N. M. AĞABƏyli


§3. Süxur əmələgətirən minerallar



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə19/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   104
N. M. A AB yli

§3. Süxur əmələgətirən minerallar 


24 
24 
Dağ süxurlarının həcminin əsas hissəsini tutan minerallara 
süxur əmələgətirən minerallar deyilir.
Mineralların çox hissəsi bərk halda olub, əksəriyyəti kristal şək-
lindədir. Bir çox minerallar anizotropdur, yəni onların fiziki xassələri 
(qızdırıldıqda xətti genişlənməsi, optik xassələri və s.) müxtəlif 
istiqamətlərdə (kristalloqrafik oxlar boyu) müxtəlifdir. Kristal 
cisimlərdən fərqli olaraq, amorf cisimlər (məs., opal, trepel, şüşə və s.) 
izotropdur, yəni onların fiziki xassələri bütün istiqamətlərdə eynidir. 
Minerallar kimyəvi tərkiblərinə görə fərqlənir. Aşağıda əsas 
süxur əmələgətirən minerallar haqqında məlumat verilir. 
Kvars qrupu 
Yer qabığında (litosferada) ən çox yayılmış minerallardan biri 
silisium 4-oksididir (SiO
2
). O, sərbəst (kvars) və silikatlar (silisium 
oksidlə əsasi oksidlərin kimyəvi birləşmələri) halında olur. 
Kvars qrupuna daxil olan minerallardan kvars, xalsedon və opal 
daha geniş yayılmışdır. 
Kvars kristal silisium 4-oksiddir. O, ayrıca dağ süxuru halında 
(kvars qumu, şüşə, dağ billuru) yaxud poliminerallı dağ süxurlarının 
tərkibində olur. Kvarsın həqiqi sıxlığı 2650 kq/m
3
, bərkliyi isə 7-dir. 
O, sıxılmada yüksək möhkəmliyə (2000 MPa) malik olub, sürtülməyə 
də çox davamlıdır.
Kvars püskürülmüş və metamorfik süxurları əmələ gətirən əsas 
minerallardan biridir. 
Xalsedon kvarsın bir növü olub, lifli yaxud gizli kristallik quru-
luşlu mineraldır. Kimyəvi tərkibi silisium 4-oksiddir. Ağ, qonur, açıq 
sarı rəngdə olur. Həqiqi sıxlığı 2600 kq/m
3
,
bərkliyi isə 6-dır. Xal-
sedon bilavasitə opalın kristallaşma məhsuludur.
Opal 

amorf silisium 4-oksiddir. Kimyəvi tərkibi SiO
2

m

H
2
O-
dur. Onda suyun miqdarı 2

14 %, bəzən isə 34 %-ə çatır. 
Qızdırıldıqda suyun bir qismi itir. Opal çox vaxt rəngsiz yaxud 
ağımtıl-sarı rəngdə olur. O, tərkibindəki qarışıqların miqdarından asılı 
olaraq sarı, göy yaxud qara rəngdə ola bilər. 
Opalın həqiqi sıxlığı 1900

2500 kq/m
3
, bərkliyi isə 5

6-dır. 
Kvarsdan fərqli olaraq, opal əhənglə adi şəraitdə reaksiyaya girir. 
Xalsedon və opal çöküntü süxurlarının tərkibində olur. 


25 
25 
Alümosilikatlar qrupu 
Tərkibi silisium 4-oksiddən, alüminium oksidindən və digər 
oksidlərin kimyəvi birləşməsindən ibarət olan birləşmələrə alümosi-
likatlar  deyilir. Bu qrupdan olan minerallara çöl şpatları, slüdalar və 
gilli minerallar daxildir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin