N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə38/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   104
N. M. A AB yli

Kimyəvi tərkibi. Gillər müxtəlif oksidlərdən və sudan iba-
rətdir. 
Alüminium oksidi (Al
2
O
3
) gilin mühim tərkib hissəsi olub, ke-
ramik material və məmulatların xassələrinə daha çox təsir göstərir. Bu 
oksidin miqdarı kərpic gillərində 10

15 %, odadavamlı gillərdə isə 
32

35 % olur. Al
2
O
3
daha çətin əriyən oksiddir. Onun miqdarı 
artdıqca gilin plastikliyi və odadavamlılığı, bişirilmiş məmulatın isə 
möhkəmliyi artır.
Gili əmələ gətirən əsas oksid silisium dörd oksiddir (SiO
2
). 
Onun miqdarı 55

65 %-dən 80

85 %-ə qədər dəyişir. 
Gildə dəmir oksidlərinin miqdarı 1 %-dən (ağ rəngli gillərdə) 8

10 %-
ə qədər (kərpic gillərində) olur. 
Gilin tərkibində kalsium və maqnezium oksidlərinin miqdarı 
2

3 % olur. Bəzi gillərdə CaO-in miqdarı 25 %-ə çatır. 
Gildə kalium və natrium oksidlərinin miqdarı 5

6 %-ə çatır və 
bu oksidlər faydalı hesab edilir. Belə ki, onlar keramik məmulatın 
bişirilmə temperaturunu aşağı salır və möhkəmliyini artırır.
Titan dörd oksidinin (TiO
2
) miqdarı 1,5 %-ə qədər olur. 
Su, gilin tərkibində sərbəst və kimyəvi bağlı halda olur. Kim-
yəvi bağlı su gil əmələ gətirən mineralların tərkibinə daxildir. Odur ki, 
gildə bu və ya digər mineralların olması ilə kimyəvi bağlı suyun 


50 
50 
miqdarını bilmək (hesablamaq) olur. Bu suyun miqdarına əsasən gilin 
quruma və bişirilmə qabiliyyəti müəyyən edilir. 
Dənəli tərkibi. Müxtəlif irilikli hmssəciklərdən ibarət olan gilin 
dənəli tərkibi həmin hissəciklərin miqdarı ilə xarakterizə edilir. Gilin 
tərkibindəki 0,005 mm-dən xırda ən kiçik hissəciklərə gil hissəcikləri
0,005

0,14 mm ölçülü iri hissəciklərə toz, 0,14

5 mm ölçülü daha iri 
hissəciklərə isə qum deyilir. Qeyd etmək lazımdır ki, toz 
hissəciklərindən fərqli olaraq gil hissəciklərini su ilə doydurduqda 
şişir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin