Alman Akademik Mübadilə Xidməti (AAMX). Alman ali məktəblərinin birgə müəssisəsi kimi AAMX-in vəzifəsi xarici ali məktəblərlə əlaqələrin inkişafına yardım göstərməkdir. Bu əlaqə hər şeydən əvvəl tələbə, ali məktəb məzunu və alimlər mübadiləsi şəklində həyata keçirilir. AAMX proqramı bütün ölkələr və ixtisaslar üçün eyni dərəcədə açıqdır və həm almanlara, həm də xaricilərə eyni dərəcədə xeyir gətirir. Bununla yanaşı, AAMX ali məktəblərə xaricilər və xariclə bağlı məsələlərdə də yardım göstərir və öz səlahiyyətləri daxilində xarici mədəni siyasətini həyata keçirilməsində iştirak edir.
Onun daimi üzvləri, ali məktəb rektorları konferensiyasında təmsil olunmuş ali məktəblər, habelə bu ali məktəblərin tələbə korporasiyalarından ibarətdir. 1995-ci ilin axırında, müxtəlif profilli 222 ali məktəb və 130 tələbə korporasiyası AAMX-nin üzvü olmuşdur.
AAMX-nin vəzifələri:
- peşə hazırlığında və kvalifikasiyanın artırılmasında alman və xarici tələbələrə, praktikantlara, gənc alimlərə və ali məktəb müəllimlərinə yardım məqsədilə təqaüdlərin verilməsi;
- bütün ixtisaslardan olan ali məktəb müəllimlərinin seçilməsi və xarici ali məktəbələrə uzunmüddətli və qısamüddətli ezamiyyətlərə göndərilməsi işində təşkilati vasitəçilik və maliyyə yardımı göstərilməsi;
- nəşrlər, şifahi və yazılı arayışlar vasitəsilə ölkədə və xaricdə elmi tədqiqatların aparılması və təhsil alma imkanı haqqında informasiyanın çatdırılması, habelə xarici və alman alimlərinin və tələbə qruplarının tanışlıq səyahətlərinin təşkilati və maliyyə cəhətdən dəstəklənməsi;
- təkrar dəvət etmə vasitəsilə keçmiş təqaüdçü tələbələrin himayə edilməsi, əlaqələrin davam etdirilməsi məqsədilə tədbirlərin keçirilməsi, “AAMX let-ter-xoxşule und ausland" tipli nəşrlərin buraxılması.
Dostları ilə paylaş: |