Musahibe suallari Maliyye bazarlarinin novleri ve maliyyenin esaslari?



Yüklə 1,45 Mb.
səhifə30/31
tarix02.01.2022
ölçüsü1,45 Mb.
#35352
1   ...   23   24   25   26   27   28   29   30   31
musahibe suallar1

Tarixi[redaktə | əsas redaktə]


Nabukko boru kəməri təşəbbüsü Mərkəzi Asiya dövlətlərindən, yəni Türkmənistan, Qazaxıstan və həmçinin Özbəkistandantəbii qazın nəqli üçün irəli sürülüb. Bu dövlətlərdən hasil olan qaz ilk öncə Ərzuruma qədər nəql edilməlidir. Bakıdan qərb istiqamətində Cənubi Qafqaz boru kəməri mövcuddur və əlavə qazı nəql etmək üçün boru kəmərinin buraxılış qabiliyyətinin artırılması planlaşdırılır. Lakin Bakıya qədər Xəzər dənizi altından digər bir boru xətti (Transxəzər boru kəməri) salınmalıdır. Transxəzər boru kəmərinin çəkilməsi yeni fikir deyildir. O, ilk dəfə 1996-cı ildə ABŞ tərəfindən təklif edilmişdir. 1999-cu ilin sonunda ABŞ layihənin texniki-iqtisadi əsaslandırılması sənədinin hazırlanması məqsədilə General Electric və “Bechtel Study Group” şirkətləri ilə müqavilə bağlamaq üçün Türkmənistan hökumətinə 750.000 dollar vəsait ayırdı. Qeyd etmək lazımdır ki, o vaxt Transxəzər boru kəməri dedikdə, onun nəinki Xəzərdə iki limanı (Türkmənbaşı və Bakını) birləşdirəcəyi, habelə Ərzurumadək uzanacağı güman edilirdi. İddialı başlanğıca baxmayaraq, layihə bir neçə səbəbdən ləngidildi. Birinci səbəb Türkmənistanın qazını nəql edən iki dövlətin (Rusiya və İranın) mövqeyi idi: onlar Xəzər dənizinin hüquqi statusunun həll olunmamasına və ekoloji təhlükələrə istinad edərək boru kəmərinin çəkilməsinə etiraz etdiklərini bildirdilər. Digər səbəb Azərbaycan və Türkmənistanın dəniz sərhədində yerləşən mübahisəli neft yatağı üstündə iki dövlət arasında münasibətlərin pisləşməsi idi. Üçüncü səbəb Xəzər dənizinin Azərbaycan sahəsində Şahdəniz qaz yatağının kəşf edilməsi oldu. Boru kəmərinin ildə nəql edəcəyi 30 milyard kubmetr qazın 5 milyard kubmetrini Şahdəniz yatağından hasil olunacaq qaza ayırması barədə Azərbaycanın xahişi Türkmənistan tərəfindən qəbul edilmədi. Şahdəniz qazının nəqli üçün Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzurum) boru kəməri inşa edildi. Digər tərəfdən, Türkmənistan Rusiya, İran və Çin ilə uzunmüddətli müqavilələr əsasında bu dövlətləri böyük həcmdə qazla təchiz etməyi öhdəsinə götürdü. Beləliklə, Türkmənistanın qazı qərb istiqamətində ixrac etməsi üçün sadəcə yetərincə hasilatı qalmamışdı.

Nabukko boru kəmərinin çəkilməsi barədə ilk müzakirələr 2002-ci ilin fevral ayında Avstriyanın OMW və Türkiyənin BOTAŞ şirkətləri arasında aparılmışdır. Sonradan daha üç şirkət: Macarıstanın MOL, Rumıniyanın TRANSGAZ və Bolqarıstanın BULGARGAZ şirkətləri Nabukko boru kəmərinin inşası təklifinə tərəfdar çıxmışlar. Həmin ilin oktyabrında adı çəkilən beş şirkət əməkdaşlıq müqaviləsi imzaladı. Müqavilənin əsas məqsədi Nabukko boru kəməri üzrə texniki-iqtisadi əsaslandırmanın aparılması idi. Layihənin əvvəlində aparılan danışıqlar və atılan addımlar çox iddialı idi. Əməkdaşlıq müqaviləsinin imzalanmasından bir il keçdikdən sonra “Nabukko beşliyi” 2003-cü ilin dekabr ayında Avropa Komissiyası ilə razılaşma əldə etdi. Avropa Komissiyası texniki-iqtisadi əsaslandırmanın (o cümlədən bazar təhlilinin, texniki, iqtisadi və maliyyə tədqiqatlarının) təxmini ümumi xərclərinin 50%-ni ödəmək üçün qrant ayırmağa razılaşdı. 19 oktyabr 2007-ci ildə Almaniyanın iqtisadiyyat və yeni texnologiyalar naziri Mixael Qlas açıqladı ki, Almaniyanın ən iri enerji istehsalçısı olan RWE şirkəti Nabukko boru kəməri ilə nəql olunacaq Azərbaycan qazının ildə 5 milyard kubmetrini satın almağa hazırdır. Bu niyyətin nəticəsində RWE 2008-ci ilin fevral ayında “Nabukko” konsorsiumuna qoşuldu. Növbəti ildə (13 iyul 2009-cu il tarixində) konsorsium tərəfdaşları Ankarada Hökumətlərarası Müqavilə imzaladılar və bütün tranzit ölkələr üçün vahid hüquqi çərçivə yaratdılar. Ankara danışıqlarında Nabukko konsorsiumunun tərəfdaşları boru kəmərinin iş qaydasını və nəql tariflərini müəyyən etdilər. 2012-ci ilin May ayında Nabukko konsorsiumu Şah Dəniz korsorsiumuna Nabukko Vest təklifini təqdim etmişdi.[2] 10 yanvar 2013-cü il Şah Dəniz II və NABUCCO arasında Əməkdaşlıq, Maliyyələşdirmə və Sahiblik haqqında Saziş imzalanmışdı.Sazişə əsasən Nabukko layihəsi seçilərsə Şah Dəniz II Konsorsiumunun 50% səhmlərinə sahib olacaq.[3] Boru kəməri seçmək haqqında qərar 30 iyun 2013-cü ildə gözlənilir.[4] 3 mat 2013-cü ildə Nabucco və TANAP konsorsiumları arasında anlaşma memorandiumu imzalanmışdı. Şah Dəniz və TANAP konsorsiumları eyni sazişi TAP layihəsi ilə imzalamışdılar.[5]



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin