N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə70/104
tarix15.07.2022
ölçüsü1,37 Mb.
#62770
növüMühazirə
1   ...   66   67   68   69   70   71   72   73   ...   104
N. M. A AB yli

Şüşə paketlər iki və daha çox təbəqə şüşənin perimetr boyu öz 
aralarında kip birləşməsindən alınır. Şüşələr arasında quru hava 
boşluğu olur. Şüşə paketlərin hazırlanmasında qalınlığı 2

8 mm olan 
pəncərə, vitrin, armaturlu və digər şüşə növlərindən istifadə edilir. 
Şüşələr arasındakı məsafə 6

20 mm olur. Onlar bir-birilə ya ya-
pışqanla yapışdırılır, ya da qaynaq edilir. Yapışdırılmış şüşə paketlər 
daha geniş yayılmışdır. 
Şüşə paketlər yüksək fiziki-mexaniki xassələrə malikdir. 
Qalınlığı 5

6 mm olan şüşələrdən hazırlanan və hava araqatısı 12

20 
mm olan şüşə paketlərin əyilmədə möhkəmlik həddi 90

100 MPa-
dır. Tablanmış şüşələrdən hazırlanan çoxkameralı şüşə paketlərin 
möhkəmliyi isə daha çox olur. 
Şüşə paketlərdən sənaye, mülki və ictimai binaların şüşələnmə-
sində istifadə edilir. 
Qapı tayları tablanmış şüşədən yayma üsulu ilə hazırlanır. On-
lar pardaqlanmış yaxud pardaqlanmamış, rəngli və rəngsiz, şəffaf, 
işıqyayan, qıraqlarında qapı ləvazimatlarını bərkitmək üçün deşiklər 
və kəsiklər olur. Pardaqlanmış şüşədən hazırlanan tayların ölçüləri 
2400

1040 mm, naxışlı şüşədən hazırlananlarınkı isə 2400

900 mm-
dir. Şüşənin qalınlığı 10

15 mm olur. 1 m
2
tayın kütləsi 25

28 kq-dır. 
10 mm qalınlıqlı pardaqlanmış yaxud pardaqlanmamış tayın 
işıqburaxması 84 %, yayma naxışlı şüşədən olan tayınkı isə 80

90 %-
dir. Qapı tayının sıxılmada möhkəmlik həddi 800

900 MPa, əyilmədə 
möhkəmlik həddi isə 250 MPa-dır. Rəngsiz qapı taylarından yaşayış, 
ictimai və sənaye binalarının xarici və daxili qapılarında, rəngli qapı 
taylarından isə yalnız daxili qapılarda istifadə edilir. 
Şüşə borular şaquli yaxud üfqi dartılma və eləcə də mərkəz-
dənqaçma üsulu ilə istehsal edilir. Polad və çuqun borulara nisbətən 
şüşə boruların bir sıra üstünlükləri vardır. Onlar kimyəvi maddələrin 
təsirinə davamlı, şəffaf və gigiyenikdir. Daxili səthləri hamar olduğu 
üçün mayeləri axıdan zaman təzyiq itgisi az olur. 
Korroziyayadavamlı şüşə boruların diametri 15

65 mm, uzun-
luğu isə 100

300 mm-dir. Belə boru vasitəsilə 120 
0
S temperatura 
qədər qızmış mayeni 0,3 MPa təzyiq altında axıtmaq mümkündür. 


90 
90 
Şüşə boruları bir-birilə birləşdirici mufta, rezin manjetlə birləş-
dirirlər. Bu borulardan yeyinti, əczaçılıq, kimya sənayesində daha çox 
istifadə edilir. 

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin