxlamalı və nəticə müəyyənləş­di­ril­məlidir.

Auditor yoxlama dövründə onu da xatırlatmalıdır ki, xarici iqtisadi əməliyyatlar aparan müəssisələr satışdan daxil olan pul vəsaiti satılmış malların yükləndiyi günün məzənnəsi ilə uçotda əks etdirilir.

Əgər əməliyyatlar ikitərəfli barter vasitəsilə həyata keçirilirsə, mühasibat uçotunda vəsait gömrük bəyannaməsində göstərilən məbləğ əsasında əks etdirilir. Əgər məhsul qaimə ilə daxil olubsa, bu halda təhvil - qəbul aktı tərtib edildiyi günə olan məzənnə fərqi ilə uçotda əks etdirilir.




Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin