V FƏSIL
MINERAL YAPIŞDIRICI MADDƏLƏR
93
93
§ 1. Ümumi məlumat
Su ilə qarışdırıldıqda plastik xəmir halına düşən, sonra fiziki-
kimyəvi proseslər nəticəsində daş halına keçən narın üyüdülmüş toz
halında olan materiallara mineral (qeyri-üzvi ) yapışdırıcı maddələr
deyilir. Mineral yapışdırıcı maddələrdən maqnezial yapışdırıcı
maddələr və turşuyadavamlı sement müstəsna olaraq, su ilə deyil,
müvafiq olaraq maqnezium duzlarının sulu məhlulu və maye şüşə ilə
qarışdırılır.
Mineral yapışdırıcı maddələr havada, suda (hidravlik) və
avtoklavda bərkiyən yapışdırıcı maddələrə ayrılır.
Havada bərkiyən yapışdırıcı maddələr yalnız havada bərkimək
və uzun müddət öz möhkəmliyini saxlamaq yaxud artırmaq qabi-
liyyətinə malikdir. Bunlara əhəng, gips və anhidrit, maqnezial ya-
pışdırıcı maddələr, maye şüşə və turşuyadavamlı sement aiddir.
Hidravlik yapışdırıcı maddələr həm havada, həm də suda bər-
kimək və uzun müddət öz möhkəmliyini saxlamaq yaxud artırmaq qa-
biliyyətinə malikdir. Belə yapışdırıcı maddələrə hidravlik əhəng,
romansement, portlandsement və onun növləri, alüminat və genişlənən
sementlər, putsolanlı və posalı yapışdırıcı maddələr daxildir.
Avtoklavda bərkiyən yapışdırıcı maddələr doymuş buxarın
0,8
1,5 MPa təzyiqi altında və 175
180
0
S temperaturda avtoklav
emalı zamanı daha effektiv bərkimə qabiliyyətinə malikdir. Bunlara
əhəng-silisium, əhəng-posa, əhəng-kül, nefelin sementi və s. yapış-
dırıcılar aiddir.
A. HAVADA BƏRKIYƏN YAPIŞDIRICI MADDƏLƏR
§ 2. Gips və anhidrit yapışdırıcı maddələr
Gips və anhidrit yapışdırıcı maddələrin istehsalında əsas xam-
mal olaraq, gips daşından (CaSO
4
2H
2
O) istifadə edilir. Bundan başqa
anhidritdən (CaSO
4
), gipslə gilin təbii qarışığı olan gəcdən və gips
tərkibli sənaye tullantılarından da gips yapışdırıcı maddələr istehsal
olunur.
94
94
Gips daşı anhidritə nisbətən daha geniş yayılmışdır. Təmiz gips
daşı yataqlarına çox az hallarda rast gəlmək mümkündür. Adətən,
onların tərkibində 10
15 % və daha çox miqdarda qatışıqlar olur.
Anhidrit yataqları gips daşı yataqları arasında yerləşmiş olur. O, qrunt
suları təsirindən tədricən hidratlaşaraq gips daşına çevrilir. Odur ki,
anhidritin tərkibində 10
15 % və daha çox gips daşı olur.
Xammalın yandırılma şəraitinə, habelə tutma və bərkimə
sürətinə görə gips yapışdırıcı maddələr iki qrupa bölünür: aşağı və
yüksək temperaturda yandırılan yapışdırıcılar.
Xammalı aşağı temperaturda yandırılan yapışdırıcı maddələr tez
tutma və tez bərkimə qabiliyyətinə malikdir və onların tərkibi başlıca
olaraq, CaSO
4
0,5H
2
O-dan ibarətdir. Bu yapışdırıcılara inşaat,
yüksəkmöhkəmlikli (texniki), qəlib və tibb gipsləri aiddir.
Xammalı yüksək temperaturda yandırılan yapışdırıcının əsas
tərkibi CaSO
4
olub, tədricən tutma və tədricən bərkimə qabiliyyətinə
malikdir. Bunlara anhidrit sementi və estrix (döşəmə) gips aiddir.
Inşaat gipsi
Inşaat gipsi gips daşının 150
170
0
S temperaturda termik emal
edilməsindən alınan yapışdırıcı maddədir. Bu zaman gips daşının
tərkibində olan CaSO
4
2H
2
O dehidratasiya olunaraq (susuzlaşaraq)
modifikasiyalı yarımsulu gipsə çevrilir:
CaSO4
4
2H
2
O = CaSO
4
·0,5 H
2
O+1,5 H
2
O.
Bu reaksiya izotermik reaksiyadır və onun getməsi üçün, yəni 1
kq yarımsulu gips almaq üçün 588 kC istilik lazımdır.
Inşaat gipsinin istehsalı əsasən üç mərhələdən ibarətdir: gips
daşının xırdalanması, üyüdülməsi və termik emalı.
Gips daşı qazanda qızdırılan zaman dehidratasiya olur və
tərkibindəki su buxar halında ayrılır. Bu halda qızdırılma rejiminə cid-
di əməl olunmalıdır. Belə ki, temperatur 180
200
0
S-yə qaldırılarsa,
onda gips daşı tam susuzlaşar və bu da onun keyfiyyətinin aşağı
düşməsinə səbəb olar. Gips daşı 140
160
0
S temperaturda 1,5
3 saat
termik emal edildikdə yaxşı keyfiyyətli yapışdırıcı alınır. Qızdırılma
müddəti 3
4 saata çatdırıldıqda və gipsə onun kütləsinin 0,1
0,15 %-i
qədər xörək duzu əlavə etdikdə daha yaxşı keyfiyyətli gips
95
95
yapışdırıcısı alınır. Belə gipsin normal qatılığı 40
45 %-ə enir və
sıxılmada möhkəmlik həddi 15
16 MPa-a qədər artır.
Gips bişirmə qazanlarının tutumu 3
15 m
3
olur və gips qazanda
qızdırılan zaman tüstü qazları ilə təmasda olmadığından daha təmiz
yapışdırıcı alınır.
Yüksək möhkəmlikli gips
Təbii gips daşından yüksək möhkəmlikli gips almaq üçün iki
üsuldan istifadə edilir: təzyiq altında buxarla emal etmə və maye
mühitində qaynatma.
Dostları ilə paylaş: |