28
28
Sulfatlar qrupu
Bu qrupdan olan minerallardan ən çox yayılanı
gips və anhid-
ritdir. Onlar çöküntü süxurlarının tərkibində olur.
Gips (CaSO
4
2H
2
O) kristal quruluşludur, bəzən xırda dənəli
olur. Rəngi ağdır. Tərkibində mexaniki qatışıqlar
olan gips göy, sarı
və ya qırmızı rəngdə olur. Bəzən şəffaf gipsə rast gəlmək də müm-
kündür. Həqiqi sıxlığı 2300 kq/m
3
, bərkliyi isə 1,5-dir. Gips suda nis-
bətən yaxşı (kalsitdən 75 dəfə çox) həll olur. Gipsdən gips yapışdırıcı
maddələrin, portlandsementin və digər yapışdırıcıların istehsalında
istifadə edilir.
Anhidrit (CaSO
4
) xarici görünüşcə gipsə oxşayır.
Rəngi ağ-
qırmızımtıl və ya göyümtül olur. Anhidrit laylar və damarlar şəklində
gips və ya daş duz ilə birlikdə təsadüf olunur.Suyun uzunmüddətli
təsiri zamanı anhidrit gips daşına keçərək həcmini 30%-ə qədər artırır.
Həqiqi sıxlığı 2800
3000 kq/m
3
, bərkliyi isə 3,5-dir. Anhidritdən ya-
pışdırıcı maddələrin istehsalında istifadə edilir.
Dostları ilə paylaş: