N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə24/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   104
N. M. A AB yli

Qabro süxurları qrupuna qabro, anortozit və labradorit aiddir.
Qabro süxurları quruluşca kristal dənəlidir. Tərkibi çöl şpat-
larının bir neçə növündən və tünd rəngli minerallardan (pir-
oksenlərdən) ibarətdir. Tərkibində kvars yoxdur. Tünd rəngli mineral-
ların miqdarı 30

50 % olur. Xırda dənəli qabro süxurları daha möh-
kəm və uzunömürlüdür.
Tərkibi, başlıca olaraq, natrium və kaliumlu çöl şpatlarından 

labrador mineralından və çox az miqdarda tünd rəngli minerallardan 
(10 %-ə qədər) ibarət olan süxura anortozit deyilir. Tamamilə labrador 
(çöl şpatının bir növü) mineralından ibarət olan qabroya isə labradorit 
deyilir.
Qabro süxurlarının sıxlığı 2900

3300 kq/m
3
, sıxılmada möh-
kəmlik həddi isə 200

350 MPa-dır. Aşınmaya qarşı çox davamlıdır. 
Yaxşı pardaqlanır. 
Qabro tünd rəngli olduğu üçün əsasən, binaların kürsülərinə, 
sütunlarına, abidələrin postamentinə (oturacağına) və s. yerlərə 
işlədilir. 
Azərbaycanın Daşkəsən rayonunda qabro yataqları vardır. 
Tökülmüş (effuziv) süxurlar 
Inşaat işlərində porfirit, traxit, liparit, andezit, diabaz və bazalt 
kimi tökülmüş süxurlardan geniş istifadə edilir. 
Porfirlər üç tərkibdə olur. Kimyəvi tərkibi qranitlə eyni olan 
porfirə kvarslı porfir, siyenitlə eyni olana kvarssız porfir və dioritlə 
eyni olana isə porfirit deyilir.  


31 
31 
Kvarslı porfir şüşəvarı quruluşlu, ayrı-ayrı iri kvars kristalları-
nın dənələri olan süxurdur. Aşınma zamanı həmin dənələrin süxur 
kütləsindən ayrılması mümkündür.Boz, yaşılı-qara, qırmızı-qonur və 
s. rəngdə olur. Sıxlığı 2400

2600 kq/m
3
, sıxılmada möhkəmliyi isə 
130

180 MPa-dər. Ondan qırmadaş kimi yaxud ədədi daş halında 
istifadə edilir. 
Kvarssız porfir siyenitin analoqu olub, ona nisbətən daha köv-
rək və temperatur dəyişmələrinə daha az davamlıdır. 
Porfirit dioritin analoqudur. Boz, sarımtıl və bozumtul-yaşıl 
rəngdə olur. Sıxlığı 2200

2800 kq/m
3
, sıxılmada möhkəmlik həddi isə 
60

250 MPa-dır. Porfiritdən üzlük materialı kimi və eləcə də 
qırmadaşların hazırlanmasında istifadə edilir. 
Traxit kimyəvi tərkibinə görə siyenitə oxşayır, lakin ona nis-
bətən daha məsaməlidir. Ağ, açıq boz və açıq sarı rəngdə olur. Sıxlığı 
2200 kq/m
3
, sıxılmada möhkəmlik həddi isə 60

70 MPa-dır. Traxit 
yaxşı emal edilir, lakin pardaqlanmır. Ondan inşaat işlərində divar 
materialı kimi istifadə edilir və yüngül beton üçün doldurucular 
hazırlanır. Sürtülməyə və aşınmaya az davamlıdır. 
Traxitin bir növü olan beştaunit süxuru Şimali Qafqazda çı-
xarılır. Ondan turşuyadavamlı beton üçün doldurucu kimi istifadə 
edilir. 
Liparit kimyəvi tərkibinə görə qranitə oxşayır. Rəngi açıq boz, 
sarımtıl və yaşılımtıl-ağdır. Sıxlığı 2600

2700 kq/m
3
, sıxılmada 
möhkəmlik həddi isə 130

180 MPa-dır. Liparitdən doldurucuların 
hazırlanmasında, yol örtüklərində və digər tikinti işlərində istifadə 
edilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin