37
37
Gips daşı gips yapışdırıcı maddələrin istehsalında
və daxili
üzlük tavaların hazırlanmasında istifadə edilir.
Anhidrit eyni adlı CaSO
4
mineralından ibarət süxurdur. Sıxlığı
2900
3000 kq/m
3
-dur. Gips daşından daha bərk olmasına görə
fərqlənir. Bərkliyi 3-dür. Ondan anhidrit yapışdırıcı maddələrin, xarici
görünüşcə naxışlı növlərindən isə üzlük tavalarının istehsalında
istifadə edirlər. Adətən, anhidrit gips daşı ilə bir yataqda olur.
Gəc tərkibi gips, gil və qumdan ibarət süxurdur. Inşaatda çiy və
yandırılmış halda (yapışdırıcı maddə kimi) işlədilir.
Azərbaycanda ən böyük gəc yataqları Gəncə şəhəri yaxınlığın-
dadır. Bundan başqa Qazaxda, Qarabağda, Naxçıvan Muxtar Respub-
likasında, Lənkəranda və respublikamızın digər rayonlarında gəc
yataqları vardır.
Allit süxurları. Bu süxurların tərkibi, başlıca olaraq, alüminium
oksidindən ibarətdir. Bunlara boksit və laterit aiddir.
Boksit. Tərkibi alüminium hidrooksidindən (diaspordan),
gilli
minerallardan və digər qatışıqlardan ibarətdir.
Rəngi tərkibindəki
dəmir hidrooksidinin miqdarından asılı olaraq qırmızı, boz, qəhvəyi,
yaşılımtıl-boz olur. Sıxlığı 2900
3000 kq/m
3
-dur.
Boksit alüminium istehsalı üçün əvəzedilməz xammaldır. On-
dan
süni abrazivlər, odadavamlı materiallar da istehsal edilir.
Alüminat sementinin istehsalında əsas xammal kimi boksitdən istifadə
edilir.
Laterit qələvi və turşu püskürülmüş süxurların tropik
iqlim şə-
raitində aşınmasından əmələ gəlmişdir. Tərkibi, əsasən, kaolinitdən,
dəmir hidrooksidlərindən və az miqdarda alüminium hidrooksidindən
ibarətdir. Qırmızı, boz yaxud sarı rəngdə olur. Laterit, bəzən qalıq
boksiti də adlanır. O, aşınmaya qarşı yüksək davamlı
olduğundan
inşaat daşı kimi istifadə olunur.
Orqanogen süxurlar
Bu süxurlar dəniz və şirin sularda
bitki və heyvan orqanizm-
lərinin həyat fəaliyyəti və onların məhvi nəticəsində əmələ gəlmişdir.
Orqanogen süxurlar iki qrupa bölünür: silisiumlu süxurlar və karbonat
süxurları.
Dostları ilə paylaş: