N. M. AĞABƏyli


II FƏSIL  TƏBII DAŞ MATERIALLAR



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə18/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   104
N. M. A AB yli

II FƏSIL 
TƏBII DAŞ MATERIALLAR 


23 
23 
 §1. Ümumi məlumat 
Tikintidə təbii daş materialların geniş tətbiqi onların Yer üzə-
rində geniş yayılması, təbii ehtiyatlarının çox olması və inşaat key-
fiyyətlərinin (möhkəmliyinin, şaxtayadavamlılığının, uzunömürlülü-
yünün) yüksək olması ilə əlaqədardır. 
Dağ süxuru Yer qabığını (litosferanı) əmələ gətirən və tərkibi 
bir və ya bir neçə mineraldan ibarət olan mineral kütlədir. 
Mineral Yer qabığında kimyəvi və fiziki-kimyəvi proseslər nə-
ticəsində əmələ gələn, az və ya çox dərəcədə bircinsli tərkibə malik 
təbii kimyəvi birləşmədir. 
Litosfera Yer qabığının bərk hissəsinə deyilir. Litosferanı təşkil 
edən qranit, əhəngdaşı, mərmər və başqa süxurlar inşaatda ya təbii daş 
materiallar kimi, ya da müxtəlif süni inşaat materiallarının (əhəng, 
sement və s.) istehsalında istifadə edilir.
§2. Dağ süxurlarının təsnifatı və quruluş xüsusiyyətləri 
Təbii daş materialların xassələrinin ətraflı öyrənilməsində 
süxurların təsnifatının (siniflərə bölünməsinin) böyük əhəmiyyəti 
vardır. 
Dağ süxurlarını əmələ gəlməsinə görə üç qrupa bölürlər: püs-
kürülmüş (maqmatik), çöküntü və metamorfik (şəklini dəyişmiş). 
Inşaat materiallarının istehsalında işlədilən dağ süxurlarının 
keyfiyyəti onların mineral tərkibi, quruluşu və teksturası ilə xarak-
terizə olunur. 
Dağ süxurunun quruluşu kristalların (dənələrin) ölçüləri və for-
ması, habelə onların qarşılıqlı əlaqəsi ilə müəyyən edilir. Süxurlar 
aşağıdakı quruluşda olur: kristallik, porfir, dənəli, oolit (yumurtavarı), 
gizli-kristallik, balıqqulağılı və s. Eyni mineral tərkibli süxurlar 
müxtəlif quruluşda və bununla əlaqədar müxtəlif xassəli ola bilər. 
Məs., qranit və kvars porfiri eyni mineral tərkibə, lakin müxtəlif quru-
luşa malikdir və əksinə, müxtəlif tərkibli süxurlar eyni quruluşda ola 
bilər, məs., qranit, siyenit və diorit müxtəlif mineral tərkibdə, lakin 
eyni kristallik quruluşdadır. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin