Ali təhsil. Hal-hazırda ABŞ-ın ali təhsil sisteminə 12 mln. insanın təhsil aldığı 3,3 min müxtəlif institut daxildir. Hər il ABŞ-ın ali məktəblərin bitirən tələbələrin sayı AİB üzvü dövlətlərindəkindən 4 dəfə çoxdur.
ABŞ ali təhsil sisteminə müxtəlif səviyyəli təhsil müəssisələrini aid edirlər:
- kiçik və ya yerli 2-illik kolleclər - onlar mütəxəssislərə olan yerli ehtiyacları təmin edir. ABŞ tələbələrinin 40%-i bu tip kolleclərdə təhsil alır. Bu kolleclər yerli hakimiyyət orqanları tərəfindən maliyyələşdirilir.
- bakalavr dərəcəsi verən texniki institutlar və peşə məktəbləri - məzunlar 2-3-illik kursdan sonra texnik ixtisası alırlar.
- 4-illik universitet və müstəqil kolleclər - bu müəssisələr məzuna bakalavr dərəcəsi, əlavə təhsil alanlara isə (1-2 il) magistr dərəcəsi verir.
Bu cür təhsil müəssisələri həm dövlət, həm də özəl sektora aid ola bilər. 1,9 min 4-illik ali təhsil müəssisələrinin 72%-i özəl sektora, 28%-i dövlət sektoruna aiddir. Eyni zamanda bütün özəl təhsil müəssisələrində tələbələrin 21%-i təhsil alır.
ABŞ-da 3300 ali məktəb müqabilində cəmi 156 universitet fəaliyyət göstərir. Universitetlərdə mütəxəssislərin hazırlanmasının ən mühüm istiqaməti tələbə və aspirantların cəlb olunduğu elmi-tədqiqat sahəsidir. Hal-hazırda fundamental elmi tədqiqatların 60%-i bu ali təhsil müəssisələrində aparılır. Elmi tədqiqatların həyata keçirilməsində həm dövlət, həm də özəl ali məktəblər mühüm rol oynayır və bunların nisbətən əhəmiyyətliləri kontrakt əsasında həyata keçirilir.
XIX əsrin sonlarından başlayaraq ali təhsil sistemi dövlət tərəfindən himayə olunur. XX əsrin 40-cı illərində bu daha da genişlənmişdir. 60-cı illərdə növbəti yardım proqramı həyata keçirilib. 70-ci illərin ortalarında ali təhsilə federal yardım azaldılıb və 70-ci illərin sonu – 80-ci illərin əvvəllərində bu yardım dayandırılıb. Bununla belə, ali təhsilin federal maliyyələşdirilməsi yüksəkdir və ÜMM-un 3%-ni təşkil edir.
Ali təhsil müəssisələrinin əsas gəlir mənbəyini tələbələrin ödədiyi təhsil haqqı təşkil edir. Ali təhsil haqqı yüksək olsa da bu, dövlət və özəl yardım proqramları ilə kompensasiya olunur.
70-ci illərin sonu – 80-ci illərin əvvəllərində bakalavr dərəcəsi alan tələbələrə nisbətən magistr və doktor dərəcələri alan mütəxəssislərin sayı artmışdır. Bəzi ali təhsil müəssisələrində (Stenford və Kaliforniya universitetləri) magistr və doktorların hazırlanması bakalavr buraxılışının sayını keçmişdir.
Daha yüksək ixtisaslı elmi kadrlar, əsasən, özəl məktəblərdə hazırlanır: Harvard, Stenford, Prinston, Kolumbiya, Yel, Kaliforniya (Berkli) universitetləri və Massaçuset texnologiya institutunda. (D.K.Stevenson “American life and Institutions” - 1993)
Dostları ilə paylaş: |