N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə20/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   104
N. M. A AB yli

Çöl şpatları. Püskürülmüş süxurların Yer üzərində ən geniş ya-
yılmış minerallarındandır. Onların xarakterik xassələrindən biri laylara 
ayrılma qabiliyyətidir.
Laylara ayrılmış səthlərin əmələ gətirdiyi bucaqdan asılı olaraq, 
çöl şpatları ortoklaz və plagioklaza bölünür. 
Ortoklazda laylara ayrılma səthləri düz bucaq altında yerləşir 
(ortoklaz 
yunanca 
düzqopan 
deməkdir). 
Kimyəvi 
tərkibi 
K
2
O

Al
2
O
3

6SiO
2
olduğu üçün ona kaliumlu çöl şpatı  da deyilir. Or-
toklazın sıxlığı 2600 kq/m
3
, ərimə temperaturu isə 1450
0
S-dir. 
Plagioklazda laylara ayrılma səthləri çəp bucaq altında yer-
ləşmiş olur (yunanca çəpqopan deməkdir). O, kimyəvi tərkibindən 
asılı olaraq, albit yaxud natriumlu çöl şpatına (Na
2
O

Al
2
O
3

6SiO
2
) və 
anortit yaxud kalsiumlu çöl şpatına (CaO

Al
2
O
3

2SiO
2
) ayrılır. 
Albitin həqiqi sıxlığı 2600 kq/m
3
, ərimə temperaturu isə 
1100
0
S-dir. Anortitin sıxlığı və ərimə temperaturu isə müvafiq olaraq 
2600 kq/m
3
və 1550
0
S-dir. 
Çöl şpatlarının bərkliyi 6

6,5, sıxılmada möhkəmliyi isə 
120

170 MPa-dır. Kvarsa nisbətən çox asan aşınır. Çöl şpatlarından 
fayans məmulatı (fayans və üzlük keramik tavacıqlar, sanitar-texniki 
məmulatlar) istehsalında əridici material və şir (mina) kimi istifadə 
olunur. 
Slüdalar. Müxtəlif və mürəkkəb tərkibli sulu alümosilikatlardır. 
Dağ süxurlarının tərkibində iki növ slüda olur: biotit və muskovit.
Biotit sabit tərkibi olmayan dəmir-maqnezial slüdası qrupuna 
daxildir. Onun tərkibində maqnezium və dəmir oksidlərinin qatışığı 
olduğundan qeyri-şəffaf, tünd, bəzən isə qara rəngdədir. Aşınma 
prosesində biotit asanlıqla vermikulit və digər hidroslüdalara keçir. 
Biotit bir çox püskürülmüş süxurların tərkibində olur. Həqiqi sıxlığı 
2900

3200 kq/m
3
-dur.
Muskovit şəffaf, ağ, gümişi rəngdədir. Oda və kimyəvi təsirlərə 
davamlıdır. Yüksək elektrik-izolyasiya xassələrinə malikdir. 


26 
26 
Püskürülmüş və çöküntü süxurlarının tərkibində olur. Həqiqi sıxlığı 
2800

2900 kq/m
3
-dur.
Süxurların tərkibində slüdaların olması onların möhkəmliyini 
aşağı salır, cilalanmasını və pardaqlanmasını çətinləşdirir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin