سرو = ا, əlifميان sözünün ortasından qalxıb başda otursa, alınar.
23) Cüneyd (جنيد) adına dil ünsürləri və kəlmələrin parçalanması üzrə qurulnyş müəmma:
Babamın belində düdük,
Biz də müəmma dedük.
Burada “baba” sözünüجد -lə əvəz edib, “düdük” نی sözünü onun ortasına (belinə) qoysaq,د + نی +ج = جنيد adı alınar.
بوسه، لب، ابرو (24adları üzrə müəmma:
شم ثالث طلبيدم ز ثلاثين اثناش
بپدر و جه ادا کرد که ممکن نشود
Bu müəmmada da əbcəd hesabı və dil ünsürləri üsulu ilə tərtib edilmişdir.
Kəşfi:
-
شم =بو
سه = ثالث
-
ثلاثين=30 = ل
ب = دو = اثنا
-
پدر =اب
وجه = رو
Beləliklə, müəmmada olan ərəb sözlərini fars sözləri ilə dəyişdirib yuxarıdakı şeri belə oxuyarıq:
بوسه طلبيدم ز لبش
به ابرو ادا کرد که ممکن نشود
25) Xəlil (خليل) adına nücum, təqlib və əbcəd üzrə Əmri Ruminin qurduğu müəmma:
Şəbi- tarikdir o zülfi- siyəh
Əncumi- xalidir məqarini məh.
Bu müəmmada انجم خالی tərkibindən مريخ ز حل و مشتری və səyyarələrinin son hərfləri ی +ل +خ = خلی olur28. Bu söz aya, yəni 30-a, yaxud ل hərfinə yaxınlaşdıqda ل + خلی =خليل olur.
Nəticə
Biz bu məqalədə müəmmanın tərtib və kəşf qayda qanunları haqqında ümumi məlumat verməyə çalışdıq. Bu mühüm vasitələri öyrəndikdən sonra məşhur Şərq klassiklərinin, o cümlədən Nizami, Xaqani, Nəsimi, Əssar Təbrizi, Füzuli kimi ustad Azərbaycan şairlərinin əsərlərində təsadüf edilən müəmmaları kəşf edə bilərik. Bəzən qəsdən yaradılmış bu müəmmalar və maddeyi- tarixlər çox böyük əhəmiyyətə malik olur.
Müəmmaları tədqiq etməkdən məqsəd xüsusilə orta əsrlərdə bariz şəkildə meydana çıxan və M. F. Axundov kimi sənətkarlarımız tərəfindən tənqid olunan formalizmi və say oyunlarını öyrənmək deyildir. Məlumdur ki, bəzi tarixi şəxsiyyətlərin- görkəmli şairlərin təvəllüd və vəfat tarixi, bir sıra tarixi hadisələrin baş verməsi və qədim abidələrin yaranması tarixi məhz müəmma üsullarından istifadə edilərək yazılmışdır. Həmin maddeyi-tarixlərin öyrənilməsində müəmmaları açmaq qaydaları tədqiqatçıya xüsusilə lazım olur.
AZƏRBAYCAN EA ƏLYAZMALAR İNSTİTUTUNDA SAXLANILAN MÜƏMMA SƏNƏTİNƏ DAİR YAZILMIŞ ƏSƏRLƏR HAQQINDA
BİBLİOQRAFİK MƏLUMAT
-
Cami Əbdürrəhman. Müəmma, tarixi: 1136 (1723), şifri:M-44 (v).
-
Hüseyn ibn Məhəmməd əl-Hüseyni. Müəmma, tarixi: 1019 (1610), şifri:A-282(III).
-
Sadiq Rükni Aşiq. Mir Hüseyn Nişaburi müəmmalarının şərhi, tarixi: 1136 (1723), şifri:M-44 (IV).
-
Qaili. Miftahül-əsami, tarixi: 1136 (1723), şifri:M-44 (III).
-
Əbdülvəhab ibn Cəmaləddin Məhəmməd Həmədani. Müəmma, şifri: M-46 (I)
-
Bədəxşi. Müəmma, şifri: A-518 (I)
-
Ziya Axundzadə. Fənni qəvafi vəl-bəyan vəl-bədi və mühəssənati- şeriyyə və əruzi Mövlana Cami, tarixi:1341 (1922), şifri:B-822 (II).
-
Risaleyi-müəmma, şifri: B-2304 (II).
-
Müəmma, şifri: A-175 (I)
-
Müəmma, şifri: B-100.
Мягаля яввялляр «Ренспублика Ялйазмалар Фондунун Ясярляри» мяжмуясинин ЫЫ жилдиндя (Бакы, 1963, с.451-60) вя «Мяммядаьа Султанов. Азярбайжан ялйазмашцнаслыьы мясяляляри» китабында (Бакы: Елм, 2000, с.3-30) няшр олунмушдур.
QƏDİM DƏRMAN BİTKİLƏRİNİN SİRLƏRİ
İnsan təfəkkürü təbiətin sirlərini getdikcə daha çox kəşf edərək, onu öz yaradıcı şüuruna tabe edir. Bu gün artıq sovet elmi namütənahi fəza boşluğunda, səyyarələrarası aləmdə, günəş sistemi daxilində baş verən sonsuz hadisələrin tədqiqi, okeanların dərinliklərində mövcud olan canlı aləmin öyrənilməsi, planetimizin dərin qatlarında saxlanmış olan zəngin xəzinələrin açılması sahəsində aləm-şümul müvəffəqiyyətlər əldə etmişdir. Təbiətin hər sahəsində, o cümlədən təbabət və biologiya elmi sahəsində də çox mühüm kəşflər və nailiyyətlər əldə etmişdir. Lakin insan təbiət laboratoriyasının gizli sirlərinə nə qədər çox vaqif olursa, bir o qədər də yeni sirlər qarşısında qalır, bu sirlər də öz növbəsində dolanbac müəmmalar kimi, yeni kəşflər tələb edir. Müasir təbiətşünaslığın ən mühüm problemlərindən biri də ölkəmizdə, xüsusilə, Zaqafqaziya respublikalarında bol-bol mövcud olan dərman bitkilərinin müalicə xüsusiyyətlərinin dərk edilməsidir. İnsan orqanizminin dərman bitkilərilə müalıcə edilməsi çox qədim zamanlardan məlumdur. Hələ eramızdan 500 il əvvəl böyük Azərbaycan filosofu Zərdüştün məşhur “Avesta” əsərində bitki dərmanları ilə müalicə yad edilir. Yaxın və Orta Şərq xalqlarının qədim yazılı abidələrində göstərilir ki, orta əsr təbabəti insan orqanizminin demək olar ki, bütün xəstəliklərini məhz müxtəlif dərman bitkilərindən hazırlanmış dəvalarla müalicə etmişdir. Orta əsrlər təbabətinin ən böyük siması olan məşhur Əbu Əli ibn Sinanın “Qanun” əsərindən tutmuş, XIX əsrin sonlarına qədər yazılmış bütün tibb kitablarında xəstəliklərin müalicəsində ən çox dərman bitkilərinin adı çəkilir və onların müxtəlif birləşmələri və tərkibləri vasitəsilə hər cür xəstəlik müalicə edilir. Təsadüfi deyildir ki, Xaqanı, Şirvani, Nizami Gəncəvi kimi dahi Azərbaycan şairlərinin bədii əsərlərində də bəzi dərman bitkilərinin adı çəkilir və onlardan müxtəlif dərdlərin müalicəsində istifadə edilməsi göstərilir. Məşhur həyat bitkisi adlanan “jen-şen” də bu əsərlərdə dəfələrlə yad edilmişdir. Yazılı abidələrdən məlumdur ki, hələ XII əsrdə Şamaxıda Xaqaninin əmisi məşhur əttar və təbib Kafiyəddin Ömər ibn Osmanın təşəbbüsü ilə tibb məktəbi təsis edilmiş və burada dərman bitkilərinin müalicə xassələri də tədqiq və tətbiq edilmişdir ki, hələ XIV-XVI əsrlərdə Azərbaycanda “Darüş-şəfa” adlı müəssisələr mövcud olmuşdur. Dahi Azərbaycan filosof-şairi Məhəmməd Füzuli də “Söhbət-ül əsmar” (“Meyvələrin söhbəti”) və “Səhhət və mərəz” adlı bədii-tibbi əsərlərini yazmışdır. Bu əsərlər həm də ciddi elmi əhəmiyyətə malikdir. Habelə, Azərbaycan xalqının zəngin şifahi ədəbiyyatında, babalarımızın türkəçarə adlanan xalq müalicəsində əfsanə və nağıllarda, məsəllərdə olduqca dəyərli fikirlərə rast gəlirik.
Azərbaycan SSR Elmlər Akademiyasının Respublika Əlyazmaları Fondunda mühafizə edilən iki yüzdən artıq tibb əlyazmalasının, demək olar ki, hamısında dərman bitkilərinin yarpaqları, kökləri, toxumları, gülləri, meyvələri və şirələrinin xassəsi haqqında müfəssəl məlumat vardır. Bu gün bunlar bir növ unudulmuş halda yatıb qalmaqdadır.
Müasir sovet elmidərmanşünaslıq, biologiya, fiziologiya elmi o qədər inkişaf etmişdir ki, indi insan maddənin, o cümlədən bitkilərin namütənahi kiçik zərrələrinin də sirlərinə vaqif olmalıdır. Lakin bu, heç də bizim orta əsr təbabətində geniş miqyasda istifadə edilən və bir çox halda müxtəlif xəstəliklərin müalicəsində müsbət nəticə verdiyi qeyd edilən dərman bitkilərinə laqeyd olmağa haqq qazandıra bilməz. Biz bu kiçik məqalədə bu gün sovet təbabət elmində artıq məlum olan və təkrar-təkrar müxtəlif tibb qəzet və məcmuələrində, ensiklopediyalarda yad edilən məlum dərman bitkilərindən deyil, məhz orta əsrlərdə çox müvəffəqiyyətlə, geniş surətdə istifadə edilmiş dərman bitkilərindən bəhs etmək istəyirik. Bu gün artıq onlardan bir çoxu ya tamamilə unudulmuş, ya da müxtəlif obyektiv səbəblər üzündən istifadədən kənarda qalmışdır. Halbuki, ulu babalarımızın yüz illər boyu öz xəstəliklərini müalicə etdikləri və bu müalicələrin müsbət nəticələr verdiyini dönə-dönə qeyd etdikləri bitkilər olmuşdur.
Orta əsr təbabət elminə dair əldə etdiyimiz bir çox qədim əlyazmalarına əsasən həkimlərin, bioloqların, dərmanşünasların nəzərini bir daha bu mühüm məsələyə cəlb etməyi lazım bilirik.
Respublika Əlyazmaları Fondunda mühafizə edilən azəricə, ərəbcə, farsca və türkcə yazılmış qədim tibb kitabları içərisində İbn Sinanın yuxarıda adı çəkilən məşhur “Qanun” əsərindən başqa Cürcaninin “Zəxireyi-Xarəzmşahi”, Mahmud ibn İlyasın “Kitabi-tibb”, sonra “Töhfət-ül Möminin”, “Tibbi-Yusifi” kimi əsərləri vardır ki, bunların hamısında dərman bitkilərindən geniş istifadə olunması qeyd edilmişdir. Ola bilməz ki, müasir sovet təbabət elmi bu kitablarda adları çəkilən dərman bitkilərinə əhəmiyyət verməsin. Bəs, səbəb nədir ki, orta əsr təbabət elmində geniş və müvəffəqiyyətlə istifadə edilən bu dərman bitkilərindən bu gün istifadə olunmur? Bunun yeganə səbəbi həmin dərman bitkilərinin adlarının əlyazmalarında ərəb və fars dilində qeyd edilməsidir. Bu gün təbiblər həmin adla o dərman bitkilərini tanıya bilmirlər. Halbuki, bu dərman bitkiləri bugünkü cəmiyyəti dərindən düşündürən ağır xəstəliklərin müalicəsində vaxtı ilə işlənmiş və çox ehtimal ki, müsbət nəticələr vermişdir. Misal üçün, zərərsiz işlər, xüsusilə insanları dəhşətə salan xərçənğ (rak) xəstəliyi haqqında deyilmiş mülahizə və müalicə metodlarına ötəri bir nəzər salaq.
Orta əsr təbabət kitablarında rak xəstəliyi xərçəng və ya sərətan adlandırılır. Bu kitabların əksəriyyətində həmin xəstəliyin simptomları və müalicə vasitələri müəyyən fərqlərlə qeyd edilmişdir. Bu müalicə vəsaiti şübhəsiz ki, ya müəyyən dərman bitkisindən və ya bir neçə bitkinin birləşmiş kompleksindən ibarətdir. Bu tibb kitablarının bir çoxunda belə fikrə təsadüf olunur:
“Zərərli şişlərdən biri də xərçəng adlanır. Onun əmələ gəlməsinin əsas səbəbi qanla sevdanın1 qarışmasıdır. Əlaməti: əvəlcə bu şiş kiçik fındıq boyda hiss edilir. Tədricən o böyüyür və böyüdükcə ağrılar da o nisbətdə artmağa başlayır. Rəngi qaramtıl olur. Əgər onun üstündə yara açılarsa, o zaman bu yaradan pis iyi gələr. O nə qədər ki, yumuşaqdır, müalicəsi mümkündür, bərkiyərsə, müalicəsi qeyri mümkündür. Hər şeydən qabaq bədəni ixlat artıqlığından (bəlğəm, sevda, irin) təmizləmək lazımdır. Ondan sonra ya Əftimun, ya da şahtəpə həbləri atmaq lazımdır”.
Fars dilində yazılmış başqa bir əlyazmasında yuxarıda deyilənlərin təkrarı ilə bərabər aşağıdakı məlumatı oxuyuruq:
“Şişin ətrafında yerli hərarət hiss edilir. Şiş əmələ gələn yerə hind yarpağı (bərgi-hindi) yapışdırmaq lazımdır. Əvvəlcə bədəni sevdadan təmizləmək, sonra xəstəyə qara həlilə, ğarikun, stuxudus və bəsfaycdan düzəlmiş məcun yedirtmək lazımdır”.
Sual oluna bilər: bəs nə üçün indi həkimlər bu üsullardan istifadə etmirlər? Bəlkə doğrudan da, bu vasitə ilə xərçəng xəstəliyi müalicə oluna bilər?!
Cavab çox aydındır: haman dərman bitkisinin əksəriyyətinin müasir istilahla adı məlum deyildir. Çox təəssüflə demək lazımdır ki, bizim müasir bitkişünaslarımız haman dərman bitkilərinin adlarını müasir əlifba və istilaha köçürməkdə çətinlik çəkirlər. Buna görə də, bir çox xəstəlikləri müalicə etmək, orta əsrlərdə istifadə edilmiş dərman bitkilərinin indi elmi dildə necə adlandığını müəyyənləşdirmək, bir sözlə, haman bitkiləri əldə etmək, orta əsr həkimlərinin istifadə etdikləri dərman bitkilərini tanımaq və onların müalicə metoduna bələd olmaq lazım gəlir ki, bu da bu gün təbabət elmimizin qarşısında duran əsas məsələlərdən biri sayıla lilər. Azərbaycanda bu mühüm məsələ ilə bəzi istedadlı və təcrübəli həkimlərimiz müəyyən qədər maraqlanmışlar. Lakin məhz bu dərmanların hazırlandığı bitkiləri aydınlaşdırmağın çətinliyi nəticəsində qənaətləndirici nəticə əldə edilməmişdir. Doğrudur, dərman bitkilərinin xassəsini öyrənmək sahəsində Sovet ölkəsində bir çox tədqiqat işləri aparılmış, Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qırğızıstan və Moldaviya respublikalarında mövcud olan dərman bitkiləri haqqında olan ayrı-ayrı kitablar nəşr edilmişdir. Lakin bu kitabların heç biri məhz orta əsr təbabət kitablarında ərəb və fars dilində adları çəkilən dərman bitkilərini bizə tanıtmır və buna görə də, orta əsrlərdə insan orqanizminin müxtəlif xəstəliklərini müalicə etmək işində əldə edilmiş təcrübəni yekunlaşdırmağa və onları haman qədim əlyazmalarında göstərilən şəkildə tətbiq etməyə imkan vermir. Halbuki, qətiyyətlə demək olar ki, qədim əlyazmalarında dərman bitkiləri bu gün də Azərbaycan. Gürcüstan və Ermənistan respublikaları ərazisində istənilən qədər vardır.
Deməli, qarşıya olduqca əhəmiyyətli bir məsələ çıxır. Ərəb və fars dilində yazılmış orta əsr dərman bitkilərinin müasir istilahlarla ekvivalentini tapmaq və əlifba sırası ilə geniş izahlı bir kataloq (lüğət) yaratmaq lazımdır. Məhz bu iş bitdikdən sonra ulu babalarımızın müxtəlif xəstəlikləri necə müalicə etdiklərinin sirrinə yiyələnmək olar.
Əgər belə bir kataloq Azərbaycan, ərəb, fars, latın və rus dillərində yarana bilərsə, şübhəsiz ki, Yaxın və Orta Şərqdə, o cümlədən, Azərbaycanda vaxtı ilə istifadə edilmiş müalicə metodlarını tapmaq olar. Bu məsələ bizim bitkişünas alimlərimizin qarşısında duran olduqca mühüm elmi məsələdir. Əlbəttə, müxtəlif ixtisaslı alimlərin birgə əməyi nəticəsində belə bir vacib işin öhdəsindən gəlmək mümkündür. Yuxarıda adı çəkilən kataloqu əməli surətdə yaratmaq məqsədilə aşağıdakı cədvəl layihəsi müzakirə üçün təqdim olunur:
Şərq xalqlarının yazı abidələrində adları çəkilən dərman bitkilərinin kataloqu
№
|
Azərbaycan ərəb, fars və türk dillərində qeyd edilən dərman bitkilərinin adı
|
Latın dilində müqabili
|
Rus dilində müqabili
|
Xarici əlamət və təsviri
|
Hansı xəstəliklərin müalicəsində istifadə olunur
|
1.
|
Aqırqırha
|
|
|
|
Kökündən şirə alıb gündə 2 dəfə 20 damcı içilsə, məfsəl ağrılarını aparar
|
Fikrimizi daha aydın və konkret misallarla izah etmək üçün Respublika Əlyazmaları Fondunda
M-162
- - - - - şifri altında mühafizə edilən azərbaycanlı təbib Məhəmməd ibn Yusif
9947
Şirvaninin
1712-ci ildə yazdığı “Tibb” adlı əlyazmasından bəzi nümunələri buraya köçürürük:
Azərbaycan dilində yazılmış bu kitab 112 fəsildən ibarətdir. Hər fəsil insan orqanizminin bir xəstəliyini müalicə etməyə həsr edilmişdir.
Məsələn:
- Baş ağrısının müalicəsi.
- Diş ağrıları, diş ətlərinin möhkəmləndirilməsi.
- Dərinin cilalandırılması üsulları.
- Ağızdan gələn iyi aradan qaldırmaq üsulu.
- Ağız, dil, dodaq və dilçəkdə olan iltihablar və onların müalicəsi.
- Müxtəlif göz ağrıları və onların müalicəsi və s.
Çox qısa çəkildə sadaladığımız bu xəstəliklərin, demək olar kı, hamısının müalcəsində dərman bitkilərinin adları çəkilir. Biz bu gün istifadəsi mümkün olan və hələ tətbiqi mümkün olmayan bəzi misalları göstərməyi faydalı bilirik:
-Bir miqdar mersin yarpağını bir miqdar şərab ilə qaynadıb başa sürtsələr, ağrı rəf olar.
- Yasəməni iyləmək baş ağrısını aparar.
- Bir parçanı sirkəyə batırıb başa sürtsələr, baş ağrısı dəf olar.
- Marsimə yarpağı alına yapışdırılsa, baş ağrısını aparar.
- Ağızdan gələn iyi dəf etmək üçün Aqırqırha və ya Əqdnus çeynəmək lazımdır.
- Hər kəs ilanyasdığı otunun kökünü bal ilə qaynadıb məcun etsə və hər gün səhər acqarına bir badam yesə, təngnəfəsliyi keçər.
- İki dirhəm ğarikun əzib bir miqdar su ilə içsələr, ürək ağrısını aparar.
- Kasni bitkisinin kökünü quru əncirlə yesələr, sarılıq xəstəliyi keçər.
- Qızıl bəhmən suyu istiskaya (vodyanka) olduqca xeyirlidir.
- Xətmin gülünün suyu ilə baş yuyulsa, tükü tökülməz.
Ümumiyyətlə, orta əsr təbabətində çoxlu miqdarda istifadə edilən dərman bitkiləri əsasən belə adlanır: Bəsfayc, ənisun, ğarikun, cözbuva, əftimun, cünd bidsər, lufa, nətrun, aqırqırha, məstəki, zərnəb, fərfyun, kündür, babunə, surincan, kasni, kərəfs, rivənd, ənzərut, əqaqil, amilə, runas, buzidan, kətira, züfa, tərəncəbin, şəncərf, bidmişk, mərzəncuş və s.
Yuxarıda saydığımız bu adlar, əlbəttə, bütün dərman bitkilərini əhatə etmir. Elə bu misallardan da aydın olur ki, müxtəlif xəstəliklərin müalicəsində külli miqdarda işlənən bu dərman bitkilərinin müasir elmimizdə necə aldandığı müəyyənləşərsə, şübhəsiz ki, onların tətbiqi də məlum olar. Bir də təkrar etməyi lazım bilirik ki, qədim əlyazmalarında bu dərmanların əksəriyyətinin təcrübədə özünü doğrultduğu və yaxşı nəticə verdiyi qeyd edilmişdir.
Biz əminik ki, bu dərman bitkilərinin biologiyasının və kimyəvi tərkibinin tədqiqi müasir təbabət elmimizdə onlardan necə istifadə etmək yollarını da aydınlaşdırar və bizdə orta əsr təbabətinə dair mühafizə olunan külli miqdarda qədim əlyazmalarının mühümləri Azərbaycan dilinə və başqa dillərə tərcümə edilib nəşr oluna bilər ki, bu da həkimlərimizin gündəlik işində fayda verər və özünü müalicədə doğruldan müalicə bitkilərinin respublikamızda geniş yayılmasına şərait yaradar.
Мягаля илк дяфя «Елм вя щяйат» ъурналынын 1969-жу ил 2-жи нюмрясиндя (с.6-8) няшр олунмушдур.
TİBBƏ DAİR QƏDİM ƏLYAZMASI
Şərq xaqları qədim tarixə malik olub, elm və mədəniyyət sahəsində də görkəmli müvəffəqiyyətlər əldə etmişlər. Tarixi sənədlər göstərir ki, qədim yunan, Misir, İran, Orta Asiya, Hind və Bizans ərazisində yaranan elm və sənət abidələri öz misilsiz sənətkarlıqları ilə bu gün də bəşər zəkasını heyran qoyur.
Müxtəlif elm sahələrində əldə edilən bu nailiyyətlər elmin sonrakı inkişafı baxımından böyük əhəmiyyətə malik olmuşdur. Eramızdan əvvəl yaşayıb-yaradan qədim yunan filosofları Əflatun, Ərəstun, Heraklit, Demokrit, məşhur riyaziyyatçılar-İqlidus, Bətlimyus, təbabətin babası hesab edilən Boqrat və başqa yunan alimləri, eramızdan sonrakı dövrlərdə Yaxın Şərqdə hərtərəfli geniş biliyə malik olan İbn Sina, Bəhmənyar, Biruni, Ömər Xəyyam, Kəfiəddin Şirvani, Nəsirəddin Tusi kimi görkəmli alimlərin yetişməsinə gözəl zəmin yaratmışdır.
Məlumdur ki, orta əsrlərdə işlənən elmlər içərisində təbabət xüsusi əhəmiyyət kəsb etmişdir. Belə ki, hətta şair və ədiblər də tarixçilər də riyaziyyat və nücum elmləri ilə məşğul olan alimlər də, yeri gəldikcə, tibbi məsələlərə əl atmış və çox dəyərli fikirlər söyləmişlər. Buna görə də, Xaqani və Nizaminin bədii əsərlərində, Nizamülmülkün “Siyasətnamə”, Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri” və başqa risalələrində, Rəşidəddinin “Camiüttəvarix”ində tibbi mülahizələr və bədəni salamat saxlamaq qaydalarından kifayət qədər bəhs edilmişdir.
Otra əsrlərdə yazılıb bizim nəslə yadigar qoyulmuş elə bir məcmuə və cüng yoxdur ki, orada tibbi nüsxələr, məcunlar və dərman növləri qeyd edilməsin. Əlbəttə, belə pərakəndə qeyd və nümunələr professional həkimlərin əsərləri səviyyəsində olmasa da, Yaxın Şərq xaqlarının tibb elminə böyük marağını aydın göstərir. Lakin Yaxın və Orta Şərqdə təbabət aləmində son dərəcə böyük rol oynayan həkimlər də olmuşlar ki, onlar həm elmi əsərləri, həm də təcrübi əməlləri ilə xalqa ləyaqətlə xidmət etmişlər. Onların əsərləri bütün dünyanın kitab xəzinələrində böyük qayğı ilə mühafizə və tədqiq edilir.
Azərbaycan SSR EA Respublika Əlyazmaları Fondunda da elmin bütün sahələrinə aid Azərbaycan, ərəb, fars və türk dillərində yaranmış əsərlər içərisində tibbə dair əlyazmaları xüsusi yer tutur. Təqribi hesablamaya görə, indi bu fondda 250-dən artıq tibbi əlyazma vardır ki, bunlardan ən qədimi Orta Asiya xalqlarının və dolayısı ilə bütün bəşəriyyətin fəxri, X əsrin ən məşhur filosof-təbibi Əbu Əli ibn Sinanın vəfatından 110 il sonra köçürülmüş olan nüsxədir. Bu nüsxə “Qanun”un ikinci cildi olub, ölkəmizdə ən qədim nüsxə hesab edilir. Həmin əsərin XIII əsrdə yazılımış mükəmməl üçüncü cildi də Respublika Əlyazmaları Fondunda vardır.
Bundan başqa fondda tibbə dair yazılmış məşhur əsərlərdən “Töhfətül-möminin”in bir sıra nüsxələri, görkəmli təbib Mahmud ibn İlyasın bir dərslik kimi sistemlə yazılmış “Kitabi-tibbi” əsəri, dərmanşünaslıq sahəsində böyük əhəmiyyəti olan Qarabadinlər və dərman bitkilərinin bir neçə dildə izahından ibarət olan kitablar da vardır.
Tibb əsərləri içərisində XII əsrdə türkcə şeirlə yazılmış “Tərvihül-ərvah”, Məhəmməd ibn Yusifin fars dilində şeirlə yazdığı “Tibbi-Yusifi” adlı əsərləri son dərəcə maraqlıdır. Belə bədii dil ilə qələmə alınmış tibb əsərləri içərisində XVI əsrin dahi klassik şairi Məhəmməd Füzulinin “Söhbətül-əsmar” və “Səhhət və mərəz” əsərləri də diqqəti cəlb edir. Şübhəsiz, bu əsərlər təbabətlə yanaşı, öz dövrünün poetik xüsusiyyətlərini ifadə etdiyi üçün ədəbiyyatçılar və dilşünaslar tərəfindən də öyrənilməkdədir. Fondda ən çox nəzəri cəlb edən azərbaycanlı təbiblərin yaratdığı əsərlərdir.
Bunlardan biri Hacı Süleyman ibn Kürd Həsən Qacar İrəvanidir. O, hicri 1203 (miladi 1788)-cü ildə yazdığı “Fəvaidül-hikmət” adlı tibb əsərinin müqəddiməsində deyir:
“Bütün dünya ləzzətlərindən vaz keçib, rüzigarın əzabına dözərək bu kitabı yazmağa meyl etdim ki, gələcək nəslə yadigar qalsın”. Burada dərman bitkilərinin adları farsca, ərəbcə, yunanca, hindcə və azərbaycanca qeyd edildiyindən onları tanımağa böyük imkan yaradır. Məsələn, o yazır:
“Əbukakətlən-hindcə bəkricala, ərəbcə nəscül-ənkabut, farsca damül-ənkabut və türkcə (azərbaycanca) HÖRÜMÇƏK TORU DEMƏKDİR. Bunu sirkə ilə xəmir edib yaranın üstünə qoyanda qanı dayandırır və yaranı sağaldır”.
Yaxud:
“Şuniz-rumi dilində həbbüs-sevda, deyləmi dilində siyəz, hind dilində kavənca, fars dilində siyadanə, türkcə (azərbaycanca) QARA ÇÖRƏKOTU DEMƏKDİR. Bunu sirkədə isladıb acqarına bir qaşıq içsələr, qarından qurdu salar” və s.
Azərbaycan dilində tibbə dair yazılmış maraqlı əsərlərdən biri də “Qayətül-mütərəqqi bi tədbiri külli-mərəz” (“Bütün xəstəliklərin müalicəsinin son üsulları”) adlanır. Bu əsərin müəllifi olan HƏSƏN ƏFƏNDİ kitabın əvvəlində yazır: “Tibb elmi şərafətli bir elmdir. Allah buyurub ki, elmlərin elmi bədən və din haqqında olan elmdir. Bədən elmini əvvəlcə ona görə demişdir ki, bədən sağlam olmasa ibadət də mümkün olmaz”.
Bu əlyazmasında tibb elmi kimya və əcaçılıqla əlaqələndirilir və yunan alimlərinin fikirlərindən geniş istifadə edilir.
Hicri 1273 (miladi 1856)-cı ildə İsa Dərbəndi tərəfindən üzü köçürülmüş tibb əlyazması maraqlı bir əhvalatla başlayır. O yazır:
“Belə nağıl edirlər ki, Bağdad xəlifəsi taxta əyləşib buyurdu ki, ölkədə olan bütün bilikli həkimləri onun yanına çağırsınlar. Gələn kimi xəlifə buyurdu ki, onlar insanın bədəninə nəyin xeyirli, nəyin zərərli olduğunu aydın yazsınlar. Onlar bütün kitabları töküb axtardılar və nəhayət, xəlifənin can sağlığına kömək edən bu kitabı düzəltdilər”. Burada əsasən bitkilərin, quşların və heyvanatın insan bədəninə etdiyi təsirlərdən söhbət edir. Kitabın sonunda müxtəlif dərdlərə dərman olan nüsxələr qeyd edilmişdir.
Azərbaycan təbiblərindən biri də Məhəmməd Hüseyn ibn Məhəmmədəli Gəncəvidir. O özünün “Misbahül-əlac” adlı əsəri üzərində 6 il çalışaraq onu hicri 1270 (miladi 1853)-ci ildə bitirmişdir. Bu kitabda yazılan bütün fikirlər ingilis, fransız, latın dillərində olan tibb kitablarıından istifadə ilə, Misirdə ərəbcə yazılmış tibb kitabından götürülmüş və öz şəxsi müşahidələri ilə təkmilləşdirilmişdir. Burada nəbz, hava, yemək, içmək, yuxu, hərəkət, şadlıq və qəm kimi fizioloji və psixoloji vəziyyətlərdən, habelə 4 ünsürün xassələrindən geniş bəhs edilmiş və yeri gəldikdə fars dilində şeirlərlə zənginləşdirilmişdir. Bu, XVI əsrin məşhur təbibi Mahmud ibn İlyasın “Kitabi-tibb” əsəri kimi ciddi bir sistemlə yazılmış tibbə aid gözəl əsərdir.
Biz burada Məhəmməd Bərgüşadi, Həsən ibn Rza Şirvani, Məhəmməd Tahir əl- Musəvi, Məhəmməd Əttar Səlyani, Mirzə Baba Ərdəbili, Mirzə Məhəmməd Əfşar və başqalarının tibb əsərlərində bəhs etməyib, ancaq Məhəmməd Yusif Şirvaninin Azərbaycan dilində yazdığı “Tibbnamə” əsəri ilə kifayətlənəcəyik. Bu kitab hicri 1124 (miladi 1712)-ci ildə köçürülmüşdür. Burada başqa tibb kitablarından fərqli olaraq insan bədəninin bütün üzvlərində baş verən xəstəliklər və onların müalicəsi haqqında yığcam şəkildə məlumat verilir. Bu əsərdə işlədilən ibarə, tərkib və frazeoloji ifadələr, ümumiyyətlə, mətnin sintaktik quruluşu Azərbaycan dilinin inkişaf tarixini öyrənmək cəhətindən də çox maraqlıdır. “Tibbnamə” əsəri 120 babdan ibarət olub, hər babda bir xəstəlik haqqında məlumat verilir və qısaca olaraq onların müalicəsi göstərilir. Azərbaycan SSR Elmlər Akademiyasının nəşriyyatının xətti ilə bu əsərin gələn il çap edilməsi nəzərdə tutulmuşdur. Digər tərəfdən, bütün bizə məlum olan tibb əsərlərində ərəb, fars və türk dillərində dərman bitkilərinin adları çəkilir. Lakin təəssüf ki, bu dərman bitkilərinin əksəriyyətinin adları müasir elmi istilahlarla məlum deyildir. Buna görə də, indi adları müasir elmi istilahla bəlli olmayan həmin dərman bitkiləri araşdırılır, onların müalicə xassələri, bioloji quruluşu, tərkib və işləmə üsulu, habelə əlyazmalar fondunda, eyni zamanda bir çox Azərbaycan həkiminin qeyd dəftərində olan hansı xəstəliyin nə cür müalicə edilməsi təcrübələri də alimlərimiz tərəfindən ciddi surətdə öyrənilir.
Мягаля илк дяфя «Бакы» гязетинин 22 ийун тарихли нюмрясиндя дярж олунмушдур.
Dostları ilə paylaş: |