48
48
Gillər
Gilərlin təsnifatı. Su ilə qarışdırıldıqda plastik xəmir əmələ
gətirən, quruduqda öz formasını saxlayan,
bişirildikdə isə daş kimi
bərkiyən mexaniki çöküntülərə
gil deyilir. Gillər tərkibində çoxlu çöl
şpatı olan püskürülmüş süxurların aşınmasından əmələ gəlmişdir.
erallar gilə plastiklik verir.
Gilli mineralların xassələri onların kristallik qəfəsələrinin qu-
ruluşu ilə əlaqədardır.
Kaolinit sıx quruluşlu kristallik qəfəsəyə malik olduğundan o,
nəmlənmə zamanı özünə az su birləşdirir. Lakin quruma zamanı asan-
lıqla özündən su ayırır.
Montmorillonitin kristallik qəfəsəsi sıx deyildir (kaolinitə nisbə-
tən) və buna görə o, asanlıqla özünə çoxlu miqdarda su birləşdirir və
saxlayır. Montmorillonit gillər yüksək plastikliyinə və daha çox
şişməsinə görə
fərqlənir.
Illit (hidroslüda) mineralı xassələrinə görə kaolinit və montmo-
rillonit arasında orta mövqe tutur.
Gilin tərkibində kvars, karbonat, dəmir, sulfat və üzvi qatışıqlar,
həll olmuş duzlar və digər qatışıqlar olur.
Tərkibi, başlıca olaraq, kaolinitdən ibarət
olan daha təmiz gilə
kaolin deyilir. Kaolində xeyli miqdarda ölçüləri 0,01 mm-dən kiçik
hissəciklər olur və o, bişirildikdən sonra ağ rəngini saxlayır.
Keramik material və məmulatlar istehsalında işlədilən gilləri
şərti olaraq dörd qrupa bölmək olar: keramik (dulusçuluq), kərpic,
bentonit və odadavamlı gillər.
Keramik (dulusçuluq) gillər, başlıca olaraq, gilli minerallardan
(kaolinitdən, hidroslüdadan) və onların az və ya çox dərəcədə kvars,
çöl şpatı,
dəmir oksidləri, karbonatlar və digər qatışıqlar ilə qa-
rışığından ibarətdir. Belə gillərdən keramika sənayesində üzlük kərpic
və tavacıqların, boşluqlu blokların, kirəmitin, drenaj və kanalizasiya
borularının, döşəmə tavacıqlarının, terrakotanın, kaşının,
fayans və
çini məmulatların və s. materialların hazırlanmasında istifadə edilir.
Kərpic gilləri keramik gillərə nisbətən daha çox qarışıq, mineral
və dənəli tərkibinə görə dəyişkən olur. Onların tərkibi gilli mi-
nerallardan və xeyli miqdarda kvars, karbonatlar,
dəmir oksidləri və
digər qatışıqlardan ibarətdir. Bu gillərdən gil və yol kərpiclərinin,
49
49
divar bloklarının, kirəmitin, üzlük tavacıqların, yüngül keramik
doldurucuların (keramzit, aqloporit) istehsalında istifadə edilir.
Bentonit gillər vulkan tufu, külü və lavalarının kimyəvi parça-
lanma yolu ilə dəyişməsindən əmələ gəlmişdir. Bu gillərin tərkibi əsa-
sən, montmorillonit mineralından ibarətdir. Tərkibində 0,001 mm-
dən kiçik hissəciklərin miqdarı 85
90 %-ə çatır. Bentonit gillərdən
hidrotexniki və yeraltı tikintilərdə (hidroizolyasiya və kipləşdirici
material kimi), yolların və uçuş meydançalarının bərkidilməsində,
keramzit və aqloporitin istehsalında, eləcə
də keramika sənayesində
(plastifikator kimi) istifadə edilir.
Odadavamlı gillər əsasən, kaolinit mineralından ibarət olub, da-
ha təmizdir və tərkibində mexaniki qatışıqlar (kvars, çöl şpatı, slüda,
karbonatlar) azdır. Onlardan, başlıca olaraq, odadavamlı materialların
hazırlanmasında istifadə edilir. Belə gillərdən çini məmulat və digər
keramik materiallar da istehsal edilir.
Dostları ilə paylaş: