N. M. AĞABƏyli


Cədvəl 5. 1. Müxtəlif markalı gips yapışdırıcı maddələrin möhkəmlikləri



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə76/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   72   73   74   75   76   77   78   79   ...   104
N. M. A AB yli

Cədvəl 5. 1. Müxtəlif markalı gips yapışdırıcı maddələrin möhkəmlikləri
Möhkəmlik 
həddi, 2 sa- 
atdan sonra, 
MPa 
Yapışdırıcının markası 
Q
-2
Q
-3
Q
-4
Q
-5
Q
-6
Q
-7
Q
-1
0
Q
-13
Q
-1
6
Q
-19
Q
-22
Q
-2
5
Sıxılmada 






10 
13 
16 
19 
22 
25 
Əyilmədə 
1,2 
1,8 
2,0 
2,5 
3,0 
3,5 
4,5 
5,5 
6,0 
6,5 
7,0 
8,0 


98 
98 
Bərkimiş gipsin möhkəmliyi, başlıca olaraq, su-gips nisbətindən 
asılıdır. Bu nisbət 0,7-dən 0,4-ə qədər dəyişdikdə inşaat gipsinin 
möhkəmliyi 2,5

3 dəfə artır.
Yarımsulu gipsin mərkəzi dartılmada möhkəmliyi sıxılmadakı 
möhkəmliyindən 6

9 dəfə azdır. 
Bütün havada bərkiyən yapışdırıcı maddələr kimi gips yapışdı-
rıcı maddələr də ən yüksək möhkəmliyə quru halda malik olur. Gips 
məmulatının azacıq nəmlənməsi belə, onun möhkəmliyinin kəskin 
surətdə azalmasına səbəb olur. Belə ki, nəmlik 10

15 %-ə qədər 
artdıqda möhkəmlik 50 %-ə qədər aşağı düşür.. 
Gipsin və gips məmulatlarının möhkəmliyinin nəmlikdən ası-
lılığı onların ən mühüm çatışmayan cəhətidir. 
Gipsin suyadavamlılığını artırmaq üçün ona əhəng, posa, se-
ment və digər əlavələr qatılır. 

Gipsin tətbiq sahələri. Tikintidə gips yapışdırıcı maddə-
lərdən geniş istifadə edilməkdədir. Onlardan arakəsmə tava və 
panelləri, bloklar, istilik və səs izoldyasiya tavaları, köpüklü beton 
məmulatları, quru suvaq və digər məmulatlar hazırlanır. Gipsdən, 
həmçinin suvaq işlərində, aralıqların doldurulmasında da istifadə 
edilir. Tikintidə, başlıca olaraq, Q-2

Q-7 markalı gips tətbiq edilir. 
 
Anhidrit sementi 
Anhidrit sementi ikisulu gips daşından və ya anhidritdən alınır.
Anhidrit sementini ikisulu gips daşından istehsal etdikdə daş 
600

750 
0
S temperaturda yandırılır və aktivləşdirici mineral əlavələrlə 
birlikdə narın üyüdülür. Aktivləşdirici əlavə olaraq müxtəlif sulfat 
duzları (Na
2
SO
4, 
NaHSO
4
, K
2
SO
4
, FeSO
4
və s.) və tərkibində bir qədər 
sərbəst əhəng olan materiallar (domna posası, əhəng, dolomit və s.) 
istifadə edilir. Hazırda aktivləşdirici əlavə olaraq əhəngdən daha çox 
istifadə edilir. 
Anhidrit sementinin istehsalı aşağıdakı texnoloji proseslərdən 
ibarətdir: gips daşının xırdalanması, yandırılması və aktivləşdirici 
əlavələrlə birlikdə üyüdülməsi.


99 
99 
Gips daşını çənəli daşqıranda xırdaladıqdan sonra onu şaxta 
yaxud fırlanan sobada 600

750 
0
S temperaturda yandırırlar. Yandı-
rılma temperaturu daha yüksək olarsa, onda yandırılmış məhsulda 
sərbəst əhəng əmələ gələ bilər və bunun da nəticəsində sementin 
möhkəmliyi bir qədər azalar. Odur ki, xammmalı sobanın maksimal 
temperatur zonasında 3

4 saatdan artıq yandırmırlar. Yandırılmış 
anhidriti aktivləşdirici əlavə ilə birlikdə kürəli dəyirmanda üyüdürlər. 
Anhidrit sementininin istehsalında təbii anhidritdən istifadə 
etlikdə texnoloji proses sadələşir. Bu halda anhidriti 170

180 
0

temperaturda qurudur, xırdalayır və aktivləşdirici əlavə ilə birlikdə 
üyüdürlər. 
Anhidrit 
sementinin 
həqiqi sıxlığı 2800

2900 
kq/m
3

sıxlaşdırılmamış halda tökmə sıxlığı 850

1100, sıxlaşdırılmış halda 
isə 1200

1500 kq/m
3
-dur. Normal qatılıqlı sement xəmir almaq üçün 
30

35 % su götürülür. Bu sementin tutmasının başlanğıcı 30 dəqi-
qədən tez, tutmasının sonu isə 24 saatdan gec olmamalıdır. Adətən, 
anhidrit sementinin tutmasının başlanğıcı 40

80 dəqiqə, tutmasının 
sonu isə 2

12 saat olur.
50, 100, 150 və 200 markalı anhidrit semeti istehsal edilir. Mar-
ka, 1:3 nisbətində bərk qatılıqlı məhluldan hazırlanmış kub 
nümunələrin sıxılmada möhkəmlik həddinə əsasən müəyyən edilir. 
Anhidrit sementindən tikişsiz döşəmələrin düzəldilməsində, 
hörgü və suvaq məhlullarının hazırlanmasında, betonlarda, habelə süni 
mərmərlərin istehsalında istifadə edilir. 
Estrix (döşəmə) gipsi 
Yüksək temperaturda yandırılan gips yaxud estrix (döşəmə) 
gips gips daşının 800

950 
0
S temperaturda yandırılıb üyüdülməsindən 
alınan yapışdırıcı maddədir. Bu halda gips daşı tam susuzlaşaraq 
CaSO
4
-ə çevrilir. Anhidrit sementindən fərqli olaraq, bu yapışdırıcı 
maddə aktivləşdirici əlavə edilmədən bərkiyir. Belə ki, həmin 
temperaturda CaSO
4
-ün bir hissəsi aşağıda göstərilən reaksiya üzrə 
parçalanaraq, CaO əmələ gətirir: 
2CaSO
4
= 2CaO+2CO
2
+O
2



100 
100 
Burada əmələ gələn əhəng (CaO) özü anhidritin bərkiməsində 
aktivləşdirici vəzifəsini görür. CaO-in miqdarı 2

4 %-dən çox 
olmamalıdır. 
Estrix gipsin tutmasının başlanğıcı 2 saat, tutmasının sonu isə 
normalaşdırılmır. Bu gipsin tökmə sıxlığı 900

1100, sıxlaşdırılmış 
halda sıxlığı isə 1300

1700 kq/m
3
-dur. Su tələbatı 30

35 %-dir. Estrix 
gipsin 
sıxılmada 
möhkəmlik 
həddinə 
görə 
markaları
(70,7

70,7

70,7 mm ölçülü kub nümunələrin 28 gündən sonra 
sıxılmada möhkəmlik həddi) 

100, 150 və 200-dür.
Bütün gips yapışdırıcı maddələr içərisində estrix gips daha 
yüksək suya və şaxtayadavamlı yapışdırıcı maddədir. Lakin bununla 
belə o, havada bərkiyən yapışdırıcı maddədir. 
Estrix gips döşəmələrin, hörgü və suvaq məhlullarının, habelə 
süni mərmər məmulatların hazırlanmasında tətbiq edilir. 
Gəc 
Zaqafqaziya və Orta Asiya respublikalarında qədim zamanlardan 
bəri hörgü və suvaq işlərində gəc adlanan yapışdırıcı maddədən istifadə 
edilir. 
Təbii gəc gips daşı, gil və qumdan ibarətdir. Bunlardan əlavə 
gəcdə mexaniki qatışıq olaraq, çınqıl və daş qırıntıları olur. Gəcdə 
gips daşının miqdarı 30

75 % və daha çox ola bilər. Təbii gəc açıq 
sarı rəngli, yumşaq süxurdur. 
Təbii gəc çıxarıldıqdan sonra ələkdən keçirilərək çınqıl və 
başqa daş qırıntılarından təmizlənir. Bu qayda ilə hazırlanmış təbii gəc 
çox zaman fırlanan sobada 200

250 
0
S temperaturda yandırılır. Gəc 
yandırıldıqdan sonra kifayət qədər narın toz halına düşdüyündən, onun 
üyüdülməsinə ehtiyac qalmır. 
Azərbaycanın bir sıra rayonlarında, xüsusilə Gəncə və Şəmkir 
rayonlarında böyük təbii gəc yataqları vardır. 
Gəcin sıxılmada möhkəmlik həddi 6

8 MPa olur. Onun tutma-
sının başlanğıcı 5 dəqiqədən tez, tutmasının sonu isə 60 dəqiqədən gec 
olmamalıdır. 
Inşaat gəci divar hörgüsündə, daxili və xarici suvaq məhlul-
larında, gəc məmulatlarının hazırlanmasında istifadə edilir.


101 
101 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin