Məxvİlİk
SUBPODRATÇI bu müqavilənin predmeti ilə əlaqədar olaraq əldə etdiyi vəya özü tərtib etdiyi hesab, hesabat, layihə və s. kimi məlumat və sənədləri, bu müqavilənin icrası zamanı əldə edilən texniki təcrübələri, icra xüsusiyyətlərini və texniki məlumatları məxvi saxlamalıdır və PODRATÇININ yazılı icazəsi olmadan geniş kütləyə vəya fiziki və hüquqi şəxslərə bildirməməlidirvə fiziki və hüquqi 3-cü şəxslərin bunlardan istifadə etməsinə vəya surətlərinin çıxarılmasına yol verməməlidir və bunun üçün şərait yaratmamalıdır.
SUBPODRATÇI Layihənin adını istinad siyahısına daxil edə bilər, lakin heç bir halda binanın yaxın ətrafının vəziyyət planını, layihələri, fotoşəkillərini, çertyoj və s. texniki və maliyyə məlumatları üçüncü şəxslərə bildirməməlidir.
SUBPODRATÇI və/və ya onun işçiləri bu bənddə qeyd edilən öhdəliklərini qismən və ya tamamilə yerinə yetirmədiyi təqdirdə PODRATÇI bu Müqaviləni heç bir bildiriş və ya xəbərdarlığa ehtiyac qalmadan birtərəfli qaydada ləğv etmək, bu Müqavilənin 13.2-ci bəndində nəzərdə tutulan şərtləri tətbiq etmək və s. hər cür qanuni və praktiki tədbirləri görmək hüququna malikdir.
SUBPODRATÇININ bu öhdəlikləri, hazırki Müqavilənin hər hansı bir səbəblə ləğv edilməsindən sonra da davam edəcəkdir.PODRATÇININ yazılı icazəsi olmadıqda SUBPODRATÇI təmin etdiyi materialları, icra etdiyi işləri və PODRATÇININ adını jurnallarda və reklam kampaniyalarda istifadə etməməlidir.
Dostları ilə paylaş: |