N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə26/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   104
N. M. A AB yli

Vulkan qumu dənələrinin ölçüləri 5 mm-ə qədər olan lava his-
səcikləridir. 
Vulkan külü və qumundan yüngül betonda, habelə məhlullarda 
doldurucu kimi istifadə edilir. Onlardan, həmçinin mineral yapışdırıcı 
maddələr üçün aktiv mineral əlavələr hazırlanır. 
Pemza (süngər) məsaməli vulkanik şüşə olub, vulkan püskür-
mələri zamanı lavanın tez soyuması və qazların intensiv ayrılması 
nəticəsində əmələ gəlmişdir. Ağ yaxud boz rəngdə olur. Məsaməliliyi 
80 %-ə çatır. Sıxlığı 400

900 kq/m
3
-dur. Suda üzür. Sıxılmada möh-
kəmlik həddi 0,4

2,0 MPa-dır.
Pemzadan yüngül betonlar üçün doldurucular hazırlanır. O, ci-
lalayıcı material kimi də işlədilir. Bundan başqa narın üyüdülmüş 
pemza aktiv hidravlik əlavə kimi sementlərə və əhəngə qatılır. 
Tuf lavası. Vulkan püskürməsi zamanı maye lava kütləsinə 
çoxlu miqdarda vulkan külü və qumu qarışarsa, belə süxura tuf lavası  
deyilir. 
Vulkan tufu. Vulkan küllərinin sıxlaşması və sementləşməsi 
nəticəsində əmələ gəlmişdir. Çox sıxılmış vulkan tuflarının bir növü 


33 
33 
tras adlanan süxurdur. Azərbaycanda Tovuz rayonu ərazisində tras 
yatağı vardır. 
Vulkan tufundan (üyüdülmüş halda) aktiv hidravlik əlavə kimi 
istifadə edilir. 
§5. Çöküntü süxurları 
Yer qabığının 10 %-i çöküntü süxurlarının payına düşür. Müx-
təlif növ püskürülmüş süxurların parçalanmasından çöküntü süxurları 
meydana gəlir. 
Püskürülmüş süxurlar aşınma nəticəsində dağılır. Aşınmaya sə-
bəb olan əsas amillər isə su, külək və temperatur dəyişmələridir.
Fiziki proseslər nəticəsində iri daş parçalarından çaydaşı, on-
ların kiçik hissələrindən təbii qırmadaş, daha xırda hissələrindən isə 
qum, başlıca olaraq, kvars qumu əmələ gəlir. 
Aşınma, təkcə mexaniki təsirlərin nəticəsində deyil, həmçinin 
kimyəvi amillərin təsirindən də baş verir. Belə ki, çöl şpatları suyun və 
havada olan karbon qazının təsiri zamanı kaolinitə çevrilir: 
K
2
O

Al
2
O
3

6SiO
2
+ CO
2
+ nH
2
O = Al
2
O
3

2SiO
2

2H
2
O + K
2
CO
3

(ortoklaz) (kaolinit) (potaş) 
+ 4SiO
2

mH
2
O
(opal) 
Dağılma məhsullarının çökməsi və yığılması nəticəsində çökün-
tü süxurları əmələ gəlir. 
Əmələgəlmə şəraitindən asılı olaraq çöküntü süxurları üç növə 
bölünür: mexaniki çöküntülər, kimyəvi çöküntülər və orqanogen 
süxurlar.
Mexaniki çöküntülər 
Püskürülmüş və metamorfik süxurların aşınma məhsulları olan 
mexaniki çöküntülər iki növə bölünür: səpinti və sementləşmiş 
süxurlar. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin