Мясняви Иранын Исламдан сонракы епосудур Мящяммяд Яли Ислами Нядушян


Gər sönsə eşq odu olur könlüm qərarsız



Yüklə 1,65 Mb.
səhifə7/11
tarix06.05.2017
ölçüsü1,65 Mb.
#16997
1   2   3   4   5   6   7   8   9   10   11

Gər sönsə eşq odu olur könlüm qərarsız

Dözməz belə səməndər və pərvanə nəsarsız.

Yarəb, nədur bu eşq ki, afaqı doldurub

Hər kimdə yoxdu eşq olur etibarsız.
Güldə nə ab və rəng var, ol məhigülzarə bax

Var nə səfası gülşənin, baği-camali-yarə bax.

Törrə müşkbardur, dövri-röxəndə çin beçin

Məst göz ilə qıl nəzər, qəmzeyi-cani-şekare bax.

Aciz Urməvi

Müəlliflərin əlində olan təzkirələrdə bu şair barəsində bir məlumat yoxdur, lakin “Bozorqan və Soxənsorayane-Azərbaycane-qərbi” kitabının müəllifləri onun tərcümeyi-halı haqqında geniş tədqiqatlar və dəqiq məlumatlar əldə etmişlər:

“Təxəllüsü Aciz olan Şeyx Cəlil Ədibül-Üləma Urmiya şairlərindəndir ki, Fətəlişah Qacar dövründə İran-rus müharibələrində sağ idi.

Şairin bəzi şeirlərindən belə nəticə çıxarmaq olar ki, o, bir müddət səfərdə idi və Məkkə ziyarətinə malik olmuşdu. Bəzən özünün qürbət əzabından və yoxsulluğundan şikayət edərək vətəni xatıtlayır. Başqa bir yerdə isə Qəzvin və Zəncandan söz açır və bu diyarın gözəllərini vəsf edir. Bu da azəri ləhcəsində kiçik bir qəzəli:



Düşsün yerə məşşatə görüm şanə əlinnən.

Səd parə olubdur dəli divanə əlinnən.

Çeşmi-siyahun kaseyi-xun ilə dolubdur,

Qorxum budi düşsün yerə peymanə əlinnən.

Əl çək bu səri-zülfdən axır edərəm ərz,

Sultani-Kərəmpişə Kərimxanə əlinnən.

Aşiq Urməvi

Adı Mustafa idi, Urmiyanın Şeytanabad kəndində anadan olmuşdu. O, uşaqlıqdan çobanlıq edirdi və 25 yaşında ikən ailə qurdu.

Aşiq Mustafa doğrudan da aşiq və əzab çəkmiş sənatkardır, onun savadı yox idi, lakin bayatılar qoşmuş və qəmli səslə öz sazı ilə kəndlərdə oxuyurdu və xalqın marağına səbəb olmuşdu. Aşiq Mustafa hicri qəməri 1290, şəmsi 1252-ci ildə Urmiyanın “Barənduz” kəndində vəfat etdi. Türk dilində şeirlər yazırdı. Bir neçə beyt:

Qadir allah budur səndən diləyim

Altmış min gülşənim, bağım olaydı.

Hay-hay deyib düşmən üstə gedəndə

Dalımca altmış min dəlim olaydı.
Altmış min oğlanım kəkili dəstə

Altmış min gəlinim dodağı püstə.

Altmış min toyuğum yumurta üstə

Ona görə ördək, qazım olaydı.
Altmış min naxırım, atlmış min quzum

Altmış min qoyunum, altmiş min quzum

Altmış min gəlinim, altmış min qızım

Altmış min incə bel yarım olaydı.
Mayıl Əfşar

Adı Mirzə Həsən, hicri qəməri 13-cü əsr şairlərindəndir ki, Şeyxüşşüəra ləqəbli və Mayıl təxəllüslü idi. O, Nəsrəddin şahın hökmdarlığı dövründə xarici işlər nazirliyində vəzifə sahibi idi və Lənge limanında yaşayırdı. Mayıl Lənge limanında narahat idi və dəfələrlə xahiş etmişdi ki, onun iş yerini dəyişsinlər, lakin xahişinə cavab olmamışdı. Bir gün iş yerini tərk etdi və Tehrana getdi, onu qiyamçı kimi tanıyıb, sözlərinə cavab verməyə hazır olmadılar. Çarəsiz qalaraq, əlinə qələm alıb, məsuliyyət daşıyanlara öz qara bəxtindən söyüş və nalayiq sözlər demiş və doğulduğu yer Urmiya yadına düşmüşdür. Mərhum Mayılın Tehranda rüzgarı kasıbçılçq və işsizliklə keçib. Onun türkcə şeirlərindən bir nümunə:



Bivəfa dilbər giriftari-cəfa eylər məni

Dəhrdə rüsvayi-xəlq və bivəfa eylər məni.

Gəh mənilə düşmən eylər yüz mükərrəm dostu,

Gah min biganə ilə aşina eylər məni.

Mühit

Adı Hacı Mirzəli Əsgər, Hacı Mirzəli Sədrəzakirinin övladı idi. O, Mühit təxəllüsünü götürmüşdü və şəmsi 1251 hicri-qəməri 1289-cu ildə Urmiyada anadan olmuşdu. Olduqca şirin söhbət idi,ərəb və fars dillərində şeir deyirdi. Əsrinin əksər şairləri və nüfuzlu adamları ilə dost idi və onlarla əlaqəsi vardı.

Mühit ərəb və fars ədəbiyyatında ustad və kifayət qədər dərin məlumata malik idi.Mömin idi və dini adət-ənənələri və mərasimləri yerinə yetirərkən ən kiçik qüsura belə yol verməzdi və bəzən fəsad və yaramazlıqlarla kəskin mübarizə edirdi.Mühitin türkcə şeirlərindən bir nümunə:

Bu şəhərdə var bir neçə biman köpək oğlu.

Zahirdə bəşər,batini şeytan köpək oğlu.

Olsaydı əgər kərb və bəla içrə verərdi,

Yetmiş iki nahəqq qana fərman köpək oğlu.

İnsaf deyil söyləmə Mərvan o xəbisə,

Etməz o edən işləri Mərvan köpək oğlu.

Bir ayə Quran oxusa can verir amma,

Yüz səhfə cəridə oxur asan köpək oğlu.

Gahi başına görk qoyar, gah əmmamə,

Axırda qoyar şapqa o biman köpək oğlu.

Məscid qabağın istəyir dükan edə yəni,

Allah qabağında aça dükan köpək oğlu.

Məxfi Əşyar

Adı Mirzə Əsədulla, Məhəmməd Cəfərin övladı hicri-qəməri 1231, şəmsi 1253-cü ildə Urmiyada anadan olmuşdur. İbtidai təhsilini zəmanəsinin müəllimlər divanxanasında almış və sonra mütaliə sayəsində şeir və ədəbiyyatda dərin biliyə yiyələnmişdir. Məxfi Mirzəli Əsgər Mühit, Mir Cəlal Sabir, Hacı Abbas Məhzun və bir neçə başqa şairlərlə səmimi dost olmuşdur və çox vaxtlar birlikdə yığıncaq və görüşlər keçirirdilər. O, Həzrət Hüseyni ziyarət etmək üçün Kərbəlaya səfər etmiş və qayıtdıqdan sonra tənhalığa çəkilərək tərkdünya olmuşdur. Məxfi şəmsi1333-cü ildə vəfat etmişdir. Divanının nüsxəsi oğlu Hacı Firuzda vardır. Onun türkcə şeirlərindən bir nümunə:



Səndən sənəma etməm giley mən,

Etsəm düşərəm dildən dilə mən.

Sənsiz iki gün tab etməz idim,

Nə növ dözüm ildən-ilə mən.

Sən get gecələr əğyarlə yat,

Qoy sübh eyləyim min ahlə mən.

Az qaldı sənin dərdindən olam,

Divanələrə sərselselə mən.

Dəryayi-qəmun qərq etdi məni,

Müşküldi yetəm bir sahilə mən.

Barı-qəmini dayim çəkərəm,

Bəlkə yetişəm bər mənzilə mən.

Neşati Əfşar

Adı Məhəmməd Hüseyn, təxəllüsü Neşatidir ki, Urmiyanın əfşar tayfalarındandır və Urmiyada anadan olmuşdur. Peşəsi misgərlik və mis alveri idi. O, şair idi, ahəngli təbə malik idi və yaxşı şeirlər deyirdi. Qəzəl, məsnəvi və qəsidədən geniş biliyi və məlumatı vardı. Türk və fars dilində, azəri ləhcəsində şeir deyirdi və Sədiyə çox marağı olub.

Məhəmməd Hüseyn Neşati hicri qəməri 1337- şəmsi 1297-ci ildəki ümumi qiyamda kədərli vəziyyətdə həyatla vidalaşdı. Onun şeirləri çap olunmayıb və toplanmayıb və pərakəndə vərəqlərdən ibarətdir. Neşatinin azəri ləhcəsində bir qəzəli:

Ey müstəqim əlif kimi can içrə qaməti.

Bər cilvə qili-qiyamlə göstər qiyaməti.

Bərpa edər qiyaməti baği-baheşt ara,

Tuba görə bu qaməti,bu eşteqaməti.

Cari edər o nəxli-məlahət əyağınə,

Giryan gözüm bulağı, sereşk nədaməti.

Can nəzrdur pəyaminə cananın, ey səba,

Ver müjdeyi-rəsaləti al bu ğəraməti.

Müştaqəm el məlamətinə, çün əzəl güni,

Nuş etmişəm reza ilə zəhri-məlaməti.

Adsız Urmiya

Adı Əli Şərif Delenyidir ki, şeirdə Adsız təxəllüsünü götürmüşdür. O, şəmsi 1334, hicri-qəməri 1375-ci ildə anadan olmuş və orta təhsilini Urmiyada almışdır. Sonra Tehranda universitetə daxil olmuş və təhsillə məşğul olmuşdur və hal-hazırda peşəsi vardır.

Adsız 16 yaşından şeir yazır, bir neçə cild şeir dəftəri vardır ki, çap etdirmək istəyir. O, satirik şeirlərdə də özünü göstərmişdir və bu qəbildən olan şeirlərdə təxəllüsü (Bacadan baxan) və ya (Mirzaqdır)

Adsızın şeirləri çox vaxt “Varlıq” məcəlləsində və “Turuğe-azadi”qəzetində çap olunur.Onun şeirlərindən bir nümunə:



Divaneye-puləm mən zəncir, eləyin zəncir.

Bimare-çek vəsəftə, tədbir eləyin tədbir.

Əmlaki-varım hədsiz, banklarda varım milyon.

Tülkü kimi insanı, sərmayə edər çün şir.

Göydən mənə pul yağsa, nemətlərə qərq olsam,

Pul içrə boğulsam da, ölsəm demərəm bəsdir.

Bir ömür kələkbazlıq etdım ki,qazandım mən,

Fikr etmə ki,mən müftə, oldum belə bir tacir.

Lazımdı bu dünyada həm pulsuz və həm pullu,

Qayda belədir qardaş, olma belə çox delgir.

Puldan sonra bir ayrı söz anlamaram hərgiz,

Qoy eyləsin ariflər: hər yerdə məni təkfir.

Tənha Urmiya

Adı Əbdülhüseyn Şirpəncə Rezayidir ki, şeirdə Tənha təxəllüsünü götürüb. O, şəmsi 1325 (1365)-ci ildə Urmiyada anadan olmuşdur.

Tənhanın şeir və ədəbiyyata çox marağı vardır. O, ibtidai təhsilini Urmiyada almış və sonra təhsili tərk etmişdir və tikintidə nəqqaşlıq peşəsi ilə məşğul olmuşdur. Tənha 10 yaşında ikən şeir deyir və kitab mütaliəsinə maraq göstərir. İndiyə qədər “Yaşil yarpaq” və “Həyat nəğmələri” adlı iki cilddə şeirlər divanı çap etdirmişdir. Onun bir rübaisi:

İstər mənə fərzanə de, istər də dəli.

İstər məni cəbri tanı, ya mötəzəli.

Bir əl gəlir ixtiyarımı əldən alır,

Hər göz ki, görər, görünməz o gizlin əli.
Şadlıq tükənib cahanda, qəm qurtulacaq.

Var-yox nə ki, vardı biş və kəm qurtulacaq.

Zalım yetəcək cahanda öz keyfərinə,

Məzlum da çatıb həqqə, setəm qurtulacaq.
Aşiq odu, göydə ulduzu-mahi görə.

Yerdə sinələrdə ucalan ahi görə.

Allah eşidəndə, canına rəşə düşə

Yarpaqda, ağacda, daşda Allahi görə.

Tilim Xanlı Urmiya

Tilim Xanlının adı Həmid Əhmədzadədir ki, şeirdə Tilim təxəllüsünü götürüb. Şəmsi 1332-ci ildə Urmiyada yoxsul və kasıb bir ailədə doğulmuşdur. Ailəsi o, 5 yaşında ikən Təbrizə getmiş və orada yaşamışlar. Tilim ibtidai məktəbin 5-ci sinifinə qədər dərs oxumuşdu. Maliyyə imkanı olmadığından təhsilini davam etdirə bilmədi və şəmsi 1347-ci ildə “Məhde-azadiye-Təbris” qazetində işə qəbul olunaraq, mətbəə işlərilə məşğul oldu. Tilimin şeirə çox marağı vardır. Onun şeirlərindən bir nümunə:



Qalx yenə keçmiş təki,

Həqqini al, Təbrizim.

Zülmü kökündən qazıb,

Lərzəyə sal, Təbrizim.
Günlərini birbə-bir,

Yad eləyir övladım.

Sən əbədi bir ocaq,

Dünyada qal, Təbrizim.
Baxma ki, düşmən baxır,

İndi də var xor sənə.

Bir uca baş sən kimi,

Yoxdu misal, Təbrizim.
Sən gətiribsən bu gün

Ellərə azadlığı.

Qurtuluşun marşını

Dur yenə çal, Təbrizim.
Şeyx Məhəmməd hanı?

Bəs niyə nitq eyləmir?

Olmuya düşmən onu

Eylədi lal, Təbrizim.

Cəfəri Urmiya

Adı Beytulla olan Cəfəri ki, şeirdə Cəfəri təxəllüsünü götürüb, Lur Balacuq kəndində bir kəndli ailəsində anadan olmuşdur.

Cəfəri təhsil üçün şəhərə getmiş və təhsillə məşğul olmuşdur, təbiət sahəsində təhsil almışdır və sonradan təhsilini davam etdirmək üçün Tehrana getmiş və tərcümə məktəbində ərəb dili sahəsində yüksək diplom almışdır.

Cəfərinin epik şeirlərə marağı vardır və çox vaxt bu janrda şeirlər yazır.”Qan bayramı” adlı divanı Tehranda nəşr edilmiş və hal-hazırda on mindən artıq şeirləri vardır ki, çap olunacaqdır. Onun şeirlərindən bir nümunə:



Allah-allah çağırır ta ki, sümük, qan, ətimiz

Allahın rəhmətinə bağlıdı heysiyyətimiz.

Heç qələt eyliyə bilməz nə qədər şeytan ola.

Çün böyük şeytanı heyrətdə qoyub qeyrətimiz.

Hamı millət götürüb əsləhəsin oldu bəsic,

Şərq və qərbi edəcək fəth bizim millətimiz.

Kargər ölkədə çün bağladı himmət kəmərin,

Bundan artıq rüşt edəcək sənətimiz.

Dirilik birlik iləndir, budu hər fəthə dəlil,

Hər nəmiz hiç zad olar, olmasa gər vəhdətimiz.

Cəngi heç vəqt unudub keçmə ki, rəhbər buyurub:

Bağlıdır cəngə bu gündə şərəf və izzətimiz.

Biz Hüseyn aşiqiyik din və şərəf məftunu,

Qandı meydanda bizim zivərimiz, zinyətimiz.

Haməd

Adı Mirzəli Musəvi Makuyi.Mir Həmidin övladıdır ki, şəmsi 1308-ci ildə Makuda anadan olmuş, 9-cu sinifə qədər təhsil almış və mədəniyyət idarəsində xidmət etmiş, sonradan orta təhsil diplomu da almışdır. Mirzəli şeirdə Haməd təxəllüsünü götürür, türkcə və farsca şeir yazır.

1356-cı ildə təqaüdə çıxmış və hal-hazırda şeir divanlarının mütaliəsi ilə məşğuldur. Ondan bir şeir nümunəsi:

Yarəb, fəraq dərdini cananə kim desin.

Döndü bu qüssədən ürəyim qanə, kim desin.

Zülmət sərayi qəmdə, pərişana kim desin.

Əhvalımı o zülfi-pərişana kim desin.

Pərvanə tək fəraq odu yandırdı canımı,

O sərv boylu, şəmi-şəbestanə kim desin.

Vüsalə çatmağa yoxdur məcali-ömr,

Bu qissə qorxuram yetə payanə, kim desin.

Çoxdandı mən də qıssə və dərd aşinəsiyəm

(Vurğuna) ya bu dərdi (Süleymanə) kim desin.

Könlümdə var görüş eləyim qəbri (Vahidi),

Bu həsrəti o piri-soxəndanə kim desin.

(Haməd) xəzani-hicrə yetişdi, bahari-ömr,

Döndü xəzanimiz dəzamestanə, kim desin.

Şami Urmiya

Adı Mahmud Sadeqpur, şeirdə Şami təxəllüsünü götürmüşdü. Şəmsi 1327-ci ildə Urmiyanın Bəkəşlu mahalının Barcuq kəndində bir kəndli ailəsində anadan olmuşdur. Onun şeir və musiqiyə çox marağı vardır və bəzi vaxtlarda şeirləri radio və televizya ilə oxunur. Şami Sabir, Fizuli və Möcüzə çox maraq göstərir və şeirlərində onlardan ilham alır.Ondan bir şeir nümunəsi:



Hər yerindən duran şair olmaz,

Şairin fikrində zərafət gərək.

Təbi coşqun ola, baxışı dərin,

Sözündə gül kimi lətafət gərək.

Böyük ruhu ola, incə xəyalı,

Yazdığı şeirində tərabət gərək.

Sözləri seçilmiş, kəlmələr təmiz,

Bütün işlərində əsalət gərək.

Şairlik sənətin oxuyub bilə,

Gördüyü işində məharət gərək.

Sevə ölkəsini, sevə elini,

Yurduna etməyə xəyanət gərək.

(Şami)nin sözləri hamı məclisdə-

Hər zaman oluna qiraət gərək.

Fərhəngi

Adı Mirzə Həsən, müdrik insan və qiraət əhli idi, fars və ərəb ədəbiyyatından kifayət qədər məlumatı var idi, Urmiya məktəblərində tədrislə məşğul idi,fürsət düşəndə türkcə və farsca şeir yazırdı. Onun türkcə qəzəlindən bir nümunə:



Məstanə gözün gözlər, sərməstəm və divanə,

İçməm dəxi mey billah, çəkməm qəmi-peymanə.

Mey nəşəsi bir dəmdur, ondan sonra min qəmdur,

Bu nəşə dəmadəmdur, ey gözləri məstanə.

Könlüm quşu ey dilbər, hər şam və səhər titrər,

Pərvanədu pərvanə, dönməz qəmi-hicranə.

Yüz min deli-biçarə, aşüftədi avarə,

Bir şanə əgər vursan, bu zülfi-pərişanə.

Əhd eyləmişəm ey can, kim istəmərəm rizvan,

Bir ləhzə qədəm qoysan,bu külbeyi-əhzanə.

Ey aşiqi-divanə, çox sevilmə əfsanə

Can verməyə cananə, pərvanə də mərdanə.

Məryəm Cahangiri

Hüseyn xan Bəylərbəyinin qızıdır ki, hicr-qəməri 1335 şəmsi 1295-ci ildə Urmiyada anadan olmuş və təhsilini bu şəhərdə tamamlayaraq, mədəniyyət idarəsində və daha sonra kənd təsərrüfatı bangında xidmət etmişdir. O, şəmsi 1331-ci ilin şəhrivər ayında qəflətən yatağa düşmüş və bədəninin yarısı iflic olmuşdur və yeddi gün bihuş halında qaldıqdan sonra 1331-ci ilin şəhrivər ayının yeddinci günü dünyasını dəyişmişdir.

Məryəmin şeir dəftəri itmişdir və yalnız şeirlərinin bir qismi qardaşında qalmışdır ki, sonradan kiçik kitab şəkilində ətraflı şərh əlavəsilə (Bayade-Məryəm) adı ilə çap olunub. Musiqini də bilirdi və məlahətli səsi vardı, mehriban, vəfalı və səmimi xanım idi. Onun şeirlərindən bir nümunə:

Gəl dolaşmaginan ol zülfi-pərişanə könül.

Səbr elə döz bu qaranlıq şəbi-hicranə könül.

Baxma nakəs kimi dilbərimin çöhrəsin,

Yanma pərvanə kimi atəşi-hicranə könül.

Olma namərd və məhəbbət eləmə naəhlə,

Bağlamaz aqil olan ülfəti nadanə könül.

Vətən eşqində gərək əl çəkəsən canından,

Çün səməndər yanasan atəşi-suzanə könül.

Firqətə bais olandan alaram qani qisas,

And olsun o gözəl pərçomi-İranə könül.

Fars dilindən çevirəni:

Afət Rüstəmova.

Nəhcül-bəlağə Ayətullahül-üzma

Seyyid Əli Xamneyinin baxışlarında

Seyyid Əliəkbər Ocaqnejad
Allahın adı ilə

Nəhcül-bəlağə əzəmətli və bənzərsiz insanın bəşəriyyətə bəxş etdiyi əzəmətli və bənzərsiz bir kitabdır. Bu nəfis və dəniz tək dərin kitab İslam aləmində Qurandan sonra ən mötəbər və sanballı elmi mənbədir. Kitabın içindəkilər kainatın ən şərəfli şəxsiyyəti Həzrət Məhəmməd Müstəfadan (s) sonra İslam dünyasında ən şərəfli insan olan Həzrət Əli bin Əbu-Talibə (ə) məxsusdur. Nəhcül-bəlağə hicri-qəməri tarixinin dördüncü əsrində məşhur alim mərhum Seyyid Rəzi tərəfindən toplanmışdır. Əllamə Seyyid Rəzi bu kitabı toplamaq üçün iyirmi il çalışıb. Nəhayət o, yüzlərlə kitabı araşdırdıqdan və keçmişdə yazılmış pərakəndə əsərləri topladıqdan sonra hicri-qəməri tarixinin 400-cü ilində bu dəyərli və nurani əsəri 241 xütbə, 79 məktub və 480 qısa kəlam olmaqla "Nəhcül-bəlağə" adı ilə elm, təfəkkür və mərifət aləminə təqdim etdi. Nəhcül-bəlağənin toplanması tarixindən keçən 1000 il ərzində böyük alimlər, məşhur xətiblər, bacarıqlı yazıçılar və çoxlu mütəfəkkirlər bu əsər barəsində gözəl sözlər deyib və ya dəyərli mətləblər yazıblar. Bu sözlər və mətləblər pərakəndə halda müxtəlif kitablarda, bəzən də məcmuə şəklində oxucuların və maraqlananların ixtiyarındadır.

Lakin mən bu dəyərli və əzəmətli kitabı, yəni Nəhcül-bəlağəni və onun əsl müəllifini, yəni İmam Əlini (ə) möhtərəm fəqih və arif, bacarıqlı yazıçı və xətib, tanınmış din alimi və müfəssiri Həzrət Ayətullahül-üzma Hacı Seyyid Əli Xamneyinin baxışlarında araşdırıb əziz oxucuların hüzuruna təqdim etmək istədim.

Həzrət Ayətullahül-üzma Xamneyi Nəhcül-bəlağə haqqında dəyərli fikirlər və kəlamlar buyurmuşdur. Aşağıda onların bəzilərinə işarə edirik:

Nəhcül-bəlağə həyatın keşməkeşlərindən, həqiqətlərindən və hər hansı bir cəmiyyətdə baş verə biləcək mümkün problemlərdən uzaq olub İslam maarifini bəyan edən bir alimin kəlamları deyil. Əksinə, bu əsərdə qeyd olunanlar böyük bir cəmiyyətin məsuliyyətini öz çiyinlərində daşıyan, dini yaxşı bilən, İslam və Quran maarifinə bələd olan, mərifət dolu geniş bir qəlb və böyük ruhla, ən yüksək məsul məqamda insanlarla ünsiyyətdə olan, onlarla söhbət edən və suallarına cavab verən bir insanın kəlamlarıdır. Budur Nəhcül-bəlağənin əsl mövqeyi.4

Nəhcül-bəlağənin üzərinə bir nur və şüa düşməlidir ki, siz şiələr və Əli (ə) tərəfdarları onun əsl mahiyyətini başa düşəsiniz.

Qəlblərinizi Quranın və Nəhcül-bəlağənin yalnız adı ilə şad etməyin. Bəzi insanlar öz fikirlərini bizə təlqin etməməlidirlər. Qərb mədəniyyətinin təsiri altına düşmüş insanlar bu bəşəri, ictimai, tarixi və incəsənət əsərinə diqqət yetirmək əvəzinə, başqalarının yazdıqlarına və dediklərinə uyurlar.

Əgər biz azacıq Nəhcül-bəlağə ilə tanış olsaq və yolumuzu bu kitaba tərəf salsaq, daxildə olan kiçik düşmənlərimizin və daima pusquda duraraq qəflətimizdən yararlanan böyük düşmənlərimizin sui-istifadə yolları bağlanacaq.5

Pak insanlar (məsum imamlar) özlərinin məqbul hesab etmədikləri hakimiyyət və hərc-mərclik dövrlərində yaşayırdılar. Onlar cəmiyyətin və hakimiyyətin problemlərini bir hakim və məsul şəxs kimi bəyan edə bilmirdilər. Lakin əmirəl-möminin Əli (ə) cəmiyyətin ən yüksək məsul şəxsi və bir İslami hakim kimi danışırdı. Nəhcül-bəlağənin çox hissəsi İmam Əlinin (ə) öz hakimiyyəti dövründə buyurduğu bəyanat, xütbə və kəlamlarından ibarətdir. Lakin burada bəzi kəlamlar vardır ki, o həzrət onları hakimiyyətdə olmadığı vaxtlarda buyurub.6

Nəhcül-bəlağə Məhəmmədin (s) vəhyinə iman gətirən ilk möminin və Peyğəmbər (s) xəlifəsinin kəlamlarıdır. Bütün müsəlmanlar bu xəlifənin xəlifəliyini qəbul edirlər. Nəhcül-bəlağə elə bir insanın kəlamlarıdır ki, bütün şiələr və bəzi sünnilər onu ən şərəfli və ləyaqətli səhabə hesab edirlər. Bu əzəmətdə bir insanın çıxışlarının, xütbələrinin, məktublarının və kəlamlarının olduğu kimi qalması İslam maarifindən orijinal və əzəmətli bir mətnin bizə gəlib çatması deməkdir.

Biz içərisində əxlaq, zahidlik, irfan, imamət, siyasət və ictimaiyyət haqqında dəyərli kəlamlar olan bu kitabda İslamın hərtərəfli və kamil etiqad əsaslarını tapa bilərik.7

Nəhcül-bəlağə hər bir müsəlmana və İslam cəmiyyətinə lazım olan dinin ən əsas və mühüm prinsiplərini özündə birləşdirən məcmuədir. Burada həmin prinsiplər barəsində bir söz, bir kəlam, bir işarə, bir bəhs və ya tövsiyə vardır. Nəhcül-bəlağədə tövhid, İslam əqidələri və üsuliddindən tutmuş əxlaq, pərhizkarlıq, nəfsi paklıq, idarəetmə siyasəti, böyük ictimai fəaliyyətlərin və ailə münasibətlərinin tənzimlənməsi, müharibə, siyasət, hikmət və elm məsələlərinə qədər hər şey haqqında məlumat vardır.8


Əlinin (ə) simasının Nəhcül-bəlağədə təsviri

Nəhcül-bəlağənin digər dəyərli və əhəmiyyətli cəhətlərindən biri də onun Həzrət Əlinin (ə) simasını və xüsusiyyətlərini təsvir etməsidir. Doğrudan da bizim indi buna çox ehtiyacımız var.

Tanınmış şəxsiyyət, uca insan və kamil müsəlman nümunəsi olan Əmirəl-möminin Əli (ə) – elə bir şəxsiyyət ki, İslam dini bütün insanların onun kimi olmalarını istəyir – Nəhcül-bəlağənin vərəqlərində və sətirlərində tam şəkildə tanıdılır.

Nəhcül-bəlağə əslində Əli bin Əbu-Talibi (ə) tanıdan kitabdır. Mərifətin sirli və cəzbedici üfüqlərinə qalxmayan və müxtəlif idrak vadilərinə girməyən bir insan bütün bunları belə gözəl və cəzbedici tərzdə vəsf və bəyan edə bilərmi?

Nəhcül-bəlağədə yüksək insani şəxsiyyətə xas olan bütün keyfiyyətlər mövcuddur. Bu kitabda kamil bir insan təcəssüm olunur və həmin kamil insan Əmirəl-möminin Əlinin (ə) özüdür. Bu məsələ yalnız Əlinin (ə) xüsusiyyətlərinin tanıdılması cəhətindən deyil, həm də İslamın tanıdılması və İslam dininin necə insan yetişdirmək istəyi baxımından, çox əhəmiyyətlidir.

Bu gün müasir insan bizdən soruşur: haqqında danışdığınız və onun bütün dünya xalqları üçün göndərilmiş bir din olduğunu iddia etdiyiniz İslam necə insan yetişdirmək istəyir? Bu sualın cavabında Əli bin Əbu-Talibdən (ə) daha əfzəl, daha yaxşı, daha gözəl və kamil bir insan göstərmək olarmı? İmam Əlinin (ə) siması Nəhcül-bəlağədəki kimi başqa heç bir yerdə aşkar olmur.9

Əslində Nəhcül-bəlağə əmirəl-möminin şəxsiyyətini bütünlüklə tanıtdıran bir kitabdır. Yəni Əli (ə) özü canlı Nəhcül-bəlagədir və bu əmirəl-mömininin (ə) digər xüsusiyyətlərindən biridir. Əli (ə) öz dediklərinə əməl edir və həyatını özü istədiyi kimi idarə edir.

İmam Əlinin (ə) şəxsiyyəti Nəhcül-bəlağənin və Quranın kəlmə-kəlmə, sətir-sətir izahıdır. Buna görə də siz Nəhcül-bəlağəni oxuyanda həm Əlinin (ə) həyat tarixini, həm də İslamı öyrənirsiniz.10


Quran və Nəhcül-bəlağə

Əgər Nəhcül-bəlağəni Quranın yanında qərar versək, sözsüz onun davamı sayılacaq. Çünki biz İslam mətnləri arasında bu həddə mötəbər, qədim və hərtərəfli bir kitaba rast gəlmirik. Buna görə də Nəhcül-bəlağəni diriltmək təkcə biz şiələrin deyil, həm də bütün müsəlmanların vəzifəsidir. Belə ki, müsəlman olan və Əli bin Əbu-Talibi (ə) tanıyan hər şəxs (çünki İslam aləmində onu tanımayan bir kəs tapılmaz) bənzərsiz İslam mirasını diriltmək istədikdə Nəhcül-bəlağəni önə salmalıdır. Bu diriltmə təkcə çoxlu sayda Nəhcül-bəlağə kitabını çap etdirmək mənasında deyil, həm də bu kitabda yazılanlara əməl etmək və bu zəmində araşdırma aparmaq deməkdir.

Quran haqqında çoxlu təfsirlər, şərhlər və araşdırmalar olduğu kimi, Nəhcül-bəlağə də müxtəlif cəhətlərdən araşdırılmalıdır. Quran oxunduğu kimi Nəhcül-bəlağə də oxunmalıdır. Ona görə ki, bu kitab Quranın davamıdır. Müsəlmanlar daim Quranla ünsiyyətdə olmaq istədikləri və Quranı bilməməyi özləri üçün eyb hesab etdikləri kimi, Nəhcül-bəlağə ilə də ünsiyyətdə olmaq lazımdır və onu bilməmək eyb sayılmalıdır.11
Nəhcül-bəlağənin İslam dünyasında rolu

Müsəlmanların sayının çox, İslam dünyasının geniş coğrafi əraziyə malik olduğu, müxtəlif əqidələrin və məktəblərin müsəlmanların təfəkkür və ruhlarına hakim kəsildiyi indiki dövrdə əgər biz ilk İslam mənbələrini yenidən dirildə bilsək, bu müxtəliflik üçün bir mehvər və mərkəz təyin etməyə kömək etmiş olarıq.

Nəhcül-bəlağəyə bu baxımdan nəzər salaq. Bu kitab hicrətdən əlli, altmış, yüz və ya 140 il sonra yaşamış filan səhabənin və ya tabeinin hədis kitabı ilə müqayisə edilə bilməz.12

Nəhcül-bəlağə yalnız bizim ölkəyə məxsus deyil, o həm də bütün müsəlman dünyasınındır. İslam dünyası da bu gün İslamın yenidən oyanışına çatmaqdadır.13

Bu gün İslam ölkələrində olan bəzi İslam iddiaçıları dinimizin ən aşkar və aydın həqiqətlərinə göz yumurlar. Bu gün şüarların vahid, lakin yönəlmələrin şiddətli dərəcədə bir-birindən fərqləndiyi o gündür. Bu günün şəraiti Əmirəl-möminin (ə) dövrünün şəraitidir. Deməli dövran, Nəhcül-bəlağə dövranıdır. Bu gün İmam əlinin (ə) dəqiq və cəlbedici baxışı ilə dünyanın və cəmiyyətlərin həqiqətlərinə nəzər salsaq, çoxlu həqiqətləri görmək, tanımaq və mövcud xəstəliklərə çarə tapmaq olar. Elə buna görə də zənnimcə biz həmişəkindən daha çox Nəhcül-bəlağəyə möhtacıq.14
Nəhcül-bəlağə dərdlərə dərmandır

Biz bu gün Həzrət Əlinin (ə) dövrünə bənzər bir dövrdə yaşayırıq. Bizi həm dünyapərəstlik, həm də təkəbbürlük və ayrıseçkilik kimi xəstəliklər təhdid edir. Digər tərəfdən ictimai problemlər və tufanlar da hədələyir. Buna görə də biz bu xəstəlikləri sağaltmaq üçün Nəhcül-bəlağəyə həmişəkindən daha çox möhtacıq. Mən kimsənin bu baxışla Nəhcül-bəlağəni araşdırmasını müşahidə etməmişəm. İndi siz Nəhcül-bəlağə aynasından dünyamıza baxın və görün hazırki vəziyyətinizdən onda nəyi görürsünüz? Hansı xəstəliyi, hansı təhlükəlini görürsünüz? Bizə nə kimi xəbərdarlıq ünvanlanıb? Bilin ki, bütün bunların dərmanı Nəhcül-bəlağədədir.

Bu gün tədqiqatçılar Nəhcül-bəlağəni bu cəhətdən araşdırmalı və təfsir etməlidirlər.

Nümunə üçün İmam Əlinin (ə) müalicə etmək istədiyi o dövrün bir neçə xəstəliklərinə işarə edirik.

Bu xəstəliklərdən biri dünya məsələsidir. Nəhcül-bəlağədə dünya, dünyapərəstlik, dünyaya aldanmaq və dünya təhlükələri haqqında xəbərdarlıqlar kifayət qədər çoxdur. Nəhcül-bəlağənin mühüm bir hissəsi də zöhd haqqındadır.15

Biz əlində və ya otağının taxçasında təcrübəli həkimdən kamil bir nüsxəsi olan, lakin heç vaxt həmin nüsxəyə əməl etməyən və daim xəstəlikdən əziyyət çəkən bir insana bənzəyirik. Uzun əsrlər Nəhcül-bəlağə aramızda idi, lakin ona əməl etmir, maariflərindən bəhrələnmir, fərdi və ictimai xəstəliklərimizi müalicə etmirdik. Bu Nəhcül-bəlağə ilə tanış olan hər bir kəsin təəssüf edəcəyi bir həqiqətdir.16

İmam Əlinin (ə) Nəhcül-bəlağədə "Qasiə" adında çox əhəmiyyətli, məzmunlu və heyranedici bir xütbəsi vardır. Bu xütbənin ən mühüm özəlliklərindən biri burada təkəbbürlüyün məzəmmət edilməsidir. İmam Əli (ə) bu xütbədə peyğəmbərlər haqqında danışarkən buyurur:

"Lakin sübhan Allah peyğəmbərləri təkəbbürlülük və öyünməkdən çəkindirərək, onların təvazökarlıq etmələrini bəyənib. Beləliklə onlar üzlərini yerə qoyub sifətlərərini torpağa sürtdülər (son dərəcə təvazökar olduqlarını bildirir)...".

Sonra buyurur: " Və öz qanadlarını möminlər və Allaha ibadət edənlər üçün aşağı saldılar ("xəfz cinah"17 edirdilər)." Peyğəmbərlər möminlərlə bu cür rəftar etdiklərinə görə möminlər daima onların ətrafına toplaşardılar. Lakin peyğəmbərlər və ya möminlər məzlum idilər (hər iki mənada bizim məqsədimizi ifadə edir: ya peyğəmbərlərin özü məzlum idi ya da möminlər. Peyğəmbərlər onların arasında idilər və qarşılarında bu cür təvazökarlıq göstərirdilər, onlar məzlum insanlar idilər). Buna görə də peyğəmbərlərə irad tutur və deyirdilər ki, peyğəmbərlərin ətrafına alçaq və cəmiyyətin aşağı dərəcəli insanları toplaşır.

Əmirəl-möminin (ə) Nəhcül-bəlağədə buyurur: Peyğəmbərlər möminlərin qarşısında təvazökarlıq edirdilər və bu möminlər məzlum insanlar idilər. Peyğəmbərlər cəmiyyətin çox hissəsini təşkil edən adi insanlarla ünsiyyətdə olurdular".18

Nəhcül-bəlağədə dəfələrlə təkrar olunan digər mövzulardan biri də "təkəbbürlük"dür. "Qasiə" xütbəsinin əsas prinsipini də bu mövzu təşkil edir. Əlbəttə, mövzu yalnız "Qasiə" xütbəsinə aid deyil, Nəhcül-bəlağənin çox yerində buna rast gəlinir. "Təkəbbürlük", yəni insanın özünü başqalarından üstün tutması. Bu bəla İslamın və İslamın siyasi quruluşunun yolunu azdırdı, xilafəti sultanlğa çevirdi və ümumiyyətlə, İslam Peyğəmbərinin (s) zəhmətlərinin nəticələrini müəyyən zaman ərzində aradan apardı. Elə buna görə də Əmirəl-möminin Nəhcül-bəlağədə bu məsələyə böyük əhəmiyyət verir.19
Nəhcül-bəlağədə vəhdət

İmam Əli (ə) öz xütbələrində keçmiş xalqların xöşbəxtliyini, izzət və şərəfini onların pərakəndəlikdən və ayrıseçkilikdən uzaq, dostluq və vəhdət şəraitində yaşamalarında bilirdi. O insanları birliyə, vəhdətə, dostluğa və mehribanlığa dəvət edirdi. İmam Əli (ə) insanların bir-birinə qarşı olan kin-küdurətini, dava-dalaşını, bədxahlığını, arxa çevirmələrini və həmkarlıq etməmələrini onların süqutunun səbəbi kimi izah edir.

İmam Əli (ə) Nəhcül-bəlağədə cəmiyyətin rəhbərini vəhdətin əsası hesab edirdi. Buna görə də o həzrət öz dövrünün müsəlmanlarına təkidlə buyururdu ki, vəhdətin əsası rəhbər və imamdır.

Elə bu əsasə görə idi ki, Rəsuli-Əkrəm (s) dövründə müsəlmanlar izzətə və şərəfə nail oldular, lakin Həzrət Əlinin (ə) hakimiyyəti dövründə insanlar rəhbərə, yəni vəhdətin mehvərinə etinasızlıq etməklə təfriqəyə düşdülər, o zamandan etibarən İslam dünyası zəifləməyə başladı və əsrlərlə özünə gələ bilmədi. Bu gün qarşılıqlı anlaşma və birlik bir vəzifədir. Bu həqiqəti Nəhcül-bəlağədə aparılan bir elmi-etiqadi araşdırma bizə göstərir. Biz gözümüzü bağlayıb Nəhcül-bəlağənin açıq-aydın həqiqətlərinə göz yuma bilmərik.20

Bu gün müsəlmanların izzəti və başıucalığı üçün vəhdət və həmrəylik vacib, təfriqə isə zərərlidir. Əli (ə) Nəhcül-bəlağədə buyurub: keçmiş dövrlərdə hansı cəmiyyətdə vəhdət, birlik və həmrəylik vardısa, həmin cəmiyyətdə izzət, böyüklük, qüdrət, şərafət də var idi. Hər yerdə ki, qəlblər və yollar bir-birindən uzaq idi, insanlar arasında vəhdət yox idi, insanların həyatı pisləşir, onların izzəti zillətə çevrilirdi. Onlar inkişaf etmək əvəzinə günü-gündən zəifləyir və geriləyirdilər.21

Bu konfransda maraqlı məqalələr oxundu və dəyərli fikirlər səsləndi. Lakin Nəhcül-bəlağənin, xüsusən də onun əsl müəllifi olan Həzrət İmam Əlinin (ə) haqqı bu çıxışlar və kəlmələrlə (hərçənd hər biri öz yerində elmi, sənədli və məntiqli məqalələr və fikirlərdir) əda oluna bilməz. Ümid edirəm biz ki, və bütün İslam xalqları İslam mətnləri ilə, xüsusən də Quran və Nəhcül-bəlağə ilə daha çox və yaxından tanış olaq və hər bir yerdə, hər işdə və hər zaman İslamın iyini və rəngini onlardan hiss edək. Bu konfransın təşkilində zəhmət çəkənlər, iştirakçılar və çıxış edənlər üçün böyük Allahdan müvəffəqiyyətlər arzu edirəm.


Рущуллащ ял-Мусяви Хомейни дцнйа мцтяфяккирляри вя

сийасятчиляринин бахышларында

Рювшян Фятишоьлу

Орта ясрлярин ъянэавярлик рущунун мадди символу олан гылынъ ерасы баша чатды. Йени тарих бяшяр ювладынын гцрур рущунун сянэимяси иля мцшайият олунса да, идраки эцъцн мадди символуну - нцвя бумуну йаратды. Лакин тарихин бу ъящди дя баш тутмады. Дцнйа гопур, вахт тялясирди. Гоъа тарих ону мяняви-яхлаги чиркинликлярдян вя мцгяддяс рущун буланышлыьындан хилас едиб щидайят едя биляъяк бир кясин интизарында иди.

Дцнйанын сону олмадыьындан инсанлар ону щялялик юз араларында ахтарырдылар.

Бяшяриййят ону хилас едя биляъяк дащи ахтарышында икян, дцнйа сивилизасийасынын шащяншащ бешийи олан Иранда Щцсейн Ъавидин дили иля десяк, инсанлар

Кясся щяр кяс тюкцлян ган изини,

Гуртаран дащи одур йер цзцнц! фялсяфясини бюйцк наращатлыг вя мясулиййят щисси иля идрак едиб дцшцндцкляри заман ХХ ясрин алтернативи олмайан сийаси вя дини нящянэи эюрцнмяйя башлады.

Ким иди бу дащи – бюйцк Ъавидин идеалы?

Бу киши тякъя ХХ яср Ислам дцнйасынын дейил, ейни заманда щагсевяр, ядалят вя щцманизм дцшцнъяли бцтцн инсанларын шяхсиййятиня щюрмят етдийи вя бяшяр дцшцнъясинин ян бюйцк лидер дцщаларындан олан Айятуллащ Хомейни (р) иди.

Имам Хомейни йени яср Иран тарихиндя дини демократийаны динин юз идеоложи платформасы ясасында игтидара эятирмякля дцнйада алтернативи олмайан щакимиййят структуру йаратды. Дювлят щакимиййятинин Ислам инкишаф йолу принсип етибариля дцзэцн инкишаф стартеэийасы иди. Ингилабын идеоложи юзцлц сийаси идаряетмядя "мещдичилик", сосиал-игтисади планда ися Гуранын иряли сцрдцйц инкишаф вя идаряетмя консепсийасына сюйкянирди.

Ислам идарячилийи о демяк иди ки, али сийаси щакимиййят рущанилярин сялащиййятляри чярчивясиндя щяйата кечирилир, ъямиййятдя ися йалныз илащи ганунлар ишляйир. Иътимаи щяйатын бцтцн сащяляриндя Ислам ещкамлары вя илащи щуманизм ганунлары реал сийаси эцъя чеврилмякля Иран ъямиййятинин щяртяряфли инкишафынын динамикасы тямин едилмяли иди.

Дини демократийа щакимиййятинин бяргярар олдуьу ъямиййятдя синифляр - щаким вя мящкумлар йохдур, йяни принсип етибариля щакимиййят вя мцлкиййят илащи ганунлар васитясиля щяйата кечирилир: щюкм Аллащын щюкмцдцр, мцлк Аллаща мяхсусдур.

Ислам иъмасынын бирлийи вя вящдяти принсипи Гурани-Кяримин: "Щамылыгла Аллащын ипиндян бярк-бярк йапышын вя бир-бириниздян айрылмайын" щюкмундя тясбит олунмушдур.

Мящз бу гябилдян олан чаьырышлар ясасында формалашан топлумда игтисадиййатын базис принсипляри ишляниб щялл олунмалыдыр.

Ислам цмуми рифащ вя сосиал тяминат мясялялярини ня сосиализмдя, ня дя капитализмдя олдуьу кими щялл етмир. Щяр бир фярдин вя цмумян ъямиййятин зярури тялябатына илащи ядалят принсипляри нюгтейи-нязяриндян йанашылыр. Щязрят Яли (я) "Нящъцл-бялаья"дя буну беля изащ едир: "Аллащ касыб тябягянин рузисини зянэинлярин вар-дювлятиндя йарадыб". Бу о демякдир ки, Аллащын сяхавят вя мярщямяти инсанлар арасында бир-бириня мцнасибятдя адекват ъавабландырылмалыдыр.

Ъямиййятдя йашайыб онун ишляриндян кянарда галмаг олмаз. Зянэинляр касыб тябягянин кюнцллц щимайячиляри олмалыдырлар. Бурада дювлятин щяйата кечирдийи дцзэцн вя ядалятли верэи сийасяти дя истисна дейил вя мцщцм игтисади ящямиййят кясб едир.

Рущуллащ ял-Мусяви Хомейнинин (р) дащилийи вя дини-сийаси лидер кими бянзярсизлийи ондадыр ки, о, Ислам щакимиййяти, дини-демократийа цсул-идарясини сечмякля тарихдя илк дяфя олараг инсаны лайиг олдуьу ъямиййятя гайтарды вя щямин ъямиййятин цстгурумуну йарадараг, ону щям мянявиййатча касыб Гярбя, щям дя сыхынтылар ичярисиндя йашайан Шяргя тягдим етди.

Имам Хомейнинин (р) сийаси хадим кими бюйцклцйц щям дя онда иди ки, сяляфляринин гылынъла эюрдцкляри иши о, дцшцнъя иля эюрдц вя сцбут етди ки, Ислам эцълц сийаси платформа, мцкяммял вя ардыъыл идеолоэийадыр.

Хомейни (р) Иранын ян йени тарихиндя, цмумиййятля эютцрцлдцкдя ися цмумдцнйа тарихиндя илк дяфя идеолоэийасы Ислам дини олан мцсялман иъмасынын иътимаи-сийаси фяаллыьыны тяшкил етди, рущаниляри ингилабын щярякятвериъи гцввясиня чевирди.

Ислам ингилабынын инкишаф темпиндян, сонракы мярщялялярдя газандыьы щяртяряфли наилиййятлярдян йазмаг кичик бир мягалядя имкан хариъиндядир.

Лакин щягигят ондан ибарятдир ки, бу эцн Иран Ислам Республикасы инкишаф етмякдя олан юлкяляр арасында ян лайигли йерлярдян бирини тутур. Щазыркы наилиййятляря эюря, Иран ъямиййяти вя дювляти юз мцдрик вя узагэюрян лидери гаршысында щямин инкишаф вя наилиййятляри горумаг нюгтейи-нязяриндян мясулдур.

Охуъулара тягдим олунан бу арашдырмада ясас мягсядимиз ъащаншцмцл хидмятляри фонунда дцнйа иътимаиййятинин Имамын феноменал шяхсиййяти щаггындакы фикир вя дцшцнъялярини тящлил етмякдир.

Беляликля, ИИР вя онун гуруъусу Айятуллащ Хомейни (р) щаггында дцнйа яфкари-цмумиййясини шярти олараг беш група бюлмяк олар:

1. Имам Хомейни дцнйанын сийаси вя дювлят хадимляринин эюзц иля.

2. Имам Хомейни дцнйа алимляринин эюзц иля

3. Имам Хомейни дин хадимляринин эюзц иля.

4. Имам Хомейни дцнйа шющрятли шаир вя йазычыларын эюзц иля.

5. Имам Хомейни дцнйа мятбуатынын эюзц иля.

"Аллащын дястяйи бизя йетяр, чцнки о ян эюзял вякилдир" (Г-К)

Ислам ингилабынын лидери Аллащдан эялян дястяйя, Мящяммядин (с) щюкмляриня вя Имам Заманын (я) байрагдарлыьына архаланмагла али мягсяд вя мярамларына наил олурду. О, Мещдичилик консепсийасыны йаратмышды. Бу дини-сийаси доктрина онун кяламларында да юз яксини тапмышдыр.

"Нур сящифяси" рисалясинин 21-ъи ъилдинин 108-ъи сящифясиндя йазырды: "Бизим ингилабымыз Иранла мящдудлашмыр. Иран халгынын ингилабы Щязрят Щюъъятин (рущумуз она фяда олсун) байрагдарлыьы иля Ислам дцнйасынын бюйцк ингилабынын башланьыъ нюгтясидир. Аллащ-Тяала бу барядя бцтцн мцсялманлара вя бяшяриййятя хябярдарлыг едяъяк вя онун гуртулушуна щазыркы ясрдя гярар веряъяк".

Имам Хомейни (р) дцнйа иътимаи фикриндя шяхсийятиня вя дини-сийаси фяалиййятиня хас щансы хцсусиййятляри иля якс-сяда доьурмушдур?

Щязрят Яли (я)-ын кяламынын ишыьында бу мясяляйя айдынлыг эятирмяйя чалышаг.

Яли (я) юйрядирди: "Ряйляри бир-бириня чырпын ки, онлардан щягигят гыьылъымы чыхсын".

Цмуммилли лидеримиз, дцнйа шющрятли сийаси хадим, мярщум президентимиз Щейдяр Ялийев "Мцстягиллийимиз ябядидир" чохчилдлийиндя (В китаб, сящ. 324-326) ИИР-ын йарадыъысы Имам Хомейнинин рящбярлийи алтында баш вермиш Иран Ислам Ингилабынын Иран халгы цчцн бюйцк сямяряляр эятирдийини, нятиъяляр вердийини билдирир.

Бюйцк юндяр ики дост вя гардаш юлкя арасындакы мцнасибятлярин сийаси сялнамясини цмумиляшдирир вя бизя юйрядирди: «Бизи Иранла баьлы щяр шей марагландырыр – онун щям гядим мядяниййяти, тарихи абидяляри, бюйцк ядяби, мядяни ирси вя бизим бир-бириня бянзяйян, йахуд ейни олан адят вя яняняляримиз марагландырыр. Бундан ялавя, Иранда азярбайъанлылар да йашайыш. Онлар Иранын вятяндашларыдыр, онун халгынын бир щиссясидир, ейни заманда азярбайъанлы кими бизим сойдашларымыздыр, биз дя онларын сойдашларыйыг. Бунлар щамысы юлкяляримизин бир-бириня даим дост, гардаш олмасынын ясасыны йарадыбдыр вя бизим дя боръумуз бунлары инкишаф етдирмякдян ибарятдир».

Имам Хомейнинин сийаси вариси ИИР-ын индики дини-сийаси рящбяри Айятуллащ Яли Хаменейинин Щязрят Имам барясиндя дедикляри олдугъа орижинал сяслянир: «Ингилаб вя Имам Хомейни (р) ики айрылмаз тязащцрлярдир. О бюйцк рящбяр шяхсиййяти танымадан Ислам ингилабынын тящлили мцмкцн дейил. О еля бюйцк бир шяхсиййят иди ки, дцнйа вя тарихин дащиляри вя рящбярляри арасында пейьямбярляр вя мясум ювлийалардан (я) савайы бу кейфиййятляр вя хцсусиййятляря малик кимися тясяввцр етмяк чох чятиндир».

Али рящбярин бахышларында Имамын симасы олдугъа дягиг ачыгланмышдыр. Нятиъя етибариля, Имамын пейьямбярляр вя мясум имамлардан ашаьы, диэяр бяшяр ювладларынын фювгцндя олмасы фикри щягигятя там уйьун шякилдя ифадя едилмишдир.

Йухарыдакы игтибасы йцксяк политоложи усталыгла тамамлайан ашаьыдакы сюзляр зярэяр дягиглийи иля йери-йериндя ишлядилмишдир: "Айятуллащ Хомейни (р) доьрудан да щаглы олараг бцтцн мцсялман цммятинин имамыдыр. Имам щямин яманяти Яли (я)-дан ирс олараг алмышдыр. Мян о ягидядяйям ки, бу эцн Ислам дцнйасында щямин ада лайиг олан йеэаня инсан Хомейнидир. Чцнки о, мцасир Ислам дцнйасынын бцтцн рящбярляринин цзцндян алчаглыг, зялалят вя мискинлик нишанялярини силиб йох етмишдир. Айятуллащ Хомейни Щязрят Яли (я)-ын ъанлы тяъяссцмцдцр".

Бунлар ади сюзляр дейилди, ади адамлар тяряфиндян дя дейилмямишди. Бу сюзлярин мцяллифи Ялъязаирин сабиг президенти Ящмяд Бен Белла иди.

Инэилтярянин сабиг баш назири, дцнйада дямир леди кими танынан Маргарет Тетчер йазырды: "Биз гярблиляр 1980-ъы иллярдя Совет Иттифагынын щярби-техники гцдрятиндян вя сцни пейкляриндян горхмурдуг. Чцнки яэяр Шярг блоку щярби силащларла, даьыдыъы вя виранедиъи васитялярля силащланмышдыса, биз дя модерн силащларла силащланмышдыг. Биз Иранда йалныз Исламын ингилаби дцшцнъя тярзиндян горхурдуг".

Мяшщур франсыз щярби сяркярдяси вя дювлят хадими Напалеон Бонапарт дейирди: "Ики шей дцнйада щюкм едяр: гылынъ вя дцшцнъя. Гылынъ да яввял-ахыр дцшцнъяйя мяьлуб олар".

Имам Хомейни (р) эцълц идеолоэийайа сащиб дцшцнъя адамы иди. О, тарихдя илк дяфя олараг дини сийасятля бирляшдиряряк дини демократийа щакимиййятини йаратды.

Гярб дипломатийасынын Ислам дцшцнъя тярзи гаршысындакы наращатлыьы бу эцн дя сянэимяк билмир. Аллащын дястяйи вя хейир-дуасы иля гурулмуш дювлятя гаршы дцнйанын шяр мяркязляринин яли бу эцн дя тятикдядир. Шяргя гаршы дцнйанын империалист эцъляринин апардыглары давакар дипломатийанын ясас сябяби М.Тетчерин гейд етдийи кими, бир тяряфдян реал эцъя малик Ислам щягигятляридирся, диэяр тяряфдян демографик факторлардыр десяк, бурайа Исламын иллик, щятта эцндялик бой артымыны, о ъцмлядян дцнйа енержи ещтийатларынын шяргин тябии инщисарларында олдуьуну да ялавя етсяк, еля билирям ки, мясяляйя там айдынлыг эятирмиш оларыг.

Даща ики иътимаи-сийаси вя дювлят хадиминин дя фикирлярини бюлцшмяйи мягсядяуйьун щесаб едирик.

Пакистан Республикасынын кечмиш президенти Гулам Исщак хан бцтцн Ислам дцнйасынын имама борълу олдуьуну гейд едир: "Чцнки о, Исламы дирчялтди".

Кечмиш ССРИ президенти Михаил Горбачов Имам Хомейнини "заманындан даща цстцн дцшцнян вя мякан мигйасына сыьмайан" шяхсиййят адландырырды.

Имам Хомейни юзцнцн щягиги гиймятини дцнйанын елми иътимаиййятиндян дя лайигинъя алмышдыр.

Лондон Университетинин бейнялхалг щцгуг цзря мцтяхяссиси Фрейд Щалейди Иран щаггында йаздыьы китабда гейд едир ки, "Ислам ингилабы тарихин ян бюйцк ингилабыдыр вя щамымыз билирик ки, бу бюйцк иш Имам Хомейни (р) шяхсиййятинин мющтяшямлийи сайясиндя баш верди. Онун гцдрятли вя щаким ялляри бу бюйцк инсан дальаларыны щяйяъан вя тялатцмя эятирди".

Эюркямли франсыз алими вя сосиологу Мишел Фоукаут йазыр: "Мян гябул едирям ки, ХВЫЫЫ ясрдян сонра баш вермиш щяр бир иътимаи дяйишиклик мцасирляшмя зямининдя олмушдур. Амма Имам Хомейнинин рящбярлийи иля гялябя чалмыш Иран ингилабы йеэаня щярякатдыр ки, мцасирляшмя гаршысында дайанмышдыр".

Яъняби алимин гянаятляриндя бюйцк щягигят вардыр. Доьрудан да Имам няинки Иранын эерчяк щяйатында, щятта чохясрлик сийаси дцшцнъядя дя чеврилиш етди. Нятиъядя дцнйа мцасирлийи тамамиля башга дяйярлярдя ахтармаьа башлады.

Авропалы алим, Алманийанын Бремен Университетинин Исламы йениъя гябул етмиш профессору Йавес Усвес Имамын бейнялхалг нцфузуна ишаря едяряк билдирмишдир: "Имам Хомейни ясримиздя бцтцн монотеистляри ойандырды. Мящз о вя Ислам ингилабынын достлары мадди дяйярляр щакимиййятинин, мадди дяйярлярин вя мянявиййата зидд дцшцнъялярин бяшяр ъямиййятини бцрцдцйц бир дюврдя дин вя мянявиййатын дирчялишиня шяраит йаратдылар".

Франса Ислам Тядгигат Мяркязинин директору юз бяйанатында демишдир: "Имам Хомейни (р) он дюрд ясри юз ямялляриндя йекунлашдырды. Биз чох хошбяхтик ки, бу дюврдя йашайырыг, санки Мящяммяд пейьямбярин (с) ясриндя йашайырыг".

Алим даща сонра дейир: "Дцнйа дяйишмя щалындадыр. Гярбин дяйишмяси нятиъясиндя дцнйа дяйярляри тядриъля арадан галхаъаг вя Ислам бцтцн дцнйада юзцнц бариз шякилдя эюстярмякдядир".

Афстрийалы профессор Ленсер "Ящли-бейт" мяктябинин йетирмяси олан Имамын ХХ яср тарихиндя тутдуьу мювгейи гысаъа беля шярщ едир: «Ислам ингилабынын рящбяри инсанын Аллаща йахынлашмасында йени бир дюврцн башланьыъыны гойду вя инсанларын щимайядарлыьы иля ХХ яср тарихиндя мцщцм дюнцш нюгтяси олан Ислам ингилабыны галибиййятя чатдырды".

Дцнйа шющрятли алимляринин Имам Хомейни (р) щаггында дедиклярини Шяргин мяшщур философу, Имамын юз саьлыьында йцксяк гиймятляндирдийи шящид Айятуллащ Мцтящщяринин ингилабын рящбяри щаггында йаздыьы ашаьыдакы сюзлярля йекунлашдырырыг.

Ислам философу йазыр: "Имам щязрятляри бизим бюйцк устадымыз, эюзцмцзцн нуру иди. Онда дюрд хцсусиййят эюрдцм:

- Мягсядиня чатмаг цчцн бюйцк инам;

- Юз сюзцня дярин инам;

- Аллаща мцтляг инам;

- Тутдуьу йола сядагят вя инам.

Айятуллащцл-цзма ял-Мусяви Хомейни (р) эюркямли дин хадими кими дцнйа динлярини тямсил едян щямкарларынын дцшцнъяляриндя даща айдын эюрцнмякдядир. Беля ки, бязи христиан теолог вя аналитикляри, мясялян, инэилис Робин Вуд Ъоръ Имамы мцасир Мясищ, йахуд Иса Ибн Мярйямин (я) мющкям вя халис шцасы адландырыр.

Йухарыда ады чякилян австрийалы дин алими профессор Мящяммяд Ленсер гейд едир ки, "Имам Хомейнинин (р) Ислам ингилабы няинки Авропада Исламын йени тясвирини тягдим етди, щятта гейри мцсялманларын да дини щяйатыны дяйишдирди. Башга сюзля десяк, бу эцн Авропада да диндар олмаг артыг йени дяйяр вя мяна кясб етмишдир".

Ъянуби Африка мцсялманларынын дини рящбяри Абдуллащ Дидат Хомейнини (р) беля сяъиййяляндирир: "Имам Хомейни йалныз сиз иранлылара мяхсус дейилдир. Ъянуби Африка йохсуллары Имамын адыны ешидяндя гялбляри щяйяъанла титряйир. Гой дцнйа билсин ки, Имам Хомейни дцнйа йохсулларынын цмидидир".

Бинясиб вя мязлумларын хиласкар щесаб етдикляри Имамын эцъц тякъя онун нцфузу иля мящдудлашмайыб, даща чох тямсил етдийи динин, ягидянин ясасларына баьлы иди. Щязрят Имам бу щягигяти етираф едир вя дейирди: "Мян бу ингилабда вя баш верян щадисялярдя Аллащын ялини айдынъа щисс едирям".

Имамын бу вя йа диэяр ишыглы фикирляринин ъыьырлары иля аддымлайан эюркямли алим, дин вя мядяниййят хадими Сеййид Ялиякбяр Оъагнежад йазыр: "Имам Хомейни (р) она эюря бяшяриййятин вя Ислам тарихинин нящянэ сималарындандыр ки, о щязрят бюйцк Аллащын гцдрят вя язямятини цзяриндя эяздирян бир инам эцъц иля 53 иллик Пящляви режимини йерля-йексан етмишдир. О, Аллащ-тяаланын мющтяшям рущу вя Гурани-Шярифин язямят сачан гцдряти иля дцнйайа щюкм едян империйа эцъляриня мейдан охумуш, Иран халгларыны щцрриййятя говушдурмуш, истибдад режиминин хярабяляри цзяриндя мющтяшям сивилизасийалы Иран Ислам дювляти парлада билмишдир".

Имам Хомейнинин (р) тямсил еитдийи мцгяддяс миссийа дцнйа шющрятли шаир вя йазычыларын да нязяр-диггятиндян кянарда галмамышдыр.

Инэилис йазычысы Рубен Варс Карлсон Имамын шяхси кейфиййятляри, мющкям ягидяси вя мювгейи иля баьлы йазырды: "Имам Хомейни гцдрятли вя мяьлубедилмяз иди. Мян онунла эюрцш заманы бир анын ичиндя ингилабын бцтцн тяканвериъи сябяблярини, шащын деврилмяси тарихини, шящидлик щикмятини вя Исламын кечмиш мядяниййятини онда эюрдцм. О еля бир мядяниййятдир ки, Гярби юз тясири алтына алмышдыр".

Испан йазычысы Антонио Мидрано: "Бяшяриййят инди дя онун мяняви ингилабынын тясири алтындадыр".

Франсыз йазычысы Гаруди Гярбин Имама мцнасибятиндяки щягигяти беля ачыр: "Иран Ислам ингилабы инсан вя ъямиййят тякамцлцнцн йени бир нцмунясини нцмайиш етдирмишдир ки, бу цлэц миллятлярин рущи ирси иля уйьун эялир вя бу да Гярбин онунла дцшмянчилийинин ясас сябябидир. Хомейни иранлыларын щяйатына йени бир мяна бяхш етмишдир".

Эюркямли рус йазычысы Дмитри Жуков Имам Хомейнинин кечмиш ССРИ президенти Горбачова йаздыьы фялсяфи мяктубгтдакы фикирляря мцнасибятини беля шярщ едир: "Яэяр бу эцн биз Гярбдян нцмуня эютцряряк щяйатымызы гярбсайаьы гуртармаьа чалышырыгса, Имам Хомейни 1989-ъу илдя Горбачова цнванладыьы мяктубда, щяля щеч кясин бу мясялялярдян хябяри олмайан вахт, узагэюрянликля йазмышды ки, сизин Гярбдян нцмуня эютцряъяйиниздян горхурам. Бу ися сизин башга бир сящвиниз олаъагдыр, амма инди арадан тяхминян 7-8 ил кечдикдян сонра эюрцрцк ки, щагг Имам иля имиш вя о, дцз дейирмиш".

Диэяр бир рус гялям устасы Николай Мишин ясярляринин бириндя эяляъяйя бюйцк инам ящвали-рущиййяси иля йазырды: "Шцбщя йохдур ки, Имам Хомейнинин (р) фялсяфи ирси рус вя Иран халглары арасында достлуг теллярини даща да мющкямляндиряъякдир. Хцсусян, буна эюря ки, иранлыларын вя славйанларын яъдады арийалы олубдур. Инди дя Русийада бир яхлаги ингилабын баш веряъяйи тамамиля щисс олунур вя биз чалышаъаьыг ки, юзцмцзцн йени ингилабымызда Имам Хомейнинин (р) фикир вя дцшцнъяляриндян илщам алаг".

Рущулла ял-Мусяви Хомейнинин (р) сийаси вя дини фяалиййяти бейнялхалг медиа мян­суб­ла­рынын фикир вя дцшцнъяляриндя даща айдын эюрцнмякдядир.

Мяшщур италйан журналисти Масимо Фини Италийанын «Ел-Ъорно» гязетиндя йазырды: «Ислам ингилабынын щягигяти вя Имам Хомейнинин (р) тяфяккцрц чох дяриндир вя Гярб дцнйасы ону дяриндян дярк етмякдя аъиздир».

Исламы дяриндян юйрянмяк истяйян Гярбин ъанфяшанлыьы щаггында Авропа мятбуаты, хцсусиля дя «Таймс» гязети йазырды: «Иранда шащын Хомейни (р) тяряфиндян кянар­лаш­дырыл­масындан сонра дин вя ингилабын дирчялиши просеси баш верди вя бцтцн дцнйаны эязиб долашды. 1357-ъи илин пайызында ися Гярб дцнйасы Иран ингилабына эюря Исламы бир даща кяшф етди…

Биз гярблиляр чох тез баша дцшдцк ки, «Аллащу якбяр» яряб дилиндя «Аллащ ян бюйцкдцр» мянасындадыр».

Бюйцк Британийанын сюзчцсц кими чыхыш едян «Лондон таймс» гязети Имама аид фикирлярини беля цмумиляшдирир: «Имам Хомейни (р) кцтляляри юз кяламы иля мяфтун едян бир шяхс иди. О, ади адамларын дилиндя данышырды, касыб вя мящрум тяряфдарларында юзцня инам щисси ашылайырды. Бу щиссляр онлара йолларынын цстцндя дайанан щяр кяси арадан эютцрмяйя имкан верирди. О, ъамаата эюстярди ки, щятта Америка кими дювлятин гаршысында да дайаныб горхмамаг олар».

Мювзу иля баьлы фикримизи тамамламаздан юнъя, Инэилтярянин «Обезрур» гязетинин политоложи нюгтейи-нязярдян чох гиймятли бир етирафыны охуъуларын нязяр-диггятиня чатдырмаг мараглы оларды. Гязет йазыр: «Гярб щеч вахт шащын ня цчцн сцгут етдийини вя бир рущанинин нийя юлкяни ингилаб вязиййятиня эятириб чыхара билдийини вя Исламын ясасларыны дирчялтмякля Гярби сартсытдыьыны дярк етмяди».

Сон олараг фикримизи алманийалы мцсялман профессор Йавес Усвесин мювзу иля баьлы шярщи иля йекунлашдырмаг истяйирик. Алим бюйцк узагэюрянликля вя там яминликля демишдир:

«Мян Гярб щюкумятляри ъямиййятиндя эюрдцйцм ашкар щягигятлярля Айятуллащ Яли Хаменейинин пейьямбяръясиня вердийи ишаря вя эюстяришляриндян алдыьым илщамлара ясасян там инанырам ки, щиърятин он дюрдцнъц ясри Имам Хомейни (р) вя Имам Хаменейи ясридир. Бу дащиляр йердя щакимиййяти Сащибяззамана (яъ) тящлил веряъякляр. Бундан сонра бцтцн ясрляр Пейьямбяр (с) Ящли-бейтинин адыны дашыйаъаг».

Сяфир Микеле Мембре щюкмдар Шащ Тящмасиб Сяфявинин сарайында


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin