N. M. AĞABƏyli


§ 3. Sitallar və posa sitalları



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə71/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   104
N. M. A AB yli

 
§ 3. Sitallar və posa sitalları 
Sitallar müəyyən kimyəvi tərkibli şüşə-kristallik materialdır. 
Onları istehsal etmək üçün əridilmiş şüşə kütləsinə xüsusi kristallaşma 
katalizatorları qatır və sonra xüsusi rejim üzrə termik emal edirlər. 
Nəticədə şüşədə çox az miqdarda (5

10 %) çətinəriyən materialların 
mikrokristalları (1 mkm və daha kiçik hissəcikləri) əmələ gəlir. 
Sitallar şüşə texnologiyası üzrə istehsal edilir. Onların istehsa-
lında işlədilən xammal eyni ilə şüşədə olduğu kimidir. Lakin xammal 
daha təmiz və yüksək keyfiyyətli olmalıdır. Xammal kütləsinə əlavə 
olaraq kristallaşmanı sürətləndirmək üçün xüsusi katalizatorlar 

flüor 
birləşmələri, titan, litium, sirkonium və s. metal oksidləri, duzlar 
qatılır. 
Şüşə istehsalı texnologiyasından fərqli olaraq, sitalların istehsalı 
zamanı ərimiş kütlə qəlibləndikdən sonra termik emal edilir, sonra isə 
tabı alınır. Bunun nəticəsində şüşə şüşə-kristallik quruluşa keçir. 
Sitallar, başlıca olaraq, texnikanın xüsusi sahələrində (maşın-
qayırmada, cihazqayırmada, radioelektronikada və s.), habelə müxtəlif 
yapışqanların alınmasında tətbiq edilir. Sənaye və mülki tikintilərdə 
sitallar konstruktiv və bəzək materialları kimi işlədilir. 
Posa sitalları ərimiş posaya təshihedici əlavələr və kristallaşma 
katalizatorları qatmaq və sonradan termik emal etmək yolu ilə alınır. 
Katalizator olaraq çox vaxt TiO
2
, CaF
2
, P
2
O
5
və eləcə də ağır 
metalların sulfidləri istifadə edilir. 
Posa sitallarının istehsal texnologiyası aşağıdakılardan ibarətdir: 
maye posa ərintilərinin metallurgiya müəssisələrindən gətirilməsi; 
həmin ərintilərə təshihedici əlavələrin və kristallaşma katali-
zatorlarının qatılması; məmulatın şüşə texnologiyası üzrə qəliblən-
məsi; elektrik tunel sobalarında müəyyən istilik rejimi üzrə məmulatın 
termik emalı; tabalma; məmulatın soyudulması və lazımi ölçüdə 
kəsilməsi. Kristallaşması iki mərhələdə aparılır: birinci mərhələ 

kris-
talların əmələ gəlməsinin başlanğıcı (700

720 
0
S-də), ikinci mərhələ 

kristalların sürətlə artımı (900

920 
0
S-də). Kristalaşma müddəti 2




91 
91 
saat davam edir. Posa sitallarının rəngi kristallizatorlardan asılı olaraq 
qara rəngdən (ağır metal oksidləri işlədildikdə) ağ rəngə qədər (sink 
oksidi işlədildikdə) dəyişir. 
Tikintidə təbəqə posa sitallarından döşəmələrdə, pilləkən pil-
lələrinin hazırlanmasında, divarların üzlənməsində, arakəsmələrdə və 
s. bina hissələrində tətbiq edilir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin