N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə28/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   104
N. M. A AB yli

Karbonat süxurları. Bu qrupdan olan süxurlara əhəngdaşı, 
mergel, əhəng tufu, dolomit və maqnezit daxildir. 
Əhəngdaşı əsas etibarı ilə kalsit (CaCO
3
) mineralından və gil, 
dolomit, kvars və s. qatışıqlardan ibarətdir. O, su hövzələrində yaşa-
mış heyvanat (zoogen) və bitki (fitogen) aləmi qalıqlarından, həmçinin 
kimyəvi çöküntülər hesabına əmələ gəlmişdir. 
Əhəngdaşının sıxlığı 1700

2600 kq/m
3
, sıxılmada möhkəmlik 
həddi isə 10

100 MPa-dır. Bərkliyi 3-dür. O, ağ və qatışığın rən-
gindən asılı olaraq sarımtıl-boz, qırmızımtıl- qonur və başqa rəng-
lərdə olur.  
Tikintidə əhəngdaşından müxtəlif məqsədlər üçün isti-
fadə edilir. Sıx əhəngdaşından müxtəlif təbii daş məmulatı: pilləkən 
pillələri, üzlük materiallar, memarlıq detalları, döşəmə tavaları və s. 
hazırlanır. Ondan but daşının hvzırlanmasında da istifadə edilir.
Məsaməli əhəngdaşından tikintidə, əsasən, divar materialı kimi 
işlədilir. Azərbaycan əhəngdaşı yataqları ilə olduqca zəngin bir 
ölkədir. Abşeronda, Ağdaşda, Tovuzda, Xanlarda, Naxçıvan Muxtar 
Respublikasında və s. rayonlarda əhəngdaşı yataqları vardır. 
Tikintidə əhəngdaşının daha bir növü olan mərmərəoxşar
əhəngdaşından istifadə edilir. 
Mərmərəoxşar əhəngdaşı  mərmər ilə əhəngdaşı arasında keçid 
süxuru olub, ona mikroskopla baxdıqda mərmər kütləsinin içərisində 
kalsit kristalları görünür. Onun sıxlığı 2300

2400 kq/m
3
, sıxılmada 
möhkəmlik həddi isə 90

150 MPa olur. Ağ və sarımtıl rəngdədir. Bu 
daşdan isidilməyən binaların divar hörgülərində, üzlük materialı kimi, 
but daşı halında və s. məqsədlər üçün istifadə edilir. 


36 
36 
Mergel 

əhəngdaşı ilə gilin təbii halda narın mexaniki qarışı-
ğıdır. Mergelin tərkibində CaCO
3
-ün miqdarı 25 %-dən 75 %-ə qədər 
olur. Ağ, açıq boz, yaşılımtıl, sarımtıl rəngdə olur. Portlandsementin 
istehsalı üçün qiymətli xammal hesab edilir.
Əhəng tufu yeraltı soyuq və qaynar sulardan CaCO
3
-ün çökməsi 
və sıxlaşması nəticəsində əmələ gəlmişdir. Adətən, əhəng tufu 
məsaməli, az möhkəmlikli və asan mişarlanan olur. Əhəng tufunun bir 
növü yeraltı qaynar sulardan CaCO
3
-ün çökməsindən əmələ gələn 
travertindir. Travertin xırda məsaməli quruluşlu, lakin xeyli möhkəm 
(80 MPa-a qədər) süxurdur. Naxçıvan Muxtar Respublikasında 
(Şahtaxtı) və Kəlbəcər rayonunda böyük travertin yataqları vardır. 
Ondan üzlük materialı kimi istifadə edilir.
Dolomit (CaCO
3

MgCO
3
) teksturasına görə əhəngdaşına oxşa-
yır. Tərkibi, başlıca olaraq, dolomit mineralından ibarətdir. Lakin 
tərkibində başqa qatışıqlar: gilli material, kvars, dəmir oksidləri və s. 
maddələr vardır. 
Dolomit əhəngdaşına nisbətən bir az ağır, bərk və möhkəm olur. 
Onun həqiqi sıxlığı 2200

2800 kq/m
3
, sıxılmada möhkəmlik həddi 
120

200 MPa, bərkliyi isə 3

4-dür. Aşınmaya qarşı çox davamlıdır. 
Rəngi ağ, yaşılımtıl-boz, boz və qırmızımtıl-boz olur. 
Dolomit inşaat daşı kimi beton üçün iri doldurucuların, oda-
davamlı materialların hazırlanmasında, habelə yapışdırıcı maddənin 
(kaustik 
dolomitin) 
istehsalında işlənir. Naxçıvan Muxtar 
Respublikasında dolomit yataqları vardır. 
Maqnezit (MgCO
3
) eyni adlı mineraldan ibarətdir. Bəzən maq-
nezitin tərkibində kalsium karbonat və dəmir-karbonat qarışıqları olur. 
Əhəngdaşı və dolomitə nisbətən az yayılmışdır. Ağ və sarımtıl-boz 
rəngdə
olur. Sıxlığı 2800

3000 kq/m
3
, bərkliyi isə 
3,5

4,5-dir. 
Maqnezitdən odadavamlı materialların və maqnezial yapışdırıcı 
maddənin (kaustik maqnezitin) istehsalında istifadə edilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin