42
42
Tikintidə tətbiq edilən təbii daş materialları iki əsas qrupa qrupa
bölmək olar:
1)
emal edilmədən birbaşa işlədilən daşlar;
2)
emal edildikdən sonra işlədilən daşlar.
Emal edilmədən birbaşa işlədilən təbii daş materiallar. Bu
qrupdan olan daşlara but daşı, çay daşı, çınqıl və qum daxildir.
But daşı müəyyən həndəsi forması olmayan daş olub, süxurların
partladılması yaxud zərbə alətləri ilə emalı zamanı alınır. Adətən, but
daşının istehsalında əhəngdaşından, dolomitdən, qumdaşından və
digər çöküntü süxurlarından, çox
az hallarda isə püskürülmüş
süxurlardan (məs., qranitdən) istifadə edilir. But daşının
ölçüsü
150
500 mm, kütləsi isə 20
40 kq olmalıdır.
Qalağa vurulmuş kobud kəsək formalı but daşının sıxlığı 1400
kq/m
3
, yastı formalı but daşınınkı isə 1700 kq/m
3
olur.
But daşı bünövrələrin, isidilməyən bina və istinad divarlarının,
su kəmərlərinin, hovuzların, kollektorların hörgülərində tətbiq olunur.
Hörgü üçün laylı çöküntü və metamorfik süxurlardan alınmış
yastı but daşı daha qiymətli material hesab edilir. Belə daş divarı cərgə
ilə hörməyə və bununla da məhlula qənaət etməyə imkan verir. Bu
halda hörgünün möhkəmliyi də artır.
Çay daşı. Ölçüləri 150
300 mm
olan hamarüzlü təbii daş ma-
terialıdır. Ondan yolları, həyətləri, yamacları
döşəmək və habelə
qırmadaş hazırlamaq üçün istifadə olunur. Bəzi yerlərdə çay daşını
hörgülərdə də tətbiq edirlər.
Çınqıl ölçüləri 5
70 mm olan hamar üzlü dənəli süxurdur.
Dənələrinin xətti ölçülərindən asılı olaraq, çınqılın aşağıdakı
fraksiyaları olur: 5
10, 10
20, 20
40 və 40
70 mm. Çınqılı açıq
üsulla, müxtəlif tipli ekskavatorların köməyi ilə çıxarırlar.
Qum dənələrinin ölçüləri 0,14
5 mm olan dənəvər süxurdur.
Onun çıxarılması çınqılda olduğu kimidir. Beton və inşaat məhlulu iş-
lərində qumdan geniş istifadə edilir. Mineral tərkibindən asılı
olaraq
kvars, çöl şpatı və karbonat qumları vardır. Şüşə sənayesində və eləcə
də silikat məmulatlarının istehsalında kvars qumlarından
daha geniş
istifadə edilir.
Dostları ilə paylaş: