34
34
Çay daşı ölçüləri 150 mm və daha çox olan dəyirmi formalı də-
nəvər süxurdur. Bu daşdan yolların, həyətlərin, yamacların, küçələrin
döşənməsində və habelə qırmadaşların hazırlanmasında istifadə edilir.
Çınqıl ölçüləri 5 mm-dən 150 mm-ə qədər olan hamar üzlü də-
nəvər süxurdur.O, betonların hazırlanmasında
iri doldurucu kimi
işlədilir.
Qum ölçüləri 0,14 mm-dən 5 mm-ə qədər olan dənəvər süxur-
dur. Inşaat məhlullarının və betonların hazırlanmasında, şüşə is-
tehsalında, əsasların, yol örtüklərinin düzəldilməsində və s.
bu kimi
məqsədlər üçün tikintidə qumdan geniş istifadə edilir.
Gilli süxurlar ən çox yayılmış çöküntü süxurları olub, tərkibi
0,01
0,001 mm və daha kiçik ölçülü hissəciklərdən ibarətdir.
Onlar
müxtəlif mineral tərkibli olur. Gilli süxurların tərkibində kvars, çöl
şpatları, slüdalar və eləcə də hidrooksidlər,
karbonatlar, sulfatlar və
digər minerallar ola bilər. Gilli süxurlardan kaolinit, montmorillonit və
polimikt gilləri daha geniş yayılmışdır.
Sementləşmiş süxurlar səpinti çöküntü süxurlarının
müxtəlif
təbii yapışdırıcı maddələrlə (gil, silisium oksidi, əhəng və s.) sement-
ləşməsindən (yapışmasından) əmələ gəlmişdir. Bu süxurlardan inşaat
üçün ən əhəmiyyətli olanları qumdaşı, konqlomerat və brekçiyadır.
Qumdaşı təbii sementləyici maddə ilə yapışmış xırda mineral
dənələrindən ibarət süxurdur. O, adətən, kvars (qum) dənələrindən
ibarət olur. Sementləyici maddənin növündən asılı
olaraq gilli qum-
daşı, əhəngli qumdaşı, silisiumlu qumdaşı və s. qumdaşı növləri
vardır.
Inşaatda çox vaxt silisiumlu və əhəngli qumdaşları tətbiq olu-
nur. Bunlar silisium oksidi və kalsitlə sementləşmiş daşlardır. Si-
lisiumlu qumdaşı çox möhkəmdir və sıxılmada möhkəmlik həddi 250
MPa-a çatır. Qumdaşıların bərkliyinin yüksək olması onların mexaniki
emalını çətinləşdirir. Sıxlığı 2500
2800 kq/m
3
-dur.
Konqlomerat dəyirmi çınqıl dənələrinin
bir yerdə təbii se-
mentləyici maddə (əhəng, gil, dəmir, silisium, mergel və s.) ilə ya-
pışmasından əmələ gələn süxurdur. Konqlomerat
eyni tərkibli yaxud
müxtəlif tərkibli süxurların çınqılından ibarət ola bilər.
Brekçiya iti bucaqlı müxtəlif süxur qırıntılarının bir yerdə təbii
sementləyici maddə ilə yapışmasından əmələ gəlmişdir. Beləliklə,
brekçiya ilə konqlomerat bir-birindən, onları
təşkil edən süxur
35
35
qırıntılarının forması ilə fərqlənir. Odur ki, onlar təxminən eyni xassəli
süxurlardır. Rəngləri ala-bəzək olur.
Konqlomerat və brekçiyadan betonlar üçün doldurucular, ədədi
daşlar və üzlük tavaları hazırlanır.
Kimyəvi çöküntülər
Kimyəvi mənşəli çöküntü süxurları sulu məhlullardan mineral
maddələrin çökməsi (su hövzələrinin quruması zamanı) və sonradan
onların sıxlaşması və sementləşməsi nəticəsində əmələ gəlmişdir.
Inşaatın ayrı-ayrı sahələrində tətbiq olunan kimyəvi çöküntü sü-
xurları üç qrupa bölünür: karbonat, sulfat və allit süxurları.
Dostları ilə paylaş: