Musahibe suallari Maliyye bazarlarinin novleri ve maliyyenin esaslari?


Müsbət tərəfləri[redaktə | əsas redaktə]



Yüklə 1,45 Mb.
səhifə4/31
tarix02.01.2022
ölçüsü1,45 Mb.
#35352
1   2   3   4   5   6   7   8   9   ...   31
musahibe suallar1

Müsbət tərəfləri[redaktə | əsas redaktə]


  • Ölkədə daxili istehsal üçün mükəmməl imkanlar yaranır. Məsələn, əgər əvvəllər kənd təsərrüfatı mallarını xaricdən gətirib satmaq daha sərfəli idisə, milli valyutanın xarici valyutalara görə devalvasiyası nəticəsində kənd təsərrüfatı inkişaf edə bilər.[6]

  • Ölkədən eksport daha qazanclı olur.[6]

  • Devalvasiya həmçinin ölkənin makro-iqtisadi göstəricilərinədə müsbət təsir edə bilər. Məsələn, ölkənin qızıl ehtiyatı artır və s.[6]

Mənfi tərəfləri[redaktə | əsas redaktə]


  • Devalvasiya əhalidə ödəniş qabiliyyətini aşağı salır. Əslində sırf məsələyə makro-iqtisadi cəhətdən yanaşsaq devalvasiya əhalinin ödənişi qabiliyyətinə təsir etməli deyil… AMMA nəzərə alsaq ki, söhbət insandan gedir, məsələ dəyişir. Xaricdən gələn malların qiyməti qalxır, insanların aldıqları məvaciblər statik qalır və nəticədə eyni pula daha az fayda əldə etmək olur.[6]

  • Banklarda milli valyuta hesablarından panikalaşdırılmış formada pulların çəkilməsi başlayır… bu əslində milli valyutanın dəyərini dahada azaldır və devalvasiya dahada dərinləşir.[6]

  • Devalvasiya yerli məhsullardada qiymətlərin qalxmasına stimul yaradır. Nəticədə ölkədə inflayasiya faizi daha yuxarı qalxır. Gündən-günə pul “ölür”. İnsanlar, müştəri qismində xaotik hərəkətlər edirlər.[6]

  • Kiçik və orta biznesin çətinləşməsi. Əhalidə olan ödəniş problemləri bazarın daralmasına və nəticədə daha az məhsul istehlakını gətirib çıxarır. Xırda və orta biznes bu xərclərə dözə bilmir.[6]

  • Xarici valyuta ilə olan kreditlərin problemli vəziyyətə düşməsi. Təbii ki, alınan kreiditlər xarici valyuta ilə olduğundan ödəyicilər üçün vəziyyət heçdə xoşa gələn olmur


Revalvasiya — əmtəələrin qiymətinin dəyişməsidir. Bu termin əsasən valyutanın revalvasiyası kimi istifadə olunur və sabit kursda ölkə pulunun xarici valyutalara nisbətən dəyərinin yüksəlməsi deməkdir. Pulun alıcılıq qabiliyyətini dəyişmədən, nominal dəyərini dəyişmək revalvasiya deyil, redenominasiyadır (bu köhnə valyutanı dəyişmədən yeni, adətən yüksək, valyuatının çıxarılmasıdır. Yeni köhnəni əvəz edir).

Ümumi mənada, valyutanın revalvasiyası ölkənin rəsmi valyuta kursunun təməl xəttə nisbətən hesablanmış tənzimlənməsidir. Təməl xətt əmək haqqından qızılın dəyərinə, xarici valyutaya qədər hər şey ola bilər. Sabit kurs rejimində valyutanın rəsmi dəyərini yalnız dövlət orqanı (məsələn: mərkəzi bank) tərəfindən verilən qərar dəyişə bilər.

Məsələn, təsəvvür edin dövlət öz valyutasının 10 pul vahidini bir Azərbaycan manatına bərabər tənzimləyib. Dəyərini yüksəldərək, ölkə hər manata faizi 9.9 vahidə dəyişə bilər. Bu insanların həmin valyutanı Azərbaycan manatı ilə daha baha alması ilə nəticələnəcək.

Vergi revalvasiyası vergi səviyyəsini yavaşlatmaq və ya vergi gəlirlərindəki yüksəlişi dayandırmaq üçün edilən tənzimlənmədir. Bu xərcləməyə həvəsləndirən mühafizəkar ölçü hesab edilir. Əsasən, Daşınmaz əmlakın vergi revalvasiyasından istifadə edilir.

Revalvasiyanın əks prosesi Devalvasiyadır.


Deflyasiya (lat. deflatio — şişirmə) — yerli valyutanın alıcılıq qabiliyyətinin artması. Deflyasia əks istiqamətdə inflyasiyadır. Bir sıra səbəblərə görə inflayasiyadan ağır faktor hesab edilir.

Bu tədbir daxili iqtisadi vəzifələrin həllinə yönəlib, lakin kənar effekt kimi tədiyə balansının vəziyyəti də yaxşılaşır. Hesab edilir ki, deflyasiya siyasəti üçün ənənəvi olan nəticələr – istehsalın, investisiyaların və gəlirlərin həcminin aşağı düşməsi – idxalın azalmasına və ixracın genişləndirilməsi üçün ehtiyat güclərin artımına gətirib çıxarır. Deflyasiya üçün xarakterik olan faiz dərəcəsinin artırılması ölkəyə qısamüddətli kapital axınına səbəb olur. Lakin, deflyasiyanın digər aspekti də vardır: o, ixracı azaldır və idxalı artırır, çünki deflyasiya zamanı milli valyutanın nübadilə məzənnəsi yüksəlir ki, bu da idxalatçıların imkanlarını genişləndirir. Ixracatçılar üçün isə milli valyutanın yüksək məzənnəsi ixracdan əldə edilən valyuta gəlirinin milli valyutaya dəyişdirilməsi zamanı daha az mənfəət əldə etmək deməkdir ki, bu da heç də ixracın stimulaşdırılmasına kömək etmir.



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin